Binder pdf



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə29/44
tarix30.12.2017
ölçüsü5,01 Kb.
#18310
1   ...   25   26   27   28   29   30   31   32   ...   44

65 
 
əlaqənin olması haqqında fərziyyə irəli sürməyə  imkan yaradır. Qobustanda
Gəmiqayada, Kəlbəcər rayonunda qədim rəssamlar uzaqdan görünən, öz ölçüsü və 
gözəlliyi ilə insanların diqqətini cəlb edən hündür qayalarda rəsm çəkirdilər. Yəqin 
ki, keçmişdə  nəslin himayədarı kimi sitayiş edilən dağlar müqəddəs dağlara 
çevrilmişdir. Qobustanda Cingirdağı yerli camaatın Cingir Baba adlandırması da 
əsassız deyildir. 
Cingirdağ adının keçmişdə Dengir, Dengri kimi tələffüz olunması da maraq 
doğurur. Tenqri «Oğuznamə»nin uyğur variantında ən ali Allah mənasını verir. 
Alban tarixi mənbələrindən məlum olur ki, Tanqrıxanın daş müqəvvası olmuş, 
burada at və ya digər heyvanları qurban kəsmişlər [266,98,209-210,223]. 
Qobustan dağının ətraf  ərazilərində (Böyük Qobustan ərazisinin, xüsusilə 
Qobustan qəsəbəsi əhalisinin şifahi məlumatları - M.F.) və Ordubadda (Gəmiqaya 
dağında) qayaüstü incəsənətin dağlara sitayişlə  əlaqəsi haqqında təsəvvürlər 
saxlanılmışdır [237, 12] . 
Qobustan ətrafındakı müqəddəs yerlər - pirlər zirvəsi yastı dağ mənzərəsi ilə 
uyğunluq təşkil edir. 
Kiçikdaş dağında Qaraatlı piri vardır. Müqəddəs ocaq qaya üzərində 
yerləşir. Böyükdaş dağının aşağı səkisində  İmam Əlinin ayaq izi hesab olunan 
çuxurlu daş vardır. Bu daşdan bir qədər aralı, 117 №-li qaya üzərində  mehrabı 
xatırladan təsvir həkk olunmuşdur. Qobustan dağlarının daşları üzərində qayaüstü 
təsvirlərin yaranması təcrübəsi həm dağlar, həm də  daşlara sitayiş haqqında 
təsəvvürlərlə  bağlıdır. Kiçikdaş dağında, Qaraatlı piri yaxınlığında təbii çuxurlu 
qaya vardır. Buraya insanlar niyyət etmək üçün qayaya gəlirlər. Niyyətlərin həyata 
keçməsi üçün, adətən qayaya mıx vurub oraya və  ya yaxınlıqdakı dağdağan 
ağacının (Qafqaz dağdağanı - Celtis  caucasica Wiii) budaqlarına kiçik parça 
kəsikləri bağlayırlar. 
Daşdan təsvirləri həkk etmək üçün material kimi geniş istifadə  olunması 
onun uzun ömürlülüyü haqqında təsəvvürlərlə əlaqədardır. Bu isə daşa sitayiş üçün 
əsas hesab olunur. Azərbaycanda bu sitayiş müxtəlif növlərə  bölünür: dağ, qaya, 
daş və  çaydaşına sitayiş. Azərbaycanın bəzi rayonlarında qəbirlərə  qara daş da 
qoyurdular və belə düşünürdülər ki, insan öldükdən sonra onun ruhu bu daşa keçir. 
Çox güman ki, elə bu məqsədlə də kiçik insan heykəlləri basdırılırdı [10, 81]. 
Kökləri ilə  uzaq keçmişə söykənən daşlara sitayiş hal-hazırda da Şərqi 
Hindistanın dağ rayonlarının bir çox tayfa və xalqlarında öz mənasını itirməmişdir 
[113, 175-188]. 
Daşlara fövqəltəbii xüsusiyyət vermək, onlara sehrli qüvvə kimi baxmaq və 
ovsun mərasimlərində istifadə etmək bir çox dünya xalqlarına yaxşı məlumdur. 
Məsələn, Mərkəzi Avstraliya tayfalarında yerli əhali şər qüvvələri qovmaq üçün 
daş atırdı. Bunun nəticəsində  həmin yerlərdə minlərlə  daş qalaqları yaranırdı. 
Daşdan ovçuluq və  yağış ovsunlarında geniş istifadə olunurdu [280, 53]. Qo-
bustanda aparılan arxeoloji ekspedisiyalar zamanı qəbirlərdən külli miqdarda 


66 
 
üzərində qayaüstü təsvirlər olan daş-qayalar aşkar olunmuşdur [167, 99 103; 246, 
42]. Bütün bunlar daşların ayin üçün nəzərdə tutulması haqqında fikir irəli sürməyə 
imkan verir. 
Üst paleolit mədəniyyətində  animistik konsepsiyanın ən parlaq daşıyıcıları 
bütün bəşəri başlanğıc təcəssümü olmuş qadın əcdadı obrazıdır. Bəzi arxeoloqların 
fikrincə, qadının «xüsusi mövqeyi» və  ona sitayiş hələ orinyak-solütre dövründə 
meydana gəlmişdir. [180, 257] Bu mühitdə  «ümumi qadın» obrazı hakim mövqe 
tuturdu. Bunun bədii sübutu Qobustan qayalarındakı sifətsiz qadın təsvirləri və 
paleolit dövrünün əksər «Venera»larıdır [68, 281, 226; 166, 92-95; 145, 200-203]. 
Mifoloji fantaziyalarla dolğun olan «ümumi qadın» obrazı nəslin artmasına nəzarət 
edən əcdad ana-başçını təcəssüm etdirirdi. 
Hələ üst paleolitin orinyak dövründə  qadının antropomorf təsvirləri dünya 
təsəvvürlərinin və  ideyalarının yaradıcılarından birinə çevrilir. Bu mövzu özünü 
həm süjet formasında, həm də  işarə  yazılarında göstərirdi. Başsız qadın 
bədənlərinin real və sxematik təsvirləri yeni həyatın sonsuzluğunu əks etdirirdi. 
Bununla  əlaqədar, Böyükdaş dağındakı «başsız» hamilə  qadın fiqurları maraq 
doğurur (yuxarı səki, 49 №-li daş), (ill. 58). 
«Ümumi qadın» obrazı əvvəlcə kiçik formalarda məhdudlaşırdı, sonralar, 
madlen dövründə isə  mağaraların qayaları və  divarlarında tək qadın təsvirlərinə 
rast gəlinir. İbtidai incəsənətin yüksəliş dövrü üst paleolitin ortaları və sonuna 
təsadüf edir. Bu dövrdə  ən geniş yayılmış süjet qadın elementlərini  əks etdirən 
obrazlardır. Oturaq həyat şəraitində  qadın-əcdad, nəslin davamçısı, ocağın 
qoruyucusu və ovçu - ovsun ayinlərini yerinə yetirən olmalı idi [76, 402-404]. 
Etnoqrafik müqayisələrin aparılması paleolit incəsənəti abidələrini düzgün 
şərh etməyə imkan yaradır. Bizim günlərədək qorunub saxlanılan yeganə ayin 
Qərbi Mikroneziyanın Pelau adalarında «nəslin davamçısı»na sitayişdir [186, 554; 
184]. Azərbaycanda da ana nəslinin izlərini saxlamış ayinlər vardır. 
Ayinlərdən birinə görə, yaşayış məskəninin qadınları öz aralarından «Şah» 
seçirdilər. «Şah» xüsusi səlahiyyətə malik idi və müxtəlif mübahisələri həll edirdi. 
Bundan başqa, Zaqafqaziyadan uzaqlarda yayılmış «al-anası»na özünəməxsus 
inam qadınların həyatında vacib rol oynayırdı. Kürd qadınlarının və Azərbaycanın 
digər rayonlarının nümayəndələrinin mövhumatçı təsəvvürlərində hündür kürən 
qadın zalım və çox böyük gücə malik idi. Bu da həmyerlilərin dərin hörmətinə və 
qorxusuna səbəb olurdu [9, 165-166]. Paleolit dövrü qadın təsvirləri ilə  bağlı 
ideyalar ibtidai insanların təsəvvürlərinin əsasını təşkil edir. 
Çoxsaylı qəbirlərdə biz paleolit dövrü insanının (sonralar növbəti dövrlərin 
insanları da) axirət dünyasına inamını səciyyələndirən animistik təsəvvürlərin 
mövcudluğu faktının təsdiqini görürük. Belə  qəbirlər Qobustanın Firuz 
düşərgəsində  aşkar olunmuşdur. Arxeoloqlar mədəni təbəqədə 11 insan skeleti 
aşkar etmiş və  onları mezolit dövrünə  aid etmişlər. Üstü oxra ilə  örtülmüş və 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə