69
sübut edir. Bu isə, ölüm, məhvolma təhlükəsindən və onları dəf etməyin
mümkünlüyü ümidindən irəli gələn ibtidai dinin ən vacib vəzifəsidir.
Heyvanlara sitayiş Azərbaycanın qədim tayfaları arasında geniş yayılmışdır.
Heyvanların qayaüstü təsvirlərinin müqayisəli təhlili əsasında bu mövzunu
nəzərdən keçirək.
Öküzə sitayiş. Azərbaycan petroqlifləri arasında qədim tayfa və xalqların
öküzə sitayiş etmələri haqqında zəngin, rəngarəng və qiymətli material hesab
edilən öküz təsvirləri xüsusi yer tutur. İnsan öküzlə (bizon, tur) ilk tanışlığı paleolit
dövründə baş vermişdir. Qayaüstü incəsənətin inkişafının ilkin mərhələlərindən
başlayaraq, Azərbaycanın qayaüstü təsvirlərinin mövzu süjetlərində əsas yerlərdən
birini ov ayinləri tutmağa başlayır. Bəşər tarixinin ilkin mərhələlərində yaranmış
ov ayin etiqadları min-illiklər ərzində qorunub saxlanmış və çoxsaylı əlamətlərdə,
qadağalarda, etiqadlarda öz əksini tapmışdır. Bunların bir çoxu dastan, rəvayət və
əfsanələr şəklində bizim günlərədək gəlib çatmışdır. Qədim ovçu qayalar üzərində
öküz-tur sürüsünü təqib edən oxatanları (Böyükdaş, yuxarı səki, daş № 45, şimal
tərəfi) (ill. 65) və heyvanları tutmaq üçün müxtəlif hasar və tələləri (Böyükdaş,
yuxarı səki, 45 №-li daş, şimal tərəfi, Kiçikdaş, 19, 58 №-li daş) (şək.15; ill. 65;
66) təsvir etməklə mərasim ayinləri vasitə-silə uğurlu ov əldə etməyə çalışırdı.
Qeyd edək ki, paleolit dövründən başlayaraq və sonrakı dövrlərdə öküz müxtəlif
tayfa və xalqlarda totem hesab edilmişdir. Məsələn, orta əsr türk tayfası oğuzların
dastanında nəslin banisi Oğuz xaqanı haqqında deyilirdi: «Onun ayaqları öküzün
ayaqları kimi, budları canavarın budu kimi, çiyinləri ayının çiyni kimi idi. Onu
«öküz» adlandırırdılar» [129, 52]. Bir çox tayfalar öz başlanğıcını öküzlə
əlaqələndirirdilər. Hunlar, monqollar və buryatlar başlanğıcı öküz nəslindən
götürürdülər. Öküzün buynuzlarını isə cəsarət, hünər və güc rəmzi ilə
əlaqələndirirdilər [266, 56]. Qazaxıstan petroqliflərində olan öküz təsvirləri
haqqında analoji fikirlər söylənilirdi. Bunu əsasən hindu tayfalarının qədim
dastanları ilə əlaqələndirmək mümkündür. [96, 211]. Öküzə sitayiş bərəkət ideyası
ilə də bağlı idi. Qobustanda, Abşeronun Düvəndi kahasında, Kəlbəcər dağlarının
bazalt qayalarında və Naxçıvanda - Gəmiqayada öküz obrazlarının xüsusi yeri
vardır. Bu heyvan təsvirlərinin yanında insan fiqurları həkk olunmuşdur (Məsələn,
Qobustanda öküz təsviri ilə qadın təsvirinin üslub uyğunluğu) (şək. 11; 12; ill. 96;
60). İranda və Orta Asiyanın bəzi vilayətlərində öküz müqəddəs heyvan olaraq
məzdəyi ayinlərinə daxil olmuş və «Avesta»da bu obrazlara tez-tez müraciət
olunmuşdur. [7-ci yasna, XXV, 4]. Öküzlərə həsr olunmuş çoxlu təriflərə Riqveddə
rast gəlmək olar [156, 180]. Hind dastanlarında öküz, həmçinin əzəmət və güc
rəmzidir. [115.504].
Bir çox tədqiqatçıların hesab etdiyi kimi, öküz ayini şərq xalqlarının hələ ən
qədim totemist təsəvvürlərinə gedib çıxır. [156, 170]. Öküzə ehtiram Çatalquyukun
saxsı qablarından əvvəlki dövrdə, neolitdə öz çiçəklənmə dövrünə çatmışdır. [219.
46, 120, 56, 61, 62. tablo XIII]. Bu ayin Azərbaycan ərazisində də geniş
70
yayılmışdır. Çalağan eneolit yaşayış məskənindən tapılmış cavan öküz başı fiquru
Abşeronda aşkar olunmuş naxışlarla bəzədilmiş öküzün kiçik başları [25, 14] bu
heyvanın ayin mənası daşıdığının vacib sübutlarındandır [126. 1 l]. Tunc dövründə
öküz buynuzları ilə müqəddəs ocaqların bəzədilməsi haqqında da məlumatlar
vardır [80, 107, 108].
Qarabağın Xocalı kəndində aşkar olunmuş öküz təsvirli kəmər tunc dövrü
incəsənətində öküz obrazının xüsusi yer tutduğunu təsdiq edir [232. 10]. Bunun izi
bəzi müasir maldar xalqlarda da müşahidə olunur [107, 205. 212]. Lakin bunlar
bizim dövrlərədək gəlib çatmış mərasim ayinlərinin qalıqlarının kiçik bir qismidir.
Görünür, bizə heç vaxt bu mərasimi təşkil edən ayin və adətlərin bütöv
kompleksini bərpa etmək mümkün olmayacaqdır. Bizə yalnız arxeoloji abidələrdə
onların izləri gəlib çatmışdır.
Azərbaycanın qayaüstü incəsənətində Qobustan qayalarında təsvir olunmuş
Dos Primigenius turundan əlavə, öküzün digər obrazları da məlumdur. Ona
Kəlbəcər, Gəmiqaya və Abşeron təsvirlərində rast gəlmək olar. Burada öküz
arabaya qoşulmuş vəziyyətdə şum səhnələrində və digər səhnələrdə əks olunur. Bu
isə onun ev heyvanı olduğunu sübut edir. Belə təsvirlər Naxçıvanda (Gəmiqaya,
76. 77 №-li daşlar) (sək. 11; 12) və Abşeronda [Dübəndi kahası] (ill. 96)
məlumdur. Qobustan qayalarında oxatanların öküz sürüsü ilə döyüşü kimi baxımlı
səhnələr (Böyükdaş, yuxarı səki, 45 №-li daş, şimal tərəfi) (ill. 65) təsvir
olunmuşdur. Bu təsvirləri uğurlu ov mərasimi səhnələri kimi qiymətləndirmək olar.
Tropik Afrika, Amazoniya və Avstraliyanın bəzi rayonlarında geridə qalmış
tayfa və xalqlarda hal-hazırda belə bir mərasim vardır: heyvan ovundan əvvəl, yerə
onun təsviri çəkilir və and mərasimi yerinə yetirilir [145, 231, şəkil 106]. (ill. 64).
Möhkəm əşya ilə vurulmuş zərbələrin izi qalmış bu heyvan təsvirləri Qobustanda
qeydə alınmışdır. Güman etmək olar ki, Qobustan ovçuları da ovdan əvvəl bu
ovsunları icra edirdilər.
Qobustanda öküz təsviri ilə qadın təsvirinin üslub uyğunluğu müşahidə
olunan mürəkkəb kompozisiyanı ayin səhnələrinə aid etmək olar (Kiçikdaş,
Daşqışlaq kolleksiyası, 19 №-li daş; Böyükdaş, yuxarı səki. 78 №-li
daş). (ill. 66;
60). Göstərilən müşahidələr bu rəsmlərin ayin əhəmiyyətini müəyyən etməyə
imkan verir. Onlar, güman ki, rəvayət xarakteri daşıyır və paleolit dövrünün mifik
nəsil başçılarını tərənnüm edən hekayələr kimi şərh oluna bilərlər.
Öküz və qadın... Bu cür uyğunluq Avropanı oğurlamış Zevs haqqında
rəvayət və Minotavr və Pasifay haqqında əsatirə sövq edir. [172, 24]. Burada qadın
yalnız nəslin başçısı kimi deyil, həm də heyvan əcdadla əlaqəyə girir. Buradan
qadın və heyvan obrazlarının bərəkət ayini əmələ gəlir [129, 28]. Bu növ qayaüstü
kompozisiyalara oxşar süjetlərə (qadın və heyvan obrazı) Fransanın madlen dövrü
mağarasından (Aşağı Lojeri) qadın və maral rəsmində [3, 104], qədim neolit
dövrünün «şəhəri» Çatal-quyukun «Bərəkət ilahəsi məbədi»nin ön divarındakı
(Anadolu qayaüstü təsvirləri) qadın və öküz təsvirlərində [120, 125-127]. İordaniya
Dostları ilə paylaş: |