58
1. Qədim öküz-tur dövrü. Bu dövrdə nəsli kəsilmiş fauna təmsilçisi - öküz-
turların primitiv-təbii təsvirləri, həmçinin klaviform təsvirləri, qadın işarələri.
yandan və başsız paleolit «Veneralar» və əks-barelyefi texnikasında həkk olunmuş
təsvirlər təqdim olunur (ill.58-a).
Erkən ovçular və mərasim rəqsləri təsviri (ill. 64; şək. 45), çoxsaylı qayıq
təsvirləri bu dövr üçün səciyyəvidir. Bu dövr öz növbəsində bəzi əlavələrlə dörd
üslub qrupuna (Lerua-Qurana görə) bölünür:
I üslub. Kiçikdaş dağının Qayaarası düşərgəsindəki öküz başının təsviri,
həmçinin Böyükdaş dağının yuxarı səkisi, Öküzlər-2, Kənizə yaşayış
məskənlərindəki ayrı-ayrı daşlar üzərində öküz başı təsvirləri. Şonqar (şək. 6, 7).
Böyükdaşın yuxarı səkisi 33 (45) №-li daşı və ehtimal olunan qadın işarəsi
(Böyükdaş dağı, aşağı səki, 8№-li daşdan şimala) (ill. 73; 74).
II üslub. Təbii ölçülü öküz təsvirləri, əks-barelyef insan təsvirləri
(Böyükdaş dağı, yuxarı səki, 65. 29№-li daş) (ill. 29;12).
III üslub. Qısa ayaqlı və gen bədənli öküz təsvirləri (ill. 35), Böyükdaş
dağı, yuxarı səki 29, 65 №-li daşlardakı klaviform işarələri (şək. 70).
IV üslub. 1) Ox və kamanlı kişi ovçuların əks-barelyef təsvirləri (ill. 14;
15); 2) Böyükdaş dağının yuxarı səkisindəki Öküzlər-2, Kənizə, Kiçikdaş dağının
Qayaarası və Şonqar dağının yaşayış məskənlərinin mədəni təbəqələrində aşkar
olunmuş ayrı-ayrı daşlar üzərindəki təsvirlər (ill. 13, 14, 56, 98 (13,14, 101(7) şək.
54-e). Burada, əsasən ovçular, qadınlar, öküzlər və qayıq rəsmləri təqdim olunur.
II Vəhşi atlar və öküzlər dövrü (
əhliləşmişlərdə daxil olmaqla). Burada
vəhşi öküz və kulanların ovlanması səhnəsinin təsvirləri təqdim olunur. (Böyükdaş
dağının yuxarı səkisi, 45 №-li daş (ill. 22; 23). Bu dövrdə əhliləşdirilmiş, öküzlərin
real təsvirləri meydana çıxır (yenə orada, 45 №-li daş), (ill. 21). Mərasim-ovsun
mənasını daşıyan rəsmlərə də rast gəlinir (kollektiv rəqslər, qurbankəsmə səhnələri
və s. Böyükdaş dağının yuxarı səkisi, 67 №-li daş), (ill. 62).
III. Marallar dövrü. 1) Maral və dağ keçilərinin çoxsaylı təsvirləri.
Rəsmlər real ölçüdə təsvir olunmuşlar, vəhşi qaban və ev heyvanlarının təsvirləri
də həkk olunmuşdur. (Cingirdağ, Yazılıtəpə, 4, 9, 92, 33, 54 №-li daşlar, Böyükdaş
dağının yuxarı səkisi 46 №-li daş, aşağı səkisi 10 №-li daş), (şək. 25-b, c; ill. 25;
26; 37; 38: 49): 2) İnsanların ov səhnələrində və mərasim-ovsun səhnələrindəki
üslub təsvirləri (Böyükdaş dağının yuxarı səkisi. 59 №-li daş (şək. 19; 20; 21-a, b).
IV Keçilər dövrü. 1 qrup - Kiçikdaş dağında maral və Cingirdağda keçi
təsvirləri (Cingirdağ 13. 33, 36, 63, 54 №-li daşlar; Böyükdaş dağının yuxarı
səkisi, 42 №-li daş, cənub tərəf) (şək. 76 a, b, c, ç, d), II qrup - Kəlbəcər, Gəmiqaya
(21, 33, 34, 54 №-li daşlar) və Abşerondakı heyvan təsvirləri (şək. 22-a,b; 24 ill.
39; 40; 41; 42; 43: 44). Yeni obrazlar - buynuzlu keçilər, dairə şəkilli günəş işarəsi
(Gəmiqaya 21 №-li daş) meydana çıxır (şək. 77; 78). İnsan təsvirləri yandan və
üzdən, hərəkətdə (heyvanı təqib edərkən, rəqs və ya ovsun ayinlərini yerinə
yetirərkən) təqdim olunurlar (şək. 23).
