49
elmlərlə kifayət qədər uyğunlaşdırılmış tədqiq olunmamasıdır. Bu tədqiqat
işində
maksimal dəqiqliyə nail olmaq üçün paleontologiya, geologiya və digər bu kimi
müxtəlif elmlərin məlumatları əsasında problemin geniş, kompleks öyrənilməsi
metodundan istifadə olunmuşdur.
Yaş probleminə bir qədər başqa tərəfdən, ənənəvi üsul və təsəvvürlərdən
imtina edərək yanaşmaq lazımdır. Qobustanın bəzi qayaüstü təsvirlərinin yaşı
haqqında qeydlər şəklində ilkin nəşrlər artıq mövcuddur [165, 7-84; 256, 96; 190,
25; 192, 292-294; 193; 194; 196, 62 65; 276, 18]. Nəticədə rəsmlərin yaşına dair
tamamilə yeni rəqəmlər əldə edilmişdir.
Azərbaycan qayaüstü incəsənəti öz mövzularına
görə bizi paleolit dövrünə
aparmış və əgər biz bu abidələrin üslub xüsusiyyətlərinə müraciət etsək, onda bu
yaxınlaşma daha aydın və əsaslandırılmış görünər. Paleolit incəsənətinin inkişafını
başa düşmək üçün tədqiqatçılar, hər şeydən əvvəl, tapıntıları xronoloji ardıcıllıqla
düzürlər. Lakin təbii təzahürləri daş alətlərlə eyni qaydada ayırmaq mümkün deyil,
buna görə də biz yaşı dəqiq müəyyən olunmuş mədəni qruplara istinad etməyə
cəhd edəcəyik.
Təəssüflə qeyd etmək lazımdır ki, paleolit abidələrinin dövrləşdirmə
sxeminin hazırlanmasına dair tamamlanmamış iş hal-hazırda da davam edir. Bu
üslub xronologiyası indiyədək aparılmamışdır. Buna görə də biz qərb
tədqiqatçılarının üslub sxemlərinə istinad edəcəyik.
Orinyak incəsənəti haqqında Herbert Kyun yazırdı: «...bu
təsviri sənət
əsərlərinin üslubunda həlledici amil - dərinliyin olmamasıdır, bu onların səthiliyi,
müstəvi üzərində sözsüz sakitliyidir. Ən mühümü isə hər bir şeyə riayət olunaraq
dərin və bir dəfəyə cızılmış kontur qətiyyətlə və möhkəm həkk olunmuşdur». «Pair
non Pair»-dən olan orinyak fiqurlardan birini təsvir edərək o deyir: «Təsvir bir
müstəvi üzərində durur». Arxeoloqlar hesab edirlər ki, orinyak üslubu təsvirin
hamısının konturda yerləşdirilməsidir» [302].
Arxeoloqların orinyak təsvirlərinin üslubu haqqında bu iddiaları Qobustanın
(məhz obrazların realistik şərhi verilən) bəzi qayaüstü təsvirlərinə müəyyən
mənada aid edilə bilər.
Azərbaycanın qayaüstü təsviri incəsənəti qrafik düz səthlidir.
Təsvirlər
bütöv və ya konturlu siluetlə həkk olunmuşlar. Perspektiv və həcm mövcud
deyildir. Heyvan və quşlar həmişə yandan təsvir olunmuşlar (Böyükdaş dağı,
Anazağa mağarası). Fiqurların öz aralarında mütənasibliyi şərti təəssürat yaradır.
Bəzən heyvan və quşlar bir-birlərinə əks istiqamətdə (başı yuxarı və ya aşağı və s.)
təsvir olunurlar. Heyvanların səciyyəvi cəhətlərini canlı əks etdirən bu düz səthli və
realistik təsvirlər bəzi fərqlərə baxmayaraq, orinyak təsvirlərinə oxşayırlar
(Böyükdaş dağı, yuxarı səki, 64, 65 №-li daşlar).
Bu fikrin təsdiqi kimi, orinyak
incəsənətinin bəzi elmi səciyyəvi xüsusiyyətlərini göstərmək olar. Paleolit
incəsənətinin inkişafının birinci mərhələsinin (orinyak-solütre) (1906-cı il
A.Breylin həkkolunma üslubuna görə) üslubu üçün geniş və dərin şırımlar
50
səciyyəvidir, siluetlər həmişə yandan verilir, heyvanların isə əksər hallarda cəmi iki
ayağı göstərilir [294, 370], [5, 9- 29].
Öz növbəsində madlen dövrü incəsənəti daha yüksək pilləni əks etdirir.
Burada üçölçülük (eni, uzunu və hündürlüyü), nisbətən
mürəkkəb kompozisiyalar
fiqurların dinamikliyini, ayrı-ayrı hissələrini əks etdirir [143, 1-32].
A.Lerua-Quran Qərb paleolit incəsənəti abidələrini təhlil edərək üslubların
özünəməxsus xronologiyasını yaratmışdır [297].
I üslub. Heyvan başlarının və qadın cinsi işarələrinin primitiv və kobud
təsvirləri (Kastane, Selye, La Ferrasi). Bu üsluba Şonqar - 1 dağında (1, 4, 5 №-li
daşlar) (şək. 70-a) (170, 83, 86, 87) və Kiçikdaş dağında Qarayarası mədəni
təbəqəsində üst paleolit çaxmaqdaşı bıçaqları kompleksi səviyyəsindən ayrıca
daşda, Böyükdaş dağının Öküzlər-2 və Kənizə mağaralarında [167,99-103, şək. 22]
aşkar olunmuş öküz başının təsvirlərini, həmçinin Böyükdaşın aşağı səkisi 8№-li
daşdan şimalda yerləşən qadının güman edilən cinsi işarəsi (ill. 72; 73) və 9 №-li
daşdakı (Böyükdaşın yuxarı səkisinin şərq hissəsi) tamamlanmamış süysünlü öküz
təsvirini (şək. 70-b), [5, 9-29] [69, 137] şamil etmək olar.
II üslub. Yandan təsvir olunmuş heyvan fiqurları ilə səciyyələnir. Onlar
boyun-kürək xətti ilə çəkilmişlər, buynuzlar çox vaxt üz tərəfdən verilir. İnsan
fiqurları (heykəllər və barelyeflər) isə sanki romb daxilinə əlavə olunmuşlar. Bu
üsluba Per-non-Per, Lojeri-Ot, La Ferrasi, Villendorf, Dolni-Vestonitse, Lossel, La
Qrez, La Mut,
La Kroz a Qontran, Şabo, Le Fiqye nümunələri aiddir. Bu üsluba
Böyükdaş dağı, yuxarı səkisinin 78№-li daşı üzərindəki təsviri də aid etmək olar
(ill. 60).
III üslub. İri və enli bədənli heyvan təsvirləri, ayaqları qabağa və qısa
verilmişdir. Buynuzlar real görünüşdə təqdim olunur. Bu üslubda dördbucaqlı
(dama şəkilli) və klaviform işarələr təsvir olunmuşdur. Bu üslub qrupuna Rok de
Ser, Furno-dyu Dəbl, Lasko,
Fon de Qom, La Mut, Peş Merl, Qarqas, Altamir,
Kastilyo, Paseqa, Rokamadur, Kunyak, Kovalanas yaşayış məskənləri aiddir. Bu
üsluba rəsmin işlənilmə texnikasını nəzərə alaraq (kontur dərin şırımla açılmışdır)
Böyükdaş dağının aşağı səkisi, 15№-li daş üzərindəki [68, 264] və Böyükdaş
dağının yuxarı səkisi, 112 №-li daş üzərindəki heyvan təsvirlərini şamil etmək olar.
Bundan əlavə, qeyd etmək lazımdır ki, Qobustanda klaviform işarələri tez-tez rast
gəlinən süjetdir (şək. 71).
IV üslub. İki hissədən ibarətdir:
- qədimi (orta madlen dövrünə uyğun);
- ayrı - ayrı daşlar üzərində parlaq və dəqiq,
qayaüstü rəsmlərdə isə
natamam təqdim olunan sonrakı dövr üslubu.
A. Lerua Le Quranın bütün bu üslublarını Qobustan paleolit təsvirləri üçün
qəbul etmək olar.
Azərbaycanın ən qədim tarixinin paleolit dövrü incəsənətinin xronoloji
ardıcıllıqla öyrənilməsi vacib və mürəkkəb məsələdir. Diqqətimizi dəqiq tarixi