Binder pdf



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə33/44
tarix30.12.2017
ölçüsü5,01 Kb.
#18310
1   ...   29   30   31   32   33   34   35   36   ...   44

73 
 
Keçiyə sitayişin izləri ayin səhnələrinin oyma texnikası və naxışlarla yerinə 
yetirilmiş, Xocalı-Gədəbəy və  Naxçıvan mədəniyyəti saxsı qablarında əks olunur 
[15. 147-148, 174]. Keçiyə sitayiş Mingəçevirdə tapılmış saxsı qablarda da təqdim 
olunur. Burada, səhəng qəbirlərin birindən aşkar olunmuş qab - sinəsi enli, qısa 
relyef quyruqlu, ayaqları çox qısa olan dağkeçisi fiquru şəklində  hazırlanmışdır 
[46, 122]. Azərbaycanda keçi qədim zamanlardan kosmoqonik məna daşıyaraq 
günəşi təcəssüm etdirir və  bərəkətin himayəçisi idi. Bu onunla təsdiq olunur ki
qədim yunanların ayin baxışlarında keçi Dionisi - nəbatat allahını, üzümçülük və 
şərabçılığın himayəçisini təcəssüm edirdi [155. 27]. 
Arxeoloqlar Orta və  Mərkəzi  Asiya xalqlarının əsatir və dinlərində 
qədimdən mövcud olmuş keçiyə  sitayişi mürəkkəb kosmik ulduz təsəvvürləri ilə 
əlaqələndirir və  keçinin şamanların himayəçisi olduğunu qeyd edirlər. Keçilərə 
sitayiş bərəkət ayinlərinə  yaxındır [96, 213]. Bununla əlaqədar, günəş ucluqları 
şəklində buynuzlu keçilərin qayaüstü təsvirləri xüsusi maraq doğurur (Gəmiqaya-
21 №-li daş, Kəlbəcər). Tunc dövründə indiki Xanlar rayon ərazisində keçilərin 
müqəddəs heyvan olduğunu qeyd etmək lazımdır [154, 105]. 
Gəmiqaya (Naxçıvan), Qobustan, Abşeron və  Kəlbəcər (Dəlidağ) qayaüstü 
təsvirləri sırasında tunc dövrünə  aid olan saysız-hesabsız keçi təsvirlərinə rast 
gəlmək olar. Gəmiqaya rəsmləri arasında insanla keçinin maraqlı təsvirləri vardır. 
İnsanın bədəni qabağa yönəlmiş, qolları çiyinləri səviyyəsinə yuxarı qaldırılmış və 
dirsəkləri başı üstündə  təsvir olunmuş keçi istiqamətində  bükülmüşdür. 
Arxeoloqlar hesab edirlər ki, bu səhnə keçi totemi ayinini əks etdirir. Şərq 
xalqlarında, o cümlədən Azərbaycanda keçi obrazı qəbir və  məişət  əşyalarında, 
habelə ziyarət olunan yerlərdə həyat rəmzi kimi göstərilmişdir. 
Eneolit dövrünün Qobustan qayaüstü təsvirlərində  etiqadlarla bağlı yeni 
mövzular meydana çıxır. Onları and və totem mərasimlərinə  həsr olunmuş 
rəsmlərdə izləmək olar. «Sehrli» xətlərlə  kəsişən keçilərin kontur təsvirləri də bu 
rəsmlərin kolleksiyasına aiddir. Günəş allahının rəmzi olan keçi zaman keçdikcə 
bərəkətin rəmzi obrazına çevrilir və andiçmə mərasimlərində çıxış edir. Bizim gün-
lərədək çatmış ayinlərdən biri kəndirbazlar və «kos-kosa» oyunlarıdır. «Kosa» adı 
altında o dövrün xalq teatr tamaşalarında çıxış edən keçi obrazı folklorumuza 
insanlara həyat, işıq, xeyir gətirən müsbət obraz kimi daxil olmuşdur. 
İlana sitayiş. Qayaüstü rəsmlər arasında ilan təsvirləri xüsusi yer tutur. E.ə. 
II minillikdə I minilliyin başlanğıcında bütün dünyada günəşin ilanlarla mübarizəsi 
haqqında əsatir yayılmışdır. İlanlarla əhatə  olunmuş günəş səhnələrinə Tagil 
çayında yerləşən İlan dağında qayaüstü təsvirlərdə  və  Qafqazın Qızıl Qobu 
mədəniyyətinə  aid olan saxsı qırıqlarında rast gəlmək olar [203, 111]. Məlum 
olduğu kimi, ilan bir çox xalqlarda qorxu hissi yaradırdı. Onların təsəvvürlərinə 
görə, ilan şamanların köməkçisidir. İlan müqəddəs və toxunulmaz idi. Lakin 
müqəddəs ilanlara sitayiş təkcə bu zəhərli və təhlükəli heyvan qarşısında qorxu ilə 
deyil, həm də onların əzəməti qarşısında ehtiramla bağlıdır. İlanlara ehtiram, digər 


