Binder pdf



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə25/44
tarix30.12.2017
ölçüsü5,01 Kb.
#18310
1   ...   21   22   23   24   25   26   27   28   ...   44

56 
 
geoloqların, etnoqrafların bu rayonda birgə  əməkdaşlığı Azərbaycanın yerli 
əhalisinin qədim tarixini yenidən canlandırmaq üçün qiymətli material verə bilər. 
Digər tərəfdən insan kəllələri olan həmin təbəqədə qaban köpək dişləri və 
nəsli kəsilmiş digər heyvanların qalıqları aşkar olunmuşdur. Onlar bu kəllələrin 
yaşının müəyyən edilməsində istiqamətverici ola bilərdi. R.M.Qasımova qeyd 
etmişdir ki, Azərbaycanın paleoantropologiyasında çoxlu coğrafi və xronoloji 
boşluqlar vardır [yenə orada, 161]. Təəssüflə qeyd etmək lazımdır ki, Qobustan 
yaşayış məskənində  arxeoloji tapıntıların yaşının müəyyən edilməsi radiokarbon 
üsulu ilə  aparılmamışdır. Tapıntıların kifayət qədər dəqiq müəyyən olunmamış 
yaşına və onların natamamlığına baxmayaraq, ehtimal etmək olar ki, Qobustandakı 
insan kəllələri avropoid tipli uzunbaşlı, dar sifətli, tünd dərili insana, Xəzər tipinin 
yerli varianlarından birinə məxsus olmuşdur [99, 162]. 
Beləliklə, hətta, bu cüzi material Qobustanda qədim Aralıq dənizi tipinin 
olmasını ehtimal etməyə imkan verir [yenə orada, 160]. Bu nəticələrin təsdiqi kimi, 
Öküzlər, Maral (№5) və Qayaarası düşərgələrindən tapılmış əmək alətlərinin kapsi 
mədəniyyəti alətləri ilə oxşarlığını göstərmək olar. 
Bu mənada tədqiqat nöqteyi-nəzərindən Xəzər dənizinin qərb (Qobustanın 
timsalında) və  şərq sahilləri tunc dövrü kurqanlarının müqayisəli təhlili böyük 
maraq doğurur. Müəyyən mənada bu kurqanlar dəfn mərasimi, qəbirlərin səmti
oxranın mövcudluğu və qismən saxsı qablara görə  oxşardırlar. Hər iki bölgənin 
kurqanları torpaq quyu, su, daş qutu olan daş yığını və  ya daşlardan ibarət dairə 
şəklində təqdim olunurlar. Mərhumlar qıvrılmış vəziyyətdə, başları əsasən şərq və 
ya şimal-şərq səmtində  dəfn olunmuşlar [246,25-42; 43,126-151]. Qeyd edək ki, 
Qobustanda iki kurqanda skeletlərin səmti cənub-qərbə  qalanları isə  şimal və 
şimal-şərqə yönəlmişdir. Xəzər dənizinin şərq sahili və Türkmənistanın yaşayış 
məskənlərində  aşkar olunmuş saxsı qablar kobud şəkildə, naxışsız və ya cüzi 
həndəsi ornamentlə  hazırlanmışdır. Qobustanın tunc dövrü qəbirlərində  tapılmış 
ləvazimat şərqi Xəzəryanı düşərgələrdə  aşkar olunmuşlarla müəyyən mənada 
oxşardır. Bu barədə hələ 1977-ci ildə Formozov xatırlatmışdır [201,49]. Həmçinin 
hər iki bölgədə tunc məmulatı (metalın tərkibinə görə  oxşar-qalay tuncu) aşkar 
olunmuşdur [246. 78; 43, 129]. Qeyd edək ki, geoloji və geokimyəvi məlumatlara 
görə, Azərbaycanda, habelə  Zaqafqaziyada qalay yataqları yoxdur və buna görə 
tunc məmulatlarının tərkibində  qalay cüzi miqdardadır [70, 64]. Arxeoloqlar 
N.M.Vinoq-radova və Y.Y.Kuzmina hesab edirlər ki, «...dəfnolunma mərasiminin 
kurqanaltı ayinləri, şərqə səmt və saxsı qablar III Volqaboyu doğrama mədəniyyəti 
üçün səciyyəvidir, qəbilələrin daş quruluşu, mərasimlərində odun rolu Andronov 
təsirini göstərir. Beləliklə, Xəzəryanı və Türkmənistan qəbiristanları və quyular 
yaxınlığındakı düşərgələr doğrama mədəniyyət birliklərinə  məxsus olan çoban 
tayfaları tərəfindən tərk edilmişdir, lakin onlar Fedorov tipli Andronov əhalisinin 
təsirini hiss etmişlər». [43, 129].Təəssüf ki, müəlliflər Xəzər dənizinin qərb 
sahilinin, xüsusilə Qobustanın qiymətli arxeoloji məlumatlarından istifadə etmirlər, 


57 
 
İran və Orta Asiyanın cənubunda yaşayan əkinçi xalqların çöl tayfalarının mədəni 
inkişatına hər hansı bir təsirini inkar edirlər. Bununla yanaşı, arxeoloqlar 
qoyunçuluqla məşğul olan əhalinin gəlmə  olduqlarını, onların Volqaboyu və 
Uralətrafı ərazilərdən cənuba gəldiklərini qeyd edirlər [yenə orada, 130 131]. 
Qobustanda hələ erkən üst paleolit dövründə  yaşayış olmasını və  həyatın 
burada fasiləsiz olaraq orta əsrlərədək davam etməsini nəzərə alsaq (bunu arxeoloji 
məlumatlar təsdiq edir) və dəfn mərasimində, səmt məsələsində (şərq və ya şimal-
şərq), tunc məmulatlarında metalın tərkibi, saxsı qabların bəzi oxşar cəhətlərini 
xatırlatsaq, onda qərbi Xəzəryanı bölgələrdən şərqə köçmə  haqqında fikir 
söyləmək mümkündür. Onu da qeyd edək ki, Qobustanın paleoantropoloji 
nümunələri tipinə görə Türkmənistan qəbiristanlıqlarından tapılmış kəllələrlə 
müəyyən qədər oxşardırlar. Lakin yaşına görə çox-çox qədimdirlər. Hər iki 
bölgənin kəllələrini tədqiqatçılar Aralıq dənizi tipinə aid etmişlər [99,158-162; 43-
131]. Bu problemi nəzərdən keçirərkən qeyd etmək lazımdır ki, bütün bu 
ehtimallar daha ətraflı tədqiqat tələb edir və gələcəkdə Avrasiya mədəniyyətlərinin 
xronologiyasının təsdiqi üçün vacib istiqamətverici amil ola bilər. 
Digər etibarlı, xronoloji cəhətdən istiqamətverici amil vəhşi öküz, maral və 
leopardların təsvirləridir. Belə ki, Azərbaycanda bu heyvanların peyda olmaları 
vaxtı nisbətən dəqiq müəyyən olunmuşdur. Qobustanda real ölçülü öküz təsvirləri 
qayaüstü rəsmlərin yaşını müəyyən etmək üçün böyük əhəmiyyət kəsb edir (şək. 5; 
6; 24; şək. 75-a,b; ill. 12; 28; 29; 35) Çünki, bu heyvanlar üst pleystosen dövrü 
faunasına aid edilirlər. Aşağı Lojeri (Fransa) (şək. 75-a) və Foz-Koa (Portuqaliya) 
(ill. 103) turlarının Qobustan öküz - tur təsvirləri ilə son dərəcə  oxşarlığı faktını 
nəzərə  alaraq, onların xronoloji cəhətdən eyniliyi qənaətinə  gəlmək olar. Eyni 
zamanda, qeyd etmək lazımdır ki, arxeoloji ədəbiyyatda bərqərar olmuş ənənəyə 
görə, paleolit dövrü qayaüstü rəsmlərinə  yalnız nəsli kəsilmiş pleystosen faunası 
təsvirlərini aid edirlər. Lakin pleystosen dövründə indi nəsli kəsilmiş heyvanlarla 
yanaşı, son vaxtlaradək mövcud olmuş nəcib maral, ceyran və kulanlar da 
yaşamışlar [11,5 18; 165,7-8]. Onlar ov obyekti olmuşlar. Sümük qalıqları tez-tez 
paleolit abidələrində  aşkar olunur [Qeyd: Qaya arasında aparılmış qazıntılar 
zamanı əksəriyyəti ceyrana aid olan külli miqdarda osteoloji materiallar tapılmış-
dır, 165, 7,8]. Buna görə  də  onların bəzilərinin paleolit rəssam tərəfindən həkk 
olunması istisna deyildir. Azərbaycan  ərazisində paleolit dövrü ovçusunun əsas 
obyektinin öküz olması ehtimalı ilə razılaşmaq olar. Ov ayinləri ilə əlaqədar, məhz 
bu heyvanların təsvirləri qayalarda həkk olunmuşdur. 
Faunanın nisbi təkamülünün nümunələri  əsasında onların təsnifatını tərtib 
etmək olar. Belə  ki, onlar yalnız petroqliflərə deyil, həm də oxra ilə  rənglənmiş 
(leopard xallı marala hücum edir. Böyükdaş dağı, yuxarı səki, 24-c №-li daş) nadir 
təsvirlərə də şamil edilir [162,7-9], (şək.3). Azərbaycanın qayaüstü incəsənəti üzrə 
təxmini dövrləşdirilmə aşağıdakı kimidir: 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə