Binder pdf



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə27/44
tarix30.12.2017
ölçüsü5,01 Kb.
#18310
1   ...   23   24   25   26   27   28   29   30   ...   44

60 
 
olunmuşdur. Burada bıçaqvari lövhəciklər, obsidiandan hazırlanmış ox ucluqları və 
səciyyəvi yarımşara bənzər tutacaqları olan sadə və hamar qablar aşkar edilmişdir. 
Mədəni təbəqə, qayaüstü təsvirlər və  daimi yaşayış məskənlərinin mövcudluğunu 
arxeoloqlar zəngin otlaqları olan yüksək dağ bölgələrində intensiv məskunlaşma ilə 
əlaqələndirirlər (87, 491 492; 243,53). 
Qobustanın, Gəmiqayanın, Kəlbəcərin və  Abşeronun neolit və tunc dövrü 
abidələrinin xronologiyası tədqiqatçılar tərəfindən hərtərəfli öyrənilmiş və bunun 
nəticəsində  onların yaşı kifayət qədər dəqiq təqdim olunmuşdur. Bundan  əlavə,  
Gəmiqaya  qayaüstü  təsvirlərində    bəzi elementlər onları neolit, eneolit və tunc 
dövrünə aid etməyə imkan verir(236.34 36). 
Beləliklə, Azərbaycanın neolit və tunc dövrü petroqliflərini nəzərdən 
keçirərək, biz müəyyən edirik ki, çəkilmə üslubuna və  məzmununa görə  hər iki 
qrupun təsvirlərini marallar və keçilər dövrünə aid etmək olar. 
 
Erkən dəmir dövrü və orta əsrlər abidələri 
 
Bu bölmədə e.ə. II minilliyin II yarısından başlayaraq orta əsrlərin 
sonunadək yaradılmış qayaüstü təsvirlər nəzərdən keçirilir. 
Nəzərdən keçirilən dövr Qobustanın qayaüstü incəsənətində  əhəmiyyətli 
dəyişikliklərlə  səciyyələnir. Təsvirlər daha çox sxematik olur. Rəsmlərin 
çəkilməsində yeni üslub tərzi meydana çıxır. Yeni ifa tərzində süvari ov səhnələri 
və maralların təqibi səhnəsi. (Yazılıtəpə. 9. 38. 40. 90.136 №-li daşlar; Böyükdaş, 
yuxarı səki, 103 №-li daş: Gəmiqaya, 54 №-li
 
daş) meydana çıxır (şək. 22-a.b; 49: 
ill.64). Qolsuz antropomorf fiqurları bu dövrün vacib təzahürüdür (şək. 81). 
Təsvirlərdə izlənilən səciyyəvi xüsusiyyət qurbankəsmə  səhnələridir 
(Yazılıtəpə, 24, 25 №-li daşlar). İ.Cəfərzadə bu səhnələri e.ə. II və I minilliklərə 
aid edir. Məzmununa görə daha erkən - maral və keçilər dövrünün təsvirlərindən 
qalma çoxlu elementlər saxlanılmışdır. Bu dövrə, həmçinin, bəzi həndəsi təsvirlər, 
ayrı-ayrı xaçabənzər şəkillər və ya dairəyə  salınmış petroqliflər şamil edilir. 
Baykalyanı, Lena çayı [131, 129, 131], Amur ətrafının [111. tablo № 91,92,93] 
analoji yazıları ilə müqayisəli təhlil nəzərdən keçirdiyimiz rəsmləri tunc dövrünə 
aid etməyə imkan verir. 
Gəmiqaya, Kəlbəcər və  Abşeronun qayaüstü kolleksiyaları böyük maraq 
doğurur. Bu rəsmlər üslubuna görə Qobustan abidələrinə  yaxındır. Azərbaycanın 
qayaüstü incəsənətində  dəvə  karvanlarının təsviri xüsusilə diqqətəlayiqdir 
(Böyükdaş dağı, aşağı səki, 155 №-li daş), (şək. 32). 
Beləliklə, e.ə. II-I minillikdən orta əsrlərədək Azərbaycan qayaüstü 
rəsmlərini nəzərdən keçirərək belə bir nəticəyə  gəlmək olar ki, üslubuna və 
kompozisiya quruluşuna görə heyvan və insan təsvirləri dəvələr dövrünə aiddir. 
Əldə  olunmuş nəticələrə  əsaslanaraq qeyd etmək lazımdır ki, tunc dövrü 
petroqlifləri arasında yeni süjetlər, araba və atların təsviri meydana çıxır. Bu dövr 


61 
 
üçün heyvan bədənlərinin çoxsaylı həndəsi fiqurlara parçalanması üslubu 
səciyyəvidir.  Buna oxşar təsvirlərə tunc dövrü Monqolustan təsvirlərində rast 
gəlmək olar (129. 82.şək. 27) (şək. 82). 
 
Beləliklə, qayaüstü rəsmlərin yaşını müəyyən edərkən, təsvirin üslubundan 
başqa həkkolunma texnikası (bax: Fəsil 2.2) və patinləşmə mühüm əhəmiyyət kəsb 
edir. Patinləşmə  daş və  qayaların səthini parlaq qabıq şəklində, qaradan sarı 
rəngədək hamar edən, necə deyərlər, səhra qaralmasıdır. Bu qaralmanın yaranması 
barədə mütəxəssislərin fikirləri müxtəlifdir. Ehtimallardan biri - daş süxurlarının 
günəş istisinin təsiri nəticəsində  tərləməsi ya da dəmir və marqan məhlullarının 
ifrazıdır [96,152]. Belə hallara bir çox dağ süxurlarında təsadüf olunur. 
Hələ keçən  əsrin 50-ci illərində alimlər sübut etmişlər ki, qaya səthi 
üzərində  əmələ  gələn parıltılı qabıqlar daşın növündən asılı deyil. Bu səthin 
tərkibinə  dəmir və  manqan turşuları daxildir. Bunlar isə  vaxtaşırı qayalardan 
sızılan məhlullarla nəmlənir və ya daşın səthi üzərində yığılıb qalan boş yığılmalar 
arasından süzülür [44, 30; 45, 76]. Bu sızıntı yığılmalarında silisium turşusu (və ya 
fosfor turşusu) və manqan birləşmələrinin müəyyən edilməsində  bəzi göbələk və 
birhüceyrəli yosun növlərinin mikroorqanizmləri mühüm rol oynayırlar [44, 41]. 
Beləliklə, dəmir və  manqan turşuları, birhüceyrəli yosun koloniyaları  və günəş 
şüalarının qarşılıqlı əlaqəsi nəticəsində qaralmanın parıltılı qabıqları əmələ gəlir. 
Azərbaycanda patinləşmə  Kəlbəcər, Gəmiqaya, Naxçıvan dağ süxurlarında 
və Qobustan qayalarının əhəngdaşı səthində müşahidə olunur. Məsələn, Böyükdaş 
dağının yuxarı səkisində yerləşən Yeddi Gözəl mağarasında üzərində rəsmlər olan 
qayanın səthi açıq terrakota (sarı və  ya qırmızı gil) rəngli parıltılı qabıqla 
örtülmüşdür. 
Əhəngdaşından olan qayaların daxilində minilliklər  ərzində  duzların 
miqrasiyası prosesi gedir. Yağışdan sonra qayalar həm nəmlənir, həm də  onların 
dərin qatlarında kalsium duzlarının yuyulub çıxması baş verir, qayaların səthində 
isə  kalsit qabıqları əmələ  gəlir. Keçən  əsrin 80-ci illərindo arxeoloqlar ehtimal 
etmişlər ki, «qoruyucu qabıqların yaranması prosesi, onun sürəti və  qalınlığı 
rəsmlərin yaşını müəyyən etmək üçün real əsas ola bilər» [40, 52]. 
Gəmiqaya və  Kəlbəcərdə günəş şüaları nəticəsində 3000m hündürlükdə 
daşların səthi qara və  sarı rəngli çalarlarda parıltılı qabıqla örtülmüşdür. Bu 
istiqamətdə  aparılacaq tədqiqatlar ola bilsin ki, Azərbaycanın bəzi qayaüstü 
təsvirlərinin yaş problemini həll edəcəkdir. Digər istiqamətverici amillərin 
olmadığı üçün patinləşmə  dərəcəsi petroqliflərin nisbi yaşının müəyyən 
olunmasında mühüm əhəmiyyət kəsb edir. 
Azərbaycan qayaüstü incəsənət abidələrinin dövrləşdirilməsi üzrə 
tədqiqatçıların fikirlərinə  və  dünyanın analoji abidələrinin tədqiqat materiallarına 
əsaslanaraq, Azərbaycan petroqliflərinin aşağıdakı şəkildə dövrləşdirilməsini təklif 
edirik: 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə