Binder pdf



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə35/44
tarix30.12.2017
ölçüsü5,01 Kb.
#18310
1   ...   31   32   33   34   35   36   37   38   ...   44

77 
 
qayıq rəsmləri ilə birgə günəş rəmzləri də təsvir edilmişdir. Bundan başqa, burada 
19 №-li daşda tonqal qalıqları olan ocaq da aşkar olunmuşdur. Arxeoloqların 
fikrincə, günəş işarəli təsvirlərin yanında olan ocaq qalıqları günəşə  sitayişlə 
bağlıdır (şək. 54; ill. 74), [249, 145]. Yəqin ki, Qobustan petroqrifləri bizə  gəlib 
çatmış folklor əsatir mətnidir. (bəlkə  də, «Kitabi-Dədə Qorqud»un ən qədim 
nüsxəsidir). 
Bununla əlaqədar, heyvan, insan və işarələrlə təmasda çəkilmiş günəş rəmzi 
təsvirləri xüsusi diqqət tələb edir. Abşeronun Dübəndi kahasında öküz qayaüstü 
təsvirini müşayiət edən həndəsi çevrə şəklində günəş işarəsi vardır (ill.  96).  Oxşar 
səhnələrə  Abşeron  qəbiristanlığından [60, 91] aşkar olunmuş plitələr üzərində və 
Kiçikdaş dağının Ceyranlar düşərgəsində (burada öküz təsviri qadın və ya günəş 
işarəsi ilə birgə verilmişdir) rast gəlmək olar (ill. 36). Qobustanın Kiçikdaş dağında 
yerləşən Firuz-2 yaşayış  məskəninin  yanındakı  qayalarda tədqiqatçılar spiral və 
çevrə  şəklində günəşin kosmik təsvirlərini aşkar etmişlər.  18 №-li daşda öküz 
təsvirinin yanında spiral işarəsi vardır. Burada Kür-Araz mədəniyyəti dövrü üçün 
səciyyəvi olan qədim sitayiş piri olmuşdur [249, 145]. Dağıstanın dağlıq 
qayalarındakı günəş rəsminin üstündə  çəkilmiş zebr, qaban, keçi təsvirləri də 
xüsusi maraq doğurur. Günəşin kosmik obrazı heyvan obrazına qarışır. 
Arxeoloqlar bu qarışığı heyvanın günəşlə  əlaqədar olması ilə izah edirlər, yəni 
totem şəklində ehtiram edilə bilən işıqