62
I. Ən qədim erkən mərhələ - son pleystosen və erkən holosen dövrü öküz-
tur dövrü - ən erkən hüdudu e.ə. 34000-ci ilə aid edilir. Bu dövr, öz növbəsində
dörd üslub qrupuna bölünür:
I üslub orinyak üslubu (e.ə. 34000-ci il): Kiçikdaşın Qayaarası
düşərgəsindəki öküz başı təsviri, həmçinin Böyükdaş dağının yuxarı səkisindəki
Öküzlər-2, Kənizə yaşayış məskənində, Şonqar dağında (şək. 8, 9, 10) ayrı-ayrı
daşlar üzərindəki, Böyükdaşın yuxarı səkisi, 33 (45) №-li daşdakı öküz başı
təsvirləri və Böyükdaş dağının aşağı səkisi, 8 №-li daşdan şimala qadın işarəsi
ehtimal olunan abidə (ill. 72; 73).
II üslub - solütre-madlen üslubu(e.ə. 19000-15000-ci illər): Təbii ölçüdə
öküz təsvirləri, qadınların əks-barelyef təsvirləri (Böyükdaş dağının yuxarı səkisi,
65, 29 №-li daş) (ill. 12; 29).
III üslub - madlen üslubu (e.ə. XV-XIII minillik): Qısa ayaqlı və gen
bədənli öküz təsvirləri (ill. 19; 34; 36) klavitorm işarələri (Böyükdaş dağının
yuxarı səkisi, 29 65 №-li daşlar).
IV üslub madlen-mezolit üslubu (e.ə. XIII-VIII minilik): 1) Kişi ovçuların
əks-barelyef təsvirləri və ox-kamanlı ovçu təsvirləri (ill. 14; 15); 2) Böyükdaş
dağının yuxarı səkisində yerləşən Öküzlər - 2, Kənizə, Kiçikdaş dağının Qayaarası
və Şonqar dağının mağaralarının mədəni təbəqələrindən aşkar olunmuş ayrı-ayrı
daşlar üzərindəki təsvirlər (şək. 72; ill. 56; 98; 101). Burada, əsasən ovçu, qadın,
öküz və qayıq təsvirləri təqdim olunur.
II. Neolit dövrü - vəhşi at və öküzlər dövrü (e. ə.VII- VI minillik)
Vəhşi öküz və kulanların ovlanması səhnəsi (Böyükdaş dağının yuxarı
səkisi, Ovçular mağarası, 45 №-li daş) (ill. 22; 23), əhliləşdirilmiş öküzlərin real
təsvirləri (yenə orada, 45 №-li daş) (ill. 30-a,b). Böyükdaş dağının yuxarı səkisi. 67
№-li daş), (ill. 62).
III. Eneolit dövrü - Maral və keçilər dövrü (e.ə.VI-IV minillik)
1) Maral və keçilərin çoxsaylı təsvirləri. Rəsmlər real ölçüdə təqdim
olunurlar. Vəhşi qaban və ev heyvanlarının da təsviri vardır. (Cingirdağ,
Yazılıtəpə, 4, 9, 92, 33, 54 №-li daşlar, Böyükdaş dağı, yuxarı səki, 46 №-li daş;
aşağı səki, 10№-li daş) (şək. 17; 26-b, c; ill. 25; 26; 38; 49).
2) Ov səhnələrində və mərasim-ayin səhnələrində insanların üslub təsvirləri
(Böyükdaş dağı, yuxarı səki, 59№-li daş) (şək. 19; 20; 21-a, b).
IV.Tunc dövrü - keçilər dövrü (e. ə. IV-III minillik) 2 qrupa bölünür: I
qrup - Kiçikdaş dağında maral və Cingirdağda keçi təsvirləri (13, 33, 36, 63, 54 №-
li daşlar) Böyükdaş dağı (yuxarı səki, 42 №-li daş (cənub tərəf) (şək. 75).
63
II qrup - Kəlbəcərdə, Gəmiqayada [21 №-li daş ] və Abşeronda (şək. 22 a,b;
24; ill. 39; 40; 41; 42; 43; 44) heyvan təsvirləri, buynuzlu keçi təsvirləri, dairə
şəkilli günəş işarəsi [Gəmiqaya - 21 №-li daş] (şək. 76; 77), araba və digər təsvirlər
(şək.78).
V. Dəmir dövrü (e.ə. II-I minillik)
Maralların təqibi səhnəsi (Yazılıtəpə, 9, 38, 40, 92, 136 №-li daşlar;
Böyükdaş dağı, yuxarı səki, 103 №-li daş; Gəmiqaya, 54 №-li daş) (şək. 21-a-b;
36; 47; 49), qurbankəsmə səhnələri (Yazılıtəpə, 24,25 №-li daşlar), qolsuz
antropomorf fiqurlar (şək. 81), Gəmiqaya, Kəlbəcər və Abşeronun bəzi insan, keçi
və maral təsvirləri.
VI. Orta əsrlər dövrü (I-XVIII əsrlər)
Dəvə karvanları təsvirləri (Böyükdaş dağı, aşağı səki, 155 №-li daş) (şək.
32), nizə ilə silahlanmış atlılar, işarələr və damğalar, islam dini məzmunlu yazılar
və təsvirlər (Böyükdaşın aşağı səkisində mehrab təsviri, ərəb və fars yazıları).
64
IV FƏSİL
AZƏRBAYCAN QAYAÜSTÜ İNCƏSƏNƏTİNİN SEMANTİKASI
Azərbaycan qayaüstü təsvirləri qədim Azərbaycan əhalisinin müxtəlif dini
təsəvvürlərinin formalaşmasının öyrənilməsinə imkan yaradır. Üst paleolit,
mezolit, neolit və digər dövrlərin petroqlifləri, qədim arxeoloji komplekslər
əsasında ayin təsəvvürlərinin rəngarəngliyini müşahidə etmək olar. Qədimdə
Azərbaycan əhalisi arasında animizm, totemizm və ulduz ayinləri kimi etiqadlar
mövcud olmuşdur.
Animizm - bəşər mədəniyyətinin erkən mərhələlərində meydana gələrək
inkişaf etmiş və yer üzünün bütün dinlərinin ayrılmaz hissəsi olmuşdur.
Etnoqrafiyada elə bir din yoxdur ki, animizmi qəbul etməsin. Totemizmdə,
ovsunlarda, fetişizmdə, mərhumlara sitayişdə, ibtidai dinin bütün formalarında
mustye dövründən üst paleolitə keçid zamanı ruhlar, onların mənəvi müəmmalı
təsiri haqqında təsəvvür, yəni animistik təsəvvürlər mövcud olmuşdur. Bu özünü,
ələlxüsus dəfn mərasimlərində əyani büruzə vermişdir. İbtidai dövrdə təbii fəlakət
qüvvələri, müəmmalı hadisələr qarşısında qorxu animistik təsvirlər əmələ
gətirmişdir. İbtidai insanlar çoxsaylı ruhlar dünyasında yaşayırdılar.
Müqəddəs dağlara sitayiş ən qədim və geniş yayılmış adətlərdən biridir.
Sonralar dağlara sitayiş bəzi dinlərə keçmişdir. Hindistanda Himalay dağlarına,
Fələstin yəhudiləri Sinay dağına, Yunanıstanda Olimp dağına sitayiş edilmişdir.
Mərkəzi Asiyanın (Monqolustan, Qazaxıstan, Özbəkistan və s.) ən hündür dağ
zirvələrində dağların ruhu üçün qurbangahlar olan daş qalaqları «obo» yığırdılar.
İndi də buradan keçənlər «obo»ya nəinki daş, həmçinin şirniyyat və ya kökə
qoyurlar. Bu nəzirlər yerli əhaliyə iltifat üçün dağların ruhuna verilirdi [127.39].
Kökləri ilə uzaq keçmişə gedib çıxan dağlara və daşlara sitayiş
Azərbaycanın bir çox rayonlarında öz əhəmiyyətini saxlayır. Onlardan Xızı
rayonunda Şahbuz [213,19]. Beşbarmaq dağlarını, Qobustanda Cingirdağı
(əvvəllər Cingir Baba adlanırdı), Qonaqkənddə Həzrət Baba, Ordubad rayonunda
Əshabi-Kəhf və Gəmiqayanı göstərmək olar.
Arxeoloqlar dağlara sitayişin mövcud olması və yayılmasını bu cür izah
edirlər ki, dağ zirvələrinin göylərə ucaldığı və bura buludların yığıldığı, ildırımlar
çaxdığı yer olduğu üçün (ildırıma səbəb olan təzahürlərdən - bulud və yağışlardan
əkinçilik, məhsuldarlıq insanın firavanlığı üçün əsasdır) bu dövrdə dağlara və
onların ruhlarına sitayiş əmələ gəlmişdir [222, 384].
Qobustanda hal-hazırda da qədim ənənə saxlanılmışdır - yerli camaat üçün
toy günü Böyükdaş dağını ziyarət etmək mütləq mərasimdir. Bu, dağlara ehtiramın
qədim formalarının qalıqlarıdır.
Son illər ərzində Azərbaycan qayaüstü incəsənətinin öyrənilməsi sayəsində
əldə olunmuş materiallar qayaüstü incəsənətlə dağ və daşlara sitayiş arasında
Dostları ilə paylaş: |