74 
 
heyvanlarla müqayisədə daha qədim hesab olunur və  dünyanın bir çox xalqlarına 
məlumdur. 
İlana sitayiş qədim albanların şüurlarında uzun müddət qalmış və müxtəlif 
bədii formalarda (keramika və Azərbaycanın digər tətbiqi sənət nümunələrində) 
əks olunmuşdur. Albanlarda ilana sitayiş bədii tuncda (bəzək əşyaları, qolbaqlar və 
s.) öz əksini tapmışdır. Bu, antik dövrdə  də davam etdirilir və  onlara Naxçıvan, 
Mingəçevir səhəng qəbirlərində rast gəlinir. Elə bir ölkə və tayfa yoxdur ki onların 
ayinlərində  ilana sitayiş izləri olmasın. Məsələn, Ueylonda Neyqa Allah - ilan 
haqqında əfsanə mövcuddur. Birmada ilan - allahların şərəfinə  məbədlər inşa 
olunurdu. İlan təsvirlərinə tez-tez köhnə  qəsr və  məbədlərin divarlarında rast 
gəlinir. Hindistanda ilanı öldürmək qadağandır, Pəncab  əyalətində isə özlərini 
ilandan əmələ gəldiklərini hesab edən tayfalar mövcuddur. 
Azərbaycanlıların təsəvvürlərində ilana ikili münasibət vardır: həm 
xeyirxah obrazlar, həm də  zalım ruhlar kimi. Etnoqrafik müşahidələrə görə, 
Azərbaycanın bəzi kənd yerlərində  ilanı öldürmək (xüsusilə  evin, ocağın 
qoruyucusu hesab olunan ilanları) günah hesab olunur. İlanın evə  xoşbəxtlik və 
bolluq gətirməsi haqqında inanclar mövcuddur. İlan təsvirlərinə saxsı qablarda və 
bəzək  əşyalarında təsadüf olunur (Naxçıvanın Şahtaxtı kəndində ilan təsvirli 
səhəng, Xanlar tarix-diyarşünaslıq muzeyində  saxlanılan səhəng üzərində yapma 
ilan təsviri, Mingəçevirdə yapma ilan  təsvirli qab.  Şək.83). İlanbaşlı bilərziklər 
hələ tunc dövründə məlum idi və əcdadlara sitayişi təcəssüm etdirirdi. Onlara çox 
erkən abidələrdə rast gəlinir. Adətən, hər hansı bir əşyanı dövrələyən iki ilan təsvir 
olunur (147, 51-52). 
Bir çox xalqlarda müxtəlif əşyalar üzərində ilan təsvirlərinin yaşı çox qədim 
zamanlara gedib çıxır. Bəzi alimlər güman edirlər ki, ilan təsvirlərində əkinçiliklə 
məşğul olan xalqların kosmik təsəvvürləri  əks olunur. İlan təsvirləri səma və 
günəşə  sitayişlə  bağlıdır. Ziqzaqvari və  dalğavari xətlər ilanı əks etdirir və real 
mənzərə  yaradır.  Sonralar ilan obrazı başqa rəmz daşımağa başlayır. O, ağıl, 
müdriklik və  qadın hiyləgərliyini səciyyələndirir. Digər xalqlarda ilan uşaq 
doğumu havadarı rolunu oynayır. 
İlanla əlaqədar olan müqəddəs yerləri xüsusi qeyd etmək lazımdır. İlan 
totemi həyat mənbəyi olan qida kimi deyil, zəhərinin təsirinə görə fövqəltəbii 
qüvvə kimi qəbul oluna bilərdi. Mingəçevirdə  ilan haqqında əfsanə ilə  bağlı olan 
İncimi bulağı piri mövcud idi [46, 177]. 
İlan qayaüstü təsvirlərinə Abşeronda (Ağdaş düzü) [25, səh. 14], (şək. 55). 
Gəmiqaya petroqliflərində [13, 393] rast gəlmək olar. Burada ilanın müxtəlif 
təsvirlərinə - cüt və  spiral şəklində  tək, keçilərlə birgə  və s. təsadüf olunur. 
Beləliklə, Azərbaycanda ilana, həmçinin qoyuna və  başqa heyvanlara sitayişin 
qədim tarixi vardır. İlan bir çox Azərbaycan xalq dastanlarında, əfsanələrində ağıl, 
müdriklik və digər müsbət keyfiyyətləri təcəssüm etdirir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə