75
Balığa sitayiş. Maral, keçi, ilan qayaüstü təsvirlərindən
fərqli olaraq, balıq
rəsmlərinə az rast gəlinir. Kareliyanın, Uralın, Sibirin neolit dövrü sakinləri balıqçı
olsalar da, qayaüstü rəsmlərdə bahq təsvirləri azlıq təşkil etmişdir. Qobustanda
cəmi 6 qayaüstü balıq təsviri qeydə alınmışdır.
Orta əsr Azərbaycan abidələrində balıq təsvirli əşyalar xüsusi yer tutur.
Burada balıq yeraltı dünya sularının sakini kimi verilir. Dünyanın klassik
dinlərində və bir çox inanclara görə, balıq insan həyatını hər hansı bir xəstəlikdən
qoruyan əbədilik, canlı su əlamətinin əsasını təşkil edir. Bu münasibətlə Böyükdaş
dağı, yuxarı səki, 104 №-li daş üzərində təsvir olunmuş rəsm maraq kəsb edir.
Burada balıq boynundan bağlanmış keçini dartıb aparır [68, 248]. Bundan bir qədər
fərqli kompozisiyada balıq keçilər, ovçu və naxışlı qadın
təsvirləri ilə əlaqəli
verilmişdir (Böyükdaş, yuxarı səki, 105 №-li daş). Burada sual ortaya çıxır: bu
süjetlər ayin təsəvvürləri ilə bağlı deyilmi? Bəs Kiçikdaş dağının 5 №-li daşı
üzərindəki təbii ölçülü delfin təsvirləri? Qvineyada indiyədək yerli tayfalarda
delfinə nəhəng dəniz heyvanı, bol məhsul müjdəçisi kimi sitayiş adəti qorunub
saxlanılmışdır. Bu suallara cavab vermək üçün daha dərin tədqiqat aparılmalıdır.
Səma cismlərinə sitayiş. İbtidai insanın ayin təsəvvürlərini bərpa etmək ən
mürəkkəb problemlərdən biridir. Bunun həllində qayaüstü təsvirlər və qəbirlər
böyük rol oynaya bilər. Azərbaycan qayaüstü təsvirləri arasında dairə, bəzən
konsentrik dairə, bəzən də aypara şəklində çoxsaylı fiqurlar təkrarlanır.
Bəzən isə
dairə və ondan ayrılan xətlərə də təsadüf olunur. Bir çox alimlərin fikrinə görə, bu
fiqurlar günəş, ulduz və ayın astral işarələridir. Günəşə pərəstişin ilk cücərtiləri
alimlərin hesab etdikləri kimi, hələ neandertal qəbirlərində əks olunmuşdur.
Məsələn, Özbəkistanın Deşikdaş mağarasında neandertal oğlan qalıqları ilə yanaşı,
müəyyən qaydada yığılmış dağ keçisinin
(kiik) sümükləri aşkar edilmişdir. Bunu
sümüklərin günəş istiqamətində düzülməsi ilə müqayisə edərək
arxeoloqlar günəşə
sitayiş haqqında ehtimal irəli sürmüşlər (ill. 21).
Tunc dövrü Xocalı-Gədəbəy mədəniyyətinə aid materiallardan məlum olur
ki, o dövrdə günəş allahına sitayiş edilir, ay isə axirət ayini ilə əlaqələndirilirdi [98,
20]. Səmaya və günəşə sitayiş e.ə. I minilliyə aid olan Zaqafqaziya qəbirlərindən
tapılmış abidələrdə aydın izlənilir. Zaqafqaziya abidələrinin dini rəmzləri
Avropanın tunc dövrü dini rəmzlərinə çox yaxındır. [141, 93].
Geniş arxeoloji tədqiqatlar göstərir ki, günəşə sitayiş
tunc dövründə bədii
keramika və tunc abidələri arasında yayılmışdır. Günəş-Ay ayinlərinin izləri qədim
Albaniya incəsənətində öz parlaq əksini tapmışdır. Burada saxsı qablar üzərində
günəş və ay şəklində naxışlara rast gəlinir [263, 53]. Strabon özünün «Coğrafiya»
əsərində qeyd edir ki, qədim albanlarda əsas ilahi qüvvə Ay allahı hesab olunurdu
və o, qədim alban şəhəri olan Şəkidə yerləşən Ay məbədini təsvir etmişdir. Bu cür
ilahi qüvvəyə sitayiş qədim İveriyada, Gürcüstanda və qədim xetlərdə yayılmışdır.
[152, 69-70].
76
Səma cismlərinin təsvirləri qayaüstü incəsənətdə ən
qədim və tez-tez rast
gəlinən süjetlərdən biridir. Qobustan, Abşeron, Gəmiqaya və Kəlbəcər petroqlifləri
timsalında bu ayinləri açıqlamağa cəhd edək.
Günəşə sitayiş. Ayrı-ayrı çevrə işarələri, konsentrik dairələr və spirallar
qayaüstü incəsənətin ən qədim rəmzlərindən biridir. Bəzi tədqiqatçılar onları üst
paleolit dövrünə aid edirlər [133, 58].
Məhz çevrələr ən erkən, ilkin günəş
rəmzlərindən biri olmuşdur. Bu cür işarələrə Qobustan, Gəmiqaya və Abşeron
qayaüstü təsvirlərində rast gəlmək olar (şək. 56; 77; 78).
Xaç şəklində günəş işarələri Qafqazın Tson mağarasında, Macarıstanın Tata
və Almaniyanın Vilena düşərgələrində aşkar olunmuş mustye dövrünə aid oyma
işarələrdən məlumdur. Tədqiqatçıların fikrincə, bu, Kostenki-1 kimi üst paleolit
abidələrinin ornamentləri ilə oxşarlıq təşkil edən kiçik xaçların ən qədim
naxışlarıdır [103, 42]. Onlar bunu dörd istiqamətdə dünyanın üfuqi bölünməsi -
günəşin doğması və batması, ilıq və soyuq küləklərlə əlaqələndirirlər [205, 143].
Xaçabənzər işarələrə Qobustan qayalarında, Böyükdaşın yuxarı səkisində (31 №-li
daş) (ill. 78) və aşağı səkisində Roma yazısının yaxınlığında (16 №-li daş) (ill. 80),
Gəmiqayada (85 №-li daş) (şək. 61) təsadüf etmək olar. Kəlbəcərdəki xaçlı günəş
çevrələrinin içində insan təsviri maraqlı süjetdir (şək. 84 a,b). Bu «günəş
çarxları» haqqında ayin təsəvvürləri ilə bağlı deyilmi?
Günəş - svastikaya Xanlar rayonunda aşkar olunmuş tunc dövrü qabları
üzərində rast gəlmək olar [154, 1051 (şək. 59; 60). Tədqiqatçılar hesab
edirlər ki,
Azərbaycanın ən erkən svastika işarələrinin nümunələri e.ə. IV minilliyə
aiddir və
Qobustanda, Gəmiqayada [250, 19-21], həmçinin keramika və metal üzərində
qeydə alınmışdır. Beləliklə, xaçabənzər işarələr bizə qədim dövrlərdən məlumdur
və insanın təsviri fəaliyyətinin ilkin nümunələrindəndir. Günəş obrazı qayaüstü
incəsənətdə ən tez-tez rast gəlinən süjetlərdən biridir.
Arxeoloqlar hesab edirlər ki,
Kareliyanın qayaüstü incəsənətində günəş, ən müxtəlif şəkillərdə: antropomorf,
zoomorf, çox vaxt isə şərti işarələr (dairə və yarımdairə) şəklində çıxış edir.
İşarələrin bu mifoloji sistemi karelfin folklorunun formalaşmasına təsir etmişdir
[174, 170]. İbtidai kosmik təsəvvürlər totemlərin heyvan və bitki aləmindən «digər
dünya allahlarına» [144, 31] çevrilməsi yolunda sanki bir pillədir.
Günəş obrazının heyvan şəklində təqdim olunması Qafqazda tunc dövrü
incəsənəti üçün də səciyyəvidir. Sünik qayaüstü təsvirlərində (öküz təsvirləri) və
Gürcüstanın qrafik incəsənətində (öküz, keçi və s.) günəş sonluğu
şəklində
buynuzlu heyvan təsvirlərinə rast gəlmək olar [97. şək. 4 (1, 2), şək. 24 (2); 29,
şək. 12, 13, 20]. Azərbaycanın qayaüstü incəsənətində günəş işarəsi şəklində buy-
nuzlu keçi təsvirlərinə tez-tez təsadüf olunur. Onlara Gəmiqaya (21 №-li daş,
№335, 461-a), (şək. 79: 80) və Kəlbəcər qayaüstü təsvirlərində rast gəlmək olar.
Günəş obrazının odla əlaqəsini Qobustanın bir çox arxeoloji tapıntılarında
izləmək mümkündür. Kiçikdaş dağında, Firuz-2 düşərgəsinin yaxınlığında olan
sığınacağın qayalarında külli miqdarda həm ayrı-ayrı, həm də insan, heyvan və