42
ayin rəqsləri ilə əlaqəli verilir [301, 115]. Naxışlı labirint təsviri ilə bəzədilmiş
sədəfli balıqqulaqlarından Avstraliyanın qərbində sitayış ayinlərində istifadə
olunurdu. Onları müqəddəs hesab edir və yalnız sitayiş ayini keçirən kişilər
taxırdılar. Bu balıqqulaqları tayfaarası mübadilə vasitəsilə bütün Avstraliyada
yayılmışdır. Onlardan yağışın yağması üçün, həmçinin məhəbbət ovsunlarında
istifadə olunurdu [93, 275-296] Labirint təsvirləri bizə Mezin üst paleolit
məmulatlarından tanışdır [4]. Labirint motivini V.R.Kabo dini -ovsun mərasimləri
ilə əlaqələndirir və güman edirdi ki, paleolit insanın mağarası sirli yeraltı yolu ilə
əlaqə yaradırdı [93. 275 296]. Labirint təsvirlərinə madlen dövründə də, mezolit,
eneolit, tunc dövründən orta əsrlərədək rast gəlinir. Onlar Aralıq dənizi ətrafı,
Qafqaz, Şərqi Asiya, Peruda da geniş yayılmışdır.
Aydındır ki, Azərbaycan qayaüstü incəsənətinin erkən mərhələləri yuxarıda
nəzərdən keçirdiyimiz özünəməxsus üslubla səciyyələnir. Onların fərqi
antropomorf obrazlarının müxtəlifliyi, heyvan obrazları və onların yayılma sahəsi,
nəhayət, yerli tayfaların təsərrüfatı, məişəti və mənəviyyatı ilə səciyyələnir. Əsas
nəticə ondan ibarətdir ki, Azərbaycanda petroqliflərdə əks olunmuş mədəni-tarixi
proses göründüyündən də zəngin və mürəkkəbdir.
II. 2. AZƏRBAYCAN QAYAÜSTÜ
Qayaüstü incəsənət əsərlərinin işlənilmə texnikası onların yaşını müəyyən
etmək üçün ən mühüm və təyinedici şərtlərdən biridir. Petroqliflərin elmi cəhətdən
əsaslandırılmış ilk elmi təsnifatını, onların işlənilmə texnikasının dəqiq və ətraflı
təhlilini Q.Flaman vermişdir. Şimali Afrika və Saxara petroqliflərinin çoxillik
tədqiqatı əsasında Q.Flaman qayaüstü təsvirlərin iki əsas tipini təyin etmişdir -
cilalanmış kontur xətli oyma təsvirlər və qırıq-qırıq xətt şəklində həkk olunmuş
təsvirlər. Üslubuna görə petroqlifləri 3 hissəyə bölmüşdür - təbii, yarısxematik,
sxematik. Müəyyən etmişdir ki, təbii və yarısxematik təsvirlər dərin oyma
texnikası ilə işlənilmişdir.
Qobustanın dərin oyulmuş qayaüstü təsvirlərini işləmək üçün ibtidai
rəssamlar bərk kəsici və döyücü əmək alətlərindən istifadə edirdilər. Belə daş
alətlər Firuz-2, Qayaatlı, Öküzlər, Kənizə, 7 №-li
(Kiçikdaş dağı) düşərgələrdə
aşkar olunmuşdur. Bunlar rəsmləri həkk etmək üçün sancaq, çaydaşı və
çaxmaqdaşından hazırlanmış alətlərdir [159, 8- II; 160, 4 10; 164, 92-94]. Kənizə
yaşayış məskənində itiuclu, lakin qayalar üzərində rəsmlərin həkk olunması
nəticəsində kütləşmiş alətlər tapılmışdır [160. 4 10]. Ən qədim rəsmlər daş
üzərində oyma texnikası ilə işlənilirdi. Nümunə olaraq Böyükdaş dağının yuxarı
səkisindəki 64 və 65 №-li daşların üzərində həkk olunmuş öküz təsvirlərini
göstərmək olar (ill. 28; 29). Bu texnika ilə heyvan fiqurları, adətən şırımın
uzunluğu 5-2 mm, eni 10-30 mm oyma xətlərlə çəkilirdi, yəni ucu iti əşyalarla
43
oyma yolu ilə kontur xətləri dərinləşdirilirdi [61, 304]. Bu cür işlənilmə
texnikasına Böyükdaş dağının aşağı səkisindəki qadın təsvirini də aid etmək olar.
Petroqliflərin növbəti tipi - batıq barelyef şəklində həkk olunmuş qadın və
kişi təsvirləridir. Məsələn, Böyükdaş dağı (yuxarı səki) 29 №-li daşda (cənub və
şimal tərəfi) və ya Kiçikdaş dağının 49 № -li daşında təsvirlər əvvəlcə oyulmuş,
sonra isə sürtülmüşlər. Böyükdaş daşının (yuxarı səki, 48 №-li daş) Yeddi gözəl
mağarasındakı qadın təsviri (ill. 60) və həmin dağın (aşağı səki) 8 №-li daşı
üzərindəki qayıq təsvirləri (ill. 70) qayaüstü rəsmlərin işlənilmə texnikasının
öyrənilməsi üçün maraq kəsb edir. Arxeoloqların fikrincə, həkkolunma texnikasına
görə qayıq təsvirləri xüsusi maraq doğurur. Bu təsvirlərdə daha bacarıqlı rəssam
işi, xüsusən daha mükəmməl alətdən istifadə olunması hiss olunur [38, 229].
Nöqtə metodu ilə oyma texnikasından Böyükdaş dağının yuxarı səkisində,
159 №-li daş üzərindəki öküz təsvirində (şək. 6) istifadə olunmuşdur. Öküz hücum
vəziyyətində və ya qəzəblənmiş halda təqdim olunur.
Qobustanda qarışıq texnikaya da rast gəlinir. Buna nümunə olaraq 29№-li
daş üzərində (şimal tərəf) təsvir olunmuş qayığı göstərmək olar. Bu oyulmuş
təsvirlər qayanın təbii relyefinə uyğunlaşdırılmışdır (ill. 71). Qayığın alt hissəsi ucu
iti alətlə yerinə yetirilmiş, üst hissəsi isə mağara divan səthinin təbii əyriliyi və
çıxıntılığından istifadə olunaraq verilmişdir. Böyükdaş dağının yuxarı səkisində (2
№-li daş) olan öküz təsviri də daşın təbii relyefindən istifadə olunaraq çəkilmişdir
(şək. 5). Bundan başqa, keçi təsvirində də qədim rəssam daşın kiçik çıxıntısından
istifadə edərək onun konturunu oyma xətlə göstərmişdir [68, 18].
Dünyada belə nümunələr çoxdur. Bütün bunlar ibtidai rəssamın inkişaf
etmiş bədii təxəyyülünü sübut edir. O, relyef təsviri əldə etmək üçün qaya səthinin
əyriliyindən, qabarıqlığından istifadə edir. Paleolit dövrü rəssamının təbii
relyeflərdən, mağara divarlarındakı çıxıntı və çuxurlardan istifadə etdiyi təsvirlərin
paleolit (bəzən, hətta orinyak dövrü) mahiyyətini xüsusi qeyd etmək lazımdır. Bu
cür texnika ilə Rufinyak mağarasında at başı, Fonde-Qomda atın arxa hissəsi və
Kastilyoda bizon təsvir olunmuşdur [5 ?111]. Bəzi arxeoloqlar hesab edirlər ki, ən
qədim təsvirlər təbii qaya səthindən istifadə olunaraq çəkilmiş rəsmlərdir [78, 321].
Beləliklə, Böyükdaş dağının yuxarı səkisindəki (29 №-li daş, şimal tərəfi) qayıq
təsvirini üst paleolit dövrünə aid etmək olar.
Cingirdağın 25 №-li daşı üzərində sonrakı dövrə aid edilən təsvirdə rəssam
çalalardan istifadə edərək, qurban-kəsmə səhnəsini əks etdirmişdir (şək. 69).
Qobustanın oxra ilə rənglənmiş petroqlifləri xüsusi qrup təşkil edir.
Məsələn, Böyükdaş dağının yuxarı səkisi, 24a №-li daşdakı təsviri rəssamlığın şah
əsəri adlandırmaq olar (şək. 3) [262, 28 -29]. Burada qədim rəssam qırmızı rəngli
oxra ilə leopardın xallı maralı təqib etməsini təsvir etmişdir. Qayaaltı kolleksiyanın
11 №-li daşında üzərində boya qalıqları olan öküz və buzov təsvirləri vardır [167,
102]. Böyükdaş dağının aşağı səkisində, 112 və 116 №-li daşlarda oxra qalıqlarına
rast gəlmək olur (ill. 89; 90). Arxeoloqlar Qobustandakı bir çox rəsmlərin
Dostları ilə paylaş: |