40
səkisində (16 №-li
daş). Roma yazısı yaxınlığında (ill. 80) rast gəlmək olar. Bu
işarələr Lüləli dərə yaxınlığındakı son tunc və erkən dəmir dövrü kurqanlarından
(№ 15, 16, 18), Gəncəçayın sağ
sahilində, Xanlardan cənub-şərqdə yerləşən
kurqanlardan (№ 2/9. № 4/18), Gəncəçayın sol sahilində, Xanlardan qərbə
Topalhəsənli yaxınlığındakı kurqanlardan
(№
1 -3) tapılmış saxsı
qablar üzərində
[55, tablo XVI, XVIII, XIX, 112, 114, 115], (şək. 59 (1-7). Gədəbəy rayonunun
tunc dövrü daş qəbirlərindən (Daşqutu) aşkar olunmuş asma bəzək əşyalarında
[241, 113], (şək.60-a), Naxçıvanın eneolit və tunc dövrü saxsı qablarında [2,307
(15)], (şək.60-b), Qazax rayonunun Kilikdağındakı Sarıtəpə yaşayış məskənlərində
aşkar olunmuş saxsı qablar üzərindəki svastika işarələri ilə oxşarlıq təşkil edir [57,
84a, fiq.l, d.101.fiq. 1.203; 55; tablo XVII (11, 16, 17, 31], III (26, XVI 92)].
Dairə içərisində svastika işarəsinin təsviri Gəmiqayada qeydə alınmışdır
[237, şək. № 7], (şək. 61). Bir çox tədqiqatçılar svastika və xaç işarələrində günəş
rəmzini görürlər. Yunanların qədim günəş allahı Apollonun, şimal xalqlarının
allahı Torun, Assuriya-babil allahı Anunun rəmzi xaç formasında idi. Misirlilər
xaçı «günəş əbədiliyi ilə əlaqədar olan ölməzlik rəmzi» hesab edirlər [72, 196-
202]. Svastika işarəsinin insan və ya heyvan təsvirləri
ilə əlaqəli verilməsini
(Xanlardan şimalda tapılmış qab üzərindəki ov səhnəsi təsviri) arxeoloqlar dini
ovsun anlamı kimi qəbul edirlər [57, 84a, fiq. l.d.101 fiq. 1,203; 141, 87-97].
Qobustanda heyvanın xaç və ya svastika ilə əlaqəli çoxlu sayda maraqlı
təsvirləri vardır [Böyükdaş, aşağı səki, 20la №-li daş, Cingirdağ - Yazılıtəpə, 59, 7
№-li daş) (şək. 62; 63-a,b). Bundan başqa, Qobustanda (Yazılıtəpə, 47 №-li daş,
qərb tərəf) [69, 5-347] və Gəmiqayada (143 №- li daş) (254. 193), (ill. 81, şək. 64-
a, b) maraqlı və xüsusilə də oxşar işarələr təsvir olunmuşdur.
Azərbaycanın, xüsusilə Qobustanın ən erkən qayaüstü incəsənət
abidələrinin çoxu ola
bilsin ki, təsviri işarələr (
signs icons) idi [284, 391, 109].
Məsələn, ayaq izini təsvir edən erkən ovçuluq piktoqrafiyası (şəkillər vasitəsilə
ifadə edilən ən qədim yazı üsulu) təsvirlərini məhz bu cür şərh etmək olar [83, 408
418, 202], [260, 2-19]. İnanca görə, burada İmam Əlinin izi qalmışdır. Bu daş
sonralar yerli əhali tərəfindən «Əli ayağı» adlandırılmışdır (ill. 82).
Daş üzərində iz formalı analoji çalalara Şimal rayonu Karqopolye ayin
daşları arasında rast gəlmək olar. Rəvayətə görə, «İsa peyğəmbər və ya hansısa
digər müqəddəs» buradan keçmişdir. Bu cür daşlara ehtiram hazırkı dövrdə də
davam edir [215, 57-65].
Monqolustanda ayaq izinin 22 analoji işarəsi qeydə
alınmışdır [23, 197]. Avstraliya petroqlifləri arasında və mərasim-ayin əşyalarında
insan pəncəsi təsvirlərinə rast gəlmək olar [289]. Caduya qarşı sümük tiyənin qabı
üzərində olan analoji insan pəncəsi təsvirləri Peterburqun Antropologiya və
etnoqrafiya muzeyində saxlanılır (kolleksiya №
921-79) [94].
Azərbaycan qayaüstü incəsənətində damğalar xüsusi rol oynayır. Ehtimal
olunur ki, bu süjetlər pleystosen dövrünün sonu və erkən holosen dövründə, maddi
mədəniyyətdə mühüm dəyişikliklər dövründə meydana gəlmişdir. Şərqi (Arşanxad
41
əyaləti) və Cənubi Monqolustanın (Tsaqan-ayriqe əyaləti) sal daşları və qayaları
üzərindəki analoji damğalar mezolit dövrü işarələrinin əsas növüdür. Arxeoloqlar
bunları ən qədim Çin piktoqram və qrafik təsvirlərinə bənzədirlər. [129, 31, 32,
şək. 7]. Azərbaycanda bu işarələrin tayfa və nəslin totem işarələri olmasını məntiqi
qəbul etmək olar. Cingirdağın ətəyində, karvan yolunda özünəməxsus
işarələri olan
Damğalıdaş qayası vardır. (123 №li daş) (ill. 83; 84). Maraqlıdır ki, eynilə bu cür,
lakin metal alətlə həkk olunmuş damğalara Qaraçı karvansarayının divarlarında
(ill. 85; 86), Şonqardağın qayaüstü kolleksiyasında, Böyükdaş dağının ətəyindəki
qəbiristanlıqda (ill. 87; 88), Böyükdaşın yuxarı səkisində (52 №-li daş) və
Qobustanın bəzi pirlərinin (Qaraatlı, Sofi Novruz baba, Sofi Həmid pirləri)
qəbirüstü daşlarında rast gəlmək olar [247, 93-103]. Subuktuyedə (Baykalyanı)
[28, 42, şək. 68], (şək. 65), həmçinin Orta Asiya qayaüstü incəsənətində - Tamqalı
(Qazaxıstan), Zaraut Kamara (Özbəkistan), Şaxta mağarası (Tacikistan)
kolleksiyasında analoji təsvirlər mühüm əhəmiyyət kəsb edir. Tədqiqatçılar
Xaraut-Kamara və Şaxta mağarasını mezolit dövrünə aid edirlər [200, 74].
Adətən belə işarəli daşlara karvan və ticarət yollarında təsadüf olunur.
Analoji daşlara Peruda [269, 29], Monqolustanın Arşan-xad mezolit abidələrində
(Şərqi Monqolustan) [129, 31; 127, səh. 64] rast gəlmək olar.
Qobustan damğalarının oxşarlarına Şri-Lankanın [282, 341, şək. 2-ci] və
Keniyanın [283, 33-47, 36; 3-358, şək. 2-ci] (şək. 66-a,b)
qayaüstü təsvirləri
arasında təsadüf edilir.
Arxeoloqlar bu təsvirləri mülkiyyət işarələri kimi qeyd edir və güman
edirlər ki, onlar müəyyən dərəcədə imza rolunu oynaya bilərdilər. Yazılı sübutların
azlığı və ya olmadığını nəzərə alaraq damğalar əvəzedilməz mənbə ola bilər və
tayfa, etnik qrupların yerləşməsini, hərəkəti yollarını göstərə bilər [129, 115-117].
Monqolustanda mezolit dövrünün əsas işarələri arasında Qobustan damğalarına
oxşarları vardır. Bununla əlaqədar, arxeoloqların ehtimalları
Xəzər dənizinin qərb
sahillərində ilk ovçuların yerdəyişmə yolları haqqında düşünməyə vadar edir.
Labirint (dolanbac) qayaüstü təsvirləri (daxilində həndəsi ornament olan
düzbucaqlı və dairəvi təsvirlər) də maraq doğurur. Məsələn, Qobustanın Böyükdaş
dağının yuxarı səkisində (23, 99. №-li daş), (şək. 67 a,b). Cingirdağda (1, 7,12) №-
li daş), (ill. 83; 84), Gəmiqayada (117, 118 №-li daş) (şək. 68-a,b) və Abşeronun
mezolit daşlarında [16,31], (111. 56) olan təsvirləri göstərmək olar. Düzbucaq
şəkilli təsvirlərə Şimali Qafqazın və Dağıstanın orta əsr daşları və kərpic abidələri
üzərində rast gəlinir. Bəzi müəlliflər onları labirint adlandırırlar [22, 105; 171, 90].
Digərləri isə bu təsvirlərin qədim dini məna kəsb etdiyini bildirirlər. Buna nümunə
olaraq, Qavurqala məbədinin daş döşəməsi üzərində çəkilmiş
bu növ sehrli
təsvirləri göstərmək olar. Sonralar bu təsvirlər oyun mənasını kəsb etməyə başlayır
[267, 170-173]. Buna oxşar təsvirlərə Şamaxı rayonunun Quşçu kəndi
yaxınlığındakı Abdal damı mağarasının daş döşəməsi üzərində təsadüf olunur [247,
93-103]. Yeni Cənubi Uelsin qərbində labirint heyvan, ov səhnəsi və mərasim -