59
V Dəvə dövrü. Dəvələrin, şirlərin sxematik təsvirləri, atlı və ov səhnəsi
təsvirləri (Böyükdaş dağının yuxarı səkisi. 90, 103 №-li daş və aşağı səkisi, 155
№-li daş. Kiçikdaş dağı 37№-li daş, Yazılıtəpə 24, 42, 38. 40 №-li daşlar), latın,
ərəb və fars yazıları (şək. 32; ill. 50:51).
Nəzərdən keçirdiyimiz materiallar aşağıdakı nəticələrə gəlməyə imkan
verir. Üst pleystosen dövründə ovun əsas obyekti sürü halında yaşayan iri
heyvanlar idilər. Ova kollektiv halında gedirdilər. İnsan təkbaşına qida əldə edə
bilmirdi. Qobustan qayaüstü təsvirlərində də aparıcı yeri əsas yaşayış mənbəyi olan
heyvanlar - öküz-tur, vəhşi at və başqaları tuturdu. Lakin pleystosenin sonu
holosenin əvvəlində iqlim şəraiti dəyişilir. Buna müvafiq olaraq ov obyekti də
dəyişir. Bu dövrdə qayaüstü incəsənətdə müasir holosen faunasının (maral, keçi,
vəhşi qaban, quş və s.) təsvirləri meydana çıxır.
Neolit və tunc dövrləri abidələri
Azərbaycanın neolit və tunc dövrləri petroqliflərinin süjetlərində ov üslubu
izlənilir. Həkkolunma üslubuna görə, onlar üst paleolit və mezolit dövrlərinin
rəsmlərindən fərqli olaraq daha sxematik tərzdə çəkilmişlər. Neolit və tunc
dövrünün petroqliflərində insan təsvirlərinin faiz nisbəti bir qədər azalır. Daha çox
heyvan təsvirləri müşahidə olunur. Üslub xüsusiyyətlərinə görə, bu dövrün
rəsmlərini 2 qrupa bölmək olar. Birinci qrupa daha real təsvir olunmuş heyvan
rəsmlərini aid etmək olar. Məsələn, Kiçikdaş dağında maral və Cingirdağda (33,
54№-li daşlar) keçi təsvirləri. Burada, bəzi heyvan təsvirlərində neolit dövrünün
ənənələri qorunub saxlanmış, lakin onların məzmunları daha geniş və rəngarəngdir.
Onlardan bəziləri sakit, digərləri rəqs edən vəziyyətdə - arxa pəncələri üzərində
bir-birinə qarşı təsvir olunmuşlar (Böyükdaş, yuxarı səki, 42№-li daş (cənub tərəf);
Yazılıtəpə (13, 63, 54, 36 №-li daşlar), (şək. 76-a,b,c,ç,e).
İkinci qrupa Kəlbəcər, Gəmiqaya (21№-li daş) və Abşerondakı (şək. 22-a,b;
24; ill. 39; 40; 41; 42; 43; 44) heyvan təsvirləri aiddir. Çəkilmə üslubuna və
məzmununa görə, ikinci qrup petroqlifləri Qobustanın sonrakı dövr təsvirlərinə
yaxındır. Bu rəsm qrupunda yeni meyillər aydın izlənilir. Yeni obrazlar - buynuzlu
keçilər, dairəvi günəş işarəsi (Gəmiqaya 21№-li daş) meydana gəlir(şək.79;80).
İnsan təsvirləri hərəkətdə (heyvanı təqib edərkən, rəqs və ya ovsun ayinlərini
yerinə yetirərkən) təqdim olunurlar (şək. 23). Gəmiqayanın Nəbiyurd adlanan
yerində 2002-ci ildə aşkar olunmuş yaşayış məskəni, qəbiristan, saxsı qabların
qırıqları tədqiqatçılar üçün bəzi qayaüstü təsvirlərin (insan, keçi və marallar
təsvirləri) yaşını müəyyən etmək üçün əsas olmuşdur (e.ə. IV minilliyin sonu - III
minilliyin əvvəli) [254, 125- 126].
Kəlbəcər qayaüstü təsvirlərinin yaşını müəyyən edərkən, arxeoloqlar
yaşayış məskəninin və e.ə. III minilliyə aid olan dairəvi tikilinin qalıqlarını əsas
götürmüşlər. Bu yerdə şurf vasitəsilə erkən tunc dövrünə aid mədəni təbəqə aşkar
Dostları ilə paylaş: |