47
petroqliflərinin tarixini müəyyən etmək olur. Mədəni təbəqə səviyyəsində yerləşən
Qayaarası mağarasının divarlarındakı qayaüstü təsvirlərin müəyyənləşdirilməsi
buna misal ola bilər. Bu mədəni təbəqədən tapılmış üst paleolit dövrünə aid
əşyalara [165, 7-8] - Şatelperron tipli bıçaqlara və üzərində təsvirlər olan ayrı-ayrı
daşlara əsasən təxmini nəticəyə gəlmək olar ki, bunların yaşı 31,5 min ildir.
Bundan başqa, xronologiya problemini dəqiqləşdirmək üçün paleontoloji və
geoloji materiallardan istifadə olunması çox vacibdir. Xəzər dənizinin
transqressiyası, reqressiyası və üst pleystosen faunasının nəsli kəsilmiş nümayən-
dələrinin daşlaşmış qalıqlarının yaşı haqqında materiallar xronologiyanı təyin
etməyə imkan verir.
Azərbaycan petroqliflərinin müəyyən edilmiş yaşı, məlum olduğu kimi,
şərti, ilkin xarakter daşıyır. Adətən, vəhşi heyvan təsvirləri nisbətən erkən qrup
rəsmləri kimi nəzərdən keçirilir. Əksər hallarda biz vəhşi öküz-tur və ona qarşı ov
səhnələri ilə rastlaşdıqda təsvirlərin təhlilini təsdiq etməyə imkan yaranır. Bəzi
hallarda tədqiqatçılar, hətta öküz-turu bizon kimi də qeyd etməyi mümkün hesab
edirlər [163. 40-49, 43].
Beləliklə, Azərbaycanın Xəzəryanı ərazilərində turun ehtimal olunan
məskunlaşması dövrü haqqında əldə olunan materiallar, vəhşi öküz təsviri
petroqliflərin bəzi qruplarının yaşının müəyyən olunması üçün istifadə etməyə
imkan yaradır. Bu tapıntılar vəhşi öküzün iştirakı ilə olan süjetlərin yuxarı
xronoloji həddini təyin etməkdə əsas ola bilər. Biz qayaüstü təsvirlərin yayıldığı
rayonların müasir landşaft - iqlim şəraitinin konkret təhlili və nəzərə alınması
hesabına bu məlumatları bir qədər dəqiqləşdirə bilərik və qayaüstü təsvirlərin
xronologiyasında bəzi dəyişikliklər edə bilərik. Buna baxmayaraq, petroqliflərin
yaşının müəyyən edilməsində bu və ya digər nəsli kəsilmiş və ya nəsli kəsilməkdə
olan heyvan təsvirlərinin ənənəvilik amili problem olaraq qalır.
Binəqədi faunasının Fələstin, Suriya və Livanın paleolit mağaralarındakı
heyvan təsvirlərinin siyahıları ilə müqayisə edərək, arxeoloqlar Binəqədi
çöküntülərinin mövcudolma dövrünü təxminən mustye və orinyak dövrünə aid
edirlər [40, 157]. Qobustanın ən qədim qayaüstü təsvirlərinin orinyak və solütre
mədəniyyətinə aid olması haqqında E.Anatinin [278, 32, 60; 192, 292 294; 193,
194] ehtimallarını nəzərə alsaq, bu məsələyə dair ədəbiyyatda hamı tərəfindən
qəbul olunmuş tarixdən (ədəbiyyatda üst paleolitin sonu - mezolitin əvvəli qeyd
olunur) fərqli olaraq Qobustan qayaüstü təsvirlərinin daha qədim tarixi haqqında
məntiqi nəticələrə gəlmək olar [165, 7-8].
Şübhəsiz, Qayaarası düşərgəsindən aşkar olunmuş üst paleolit dövrü
çaxmaqdaşı bıçaqları [165, 7 8; 190, 25] Böyükdaş dağının Kənizə düşərgəsinin,
Kiçikdaş dağının Qayaarası düşərgəsinin divarlarındakı bəzi petroqliflərin üst
paleolit dövrünə aid olmasını təsdiq edir. Altamir,
Qarqas, Trua Frer, Qornos de la
Penya, La Qrez, Pernon-Per mağaralarının əhəngdaşı divarlarında əvvəlcə səthi
sonra isə daha dərin qazılmış oymaları arxeoloqlar periqord dövrünə aid edirlər [5,
48
9- 29]. Onlar bəzi Qobustan təsvirləri ilə (Böyükdaş dağı, yuxarı səki, 29, 64, 65
№-li daşlar üzərindəki öküz təsvirləri) müəyyən oxşarlıq təşkil edirlər (ill. 12; 28;
29). Bu cür oymalar Labatyu, Lossel Fiqye, Qorj d'Anverdəki fiqur təsvirləri kimi,
tədricən əsl barelyefə keçir. Heyvan təsvirləri ilə yanaşı, insanı təsvir edən əsl
barelyeflərə (Loseldəki periqord dövrü) rast gəlinir. Analoji, lakin əks barelyef
insan təsvirlərinə Qobustanda, Böyükdaş dağının yuxarı səkisində (29 №-li daş) və
Kiçikdaş dağında təsadüf olunur.
Qayaüstü təsvirlərin nisbi yaşını təyin etmək üçün bütün şərtlər nəzərə
alınır. Misal üçün, üzərində təsvir olan daş və qayanın səthi vaxt keçdikcə müxtəlif
dəyişikliklərə məruz qalır. Patin, turşuma, qayanın işlənmiş səthi ilə birgə əhəng
sızıntıları fiqurun səthini yekcins edir [294].
Nəsli kəsilmiş heyvan təsvirləri petroqliflərin qədimliyini sübut edir.
Qobustanın Böyükdaş dağındakı Anazağa, Kənizə, Kiçikdaş dağındakı Qayaarası-
1, Firuz-1, Firuz-2 kimi mağaralarında bəzi qayaüstü təsvirlər bu və ya digər
dərəcədə arxeoloji təbəqə ilə bağlıdır. Bu halda yaşı dəqiq təyin etmək olar.
Təsvirlər mədəni təbəqənin yaranmasından əvvəl və ya onunla eyni vaxtda
həkk olunmuşdur. Anazağa, Qayaarası, Qayaarası-2, Ceyranlar, Kənizə
düşərgəsində üst paleolit dövrü çaxmaqdaşı bıçaqları səviyyəsində aşkar olunmuş
qadın, öküz və qayıq təsvirləri və bu düşərgələrin divarları - 43 qaya üzərində digər
rəsmləri olan ayrı-ayrı daş və onların qırıqları məlumdur [168, 21]. Böyükdaş və
Kiçikdaş dağının yuxarıda qeyd olunan düşərgələrının üst paleolitin periqord
dövrünə aid edilən bəzi təbəqələri [190,25; 192, 292-294; 193; 196, 62 65; 276, 18]
bu mağaraların divarlarındakı petroqliflərlə tam eyni üslubda şəkilmiş ayrı-ayrı
daşlar üzərindəki təsvirlərə malik idilər. [137, iş № l, 2, 3; 167, 99 103, şəkil 2, 2;
163, 40-49, 42]. Beləliklə, ayrı-ayrı daşlar üzərindəki bu rəsmlərin aşkar
olunduqları mədəni təbəqədən əvvəl təsvir olunmaları haqqında nəticəyə gəlmək
olar.
Divarlar üzərindəki təsvirlərin dəniz qumu təbəqəsi ilə örtülü olması
hallarına da təsadüf olunur. Buna misal olaraq, Firuz-1 düşərgəsindən 500-600 m
şimalda yerləşən Ceyranlar yaşayış məskənini göstərmək olar.
Bəzi rəsmlər (öküz, qadın, ovçu və balıq rəsmləri) dəniz qumu
səviyyəsindən aşağıda aşkar olunmuşdur (1 metrədək qazıntıdan sonra dəniz qumu
təbəqəsi aşkar olunmuşdur). Bu da bir tarixi dövrdə dəniz səviyyəsinin dünya
okeanı səviyyəsindən aşağı, digər dövrdə 118 m [192, 292 294] hündürlükdə
olmasını göstərir. Beləliklə, qazıntıların nəticələri və nukleuslar, trapesiyalar,
sancaqlar, mikrolövhəciklər, çopperlər və s. bu kimi üst paleolit dövrünə aid
əşyaların əsasında Ceyranlar mağarasının petroqliflərini təxminən [165, 7-8]
periqord dövrünə şamil etmək olar [137, iş № 1,
2-14].
Qobustan qayaüstü rəsmlərinin tarixinin müəyyən edilməsində çətinliyin
əsas səbəbi uzaq dövrlərdən bizə gəlib çatmış sənədli sübutların yarımçıq
olmasıdır. Amma, digər tərəfdən bu vəziyyətin səbəbi uzaq dövrlərin müxtəlif
Dostları ilə paylaş: |