Binder pdf



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə34/44
tarix30.12.2017
ölçüsü5,01 Kb.
#18310
1   ...   30   31   32   33   34   35   36   37   ...   44

75 
 
Balığa sitayiş. Maral, keçi, ilan qayaüstü təsvirlərindən fərqli olaraq, balıq 
rəsmlərinə az rast gəlinir. Kareliyanın, Uralın, Sibirin neolit dövrü sakinləri balıqçı 
olsalar da, qayaüstü rəsmlərdə bahq təsvirləri azlıq təşkil etmişdir. Qobustanda 
cəmi 6 qayaüstü balıq təsviri qeydə alınmışdır. 
Orta  əsr Azərbaycan abidələrində  balıq təsvirli  əşyalar xüsusi yer tutur. 
Burada balıq yeraltı dünya sularının sakini kimi verilir. Dünyanın klassik 
dinlərində və bir çox inanclara görə, balıq insan həyatını hər hansı bir xəstəlikdən 
qoruyan əbədilik, canlı su əlamətinin əsasını təşkil edir. Bu münasibətlə Böyükdaş 
dağı, yuxarı səki, 104 №-li daş üzərində  təsvir olunmuş rəsm maraq kəsb edir. 
Burada balıq boynundan bağlanmış keçini dartıb aparır [68, 248]. Bundan bir qədər 
fərqli kompozisiyada balıq keçilər, ovçu və  naxışlı qadın təsvirləri ilə  əlaqəli 
verilmişdir (Böyükdaş, yuxarı səki, 105 №-li daş). Burada sual ortaya çıxır: bu 
süjetlər ayin təsəvvürləri ilə  bağlı deyilmi? Bəs Kiçikdaş dağının 5 №-li daşı 
üzərindəki təbii ölçülü delfin təsvirləri? Qvineyada indiyədək yerli tayfalarda 
delfinə  nəhəng dəniz heyvanı, bol məhsul müjdəçisi kimi sitayiş adəti qorunub 
saxlanılmışdır. Bu suallara cavab vermək üçün daha dərin tədqiqat aparılmalıdır. 
Səma cismlərinə sitayiş. İbtidai insanın ayin təsəvvürlərini bərpa etmək ən 
mürəkkəb problemlərdən biridir. Bunun həllində qayaüstü təsvirlər və  qəbirlər 
böyük rol oynaya bilər. Azərbaycan qayaüstü təsvirləri arasında dairə, bəzən 
konsentrik dairə, bəzən də aypara şəklində çoxsaylı fiqurlar təkrarlanır. Bəzən isə 
dairə və ondan ayrılan xətlərə də təsadüf olunur. Bir çox alimlərin fikrinə görə, bu 
fiqurlar günəş, ulduz və  ayın astral işarələridir. Günəşə  pərəstişin ilk cücərtiləri 
alimlərin hesab etdikləri kimi, hələ neandertal qəbirlərində  əks olunmuşdur. 
Məsələn, Özbəkistanın Deşikdaş mağarasında neandertal oğlan qalıqları ilə yanaşı, 
müəyyən qaydada yığılmış dağ keçisinin (kiik)  sümükləri aşkar edilmişdir. Bunu 
sümüklərin günəş istiqamətində düzülməsi ilə müqayisə edərək arxeoloqlar günəşə 
sitayiş haqqında ehtimal irəli sürmüşlər (ill. 21). 
Tunc dövrü Xocalı-Gədəbəy mədəniyyətinə aid materiallardan məlum olur 
ki, o dövrdə günəş allahına sitayiş edilir, ay isə axirət ayini ilə əlaqələndirilirdi [98, 
20]. Səmaya və günəşə  sitayiş e.ə. I minilliyə aid olan Zaqafqaziya qəbirlərindən 
tapılmış abidələrdə  aydın izlənilir. Zaqafqaziya abidələrinin dini rəmzləri 
Avropanın tunc dövrü dini rəmzlərinə çox yaxındır. [141, 93]. 
Geniş arxeoloji tədqiqatlar göstərir ki, günəşə  sitayiş tunc dövründə  bədii 
keramika və tunc abidələri arasında yayılmışdır. Günəş-Ay ayinlərinin izləri qədim 
Albaniya incəsənətində öz parlaq əksini tapmışdır. Burada saxsı qablar üzərində 
günəş və ay şəklində naxışlara rast gəlinir [263, 53]. Strabon özünün «Coğrafiya» 
əsərində qeyd edir ki, qədim albanlarda əsas ilahi qüvvə Ay allahı hesab olunurdu 
və o, qədim alban şəhəri olan Şəkidə yerləşən Ay məbədini təsvir etmişdir. Bu cür 
ilahi qüvvəyə sitayiş qədim İveriyada, Gürcüstanda və qədim xetlərdə yayılmışdır. 
[152, 69-70]. 


76 
 
Səma cismlərinin təsvirləri qayaüstü incəsənətdə  ən qədim və tez-tez rast 
gəlinən süjetlərdən biridir. Qobustan, Abşeron, Gəmiqaya və Kəlbəcər petroqlifləri 
timsalında bu ayinləri açıqlamağa cəhd edək. 
Günəşə  sitayiş.  Ayrı-ayrı çevrə  işarələri, konsentrik dairələr və spirallar 
qayaüstü incəsənətin  ən qədim rəmzlərindən biridir. Bəzi tədqiqatçılar onları üst 
paleolit dövrünə aid edirlər [133, 58]. Məhz çevrələr  ən erkən, ilkin günəş 
rəmzlərindən biri olmuşdur. Bu cür işarələrə Qobustan, Gəmiqaya və  Abşeron 
qayaüstü təsvirlərində rast gəlmək olar (şək. 56; 77; 78). 
Xaç şəklində günəş işarələri Qafqazın Tson mağarasında, Macarıstanın Tata 
və  Almaniyanın Vilena düşərgələrində  aşkar olunmuş mustye dövrünə aid oyma 
işarələrdən məlumdur. Tədqiqatçıların fikrincə, bu, Kostenki-1 kimi üst paleolit 
abidələrinin ornamentləri ilə  oxşarlıq təşkil edən kiçik xaçların ən qədim 
naxışlarıdır [103, 42]. Onlar bunu dörd istiqamətdə  dünyanın üfuqi bölünməsi -
günəşin doğması və  batması, ilıq və soyuq küləklərlə  əlaqələndirirlər [205, 143]. 
Xaçabənzər işarələrə Qobustan qayalarında, Böyükdaşın yuxarı səkisində (31 №-li 
daş) (ill. 78) və aşağı səkisində Roma yazısının yaxınlığında (16 №-li daş) (ill. 80), 
Gəmiqayada (85 №-li daş) (şək. 61) təsadüf etmək olar. Kəlbəcərdəki xaçlı günəş 
çevrələrinin    içində    insan   təsviri   maraqlı    süjetdir (şək. 84 a,b). Bu «günəş 
çarxları» haqqında ayin təsəvvürləri ilə bağlı deyilmi? 
Günəş  -  svastikaya Xanlar rayonunda aşkar olunmuş tunc dövrü qabları 
üzərində rast gəlmək olar [154, 1051 (şək. 59; 60). Tədqiqatçılar hesab edirlər ki
Azərbaycanın ən erkən svastika işarələrinin nümunələri e.ə. IV minilliyə
 
aiddir və 
Qobustanda, Gəmiqayada [250, 19-21], həmçinin keramika və metal üzərində 
qeydə  alınmışdır. Beləliklə, xaçabənzər işarələr bizə  qədim dövrlərdən məlumdur 
və  insanın təsviri fəaliyyətinin ilkin nümunələrindəndir. Günəş obrazı qayaüstü 
incəsənətdə ən tez-tez rast gəlinən süjetlərdən biridir. Arxeoloqlar hesab edirlər ki
Kareliyanın qayaüstü incəsənətində günəş, ən müxtəlif şəkillərdə: antropomorf, 
zoomorf, çox vaxt isə  şərti işarələr (dairə  və  yarımdairə) şəklində  çıxış edir. 
İşarələrin bu mifoloji sistemi karelfin folklorunun formalaşmasına təsir etmişdir 
[174, 170]. İbtidai kosmik təsəvvürlər totemlərin heyvan və bitki aləmindən «digər 
dünya allahlarına» [144, 31] çevrilməsi yolunda sanki bir pillədir. 
Günəş obrazının heyvan şəklində  təqdim olunması Qafqazda tunc dövrü 
incəsənəti üçün də  səciyyəvidir. Sünik qayaüstü təsvirlərində (öküz təsvirləri) və 
Gürcüstanın qrafik incəsənətində (öküz, keçi və s.) günəş sonluğu şəklində 
buynuzlu heyvan təsvirlərinə rast gəlmək olar [97. şək. 4 (1, 2), şək. 24 (2); 29, 
şək. 12, 13, 20]. Azərbaycanın qayaüstü incəsənətində günəş işarəsi şəklində buy-
nuzlu keçi təsvirlərinə tez-tez təsadüf olunur. Onlara Gəmiqaya  (21 №-li daş, 
№335, 461-a), (şək. 79: 80) və Kəlbəcər qayaüstü təsvirlərində rast gəlmək olar. 
Günəş obrazının odla əlaqəsini Qobustanın bir çox arxeoloji tapıntılarında 
izləmək mümkündür. Kiçikdaş dağında, Firuz-2 düşərgəsinin yaxınlığında olan 
sığınacağın qayalarında külli miqdarda həm ayrı-ayrı, həm də insan, heyvan və 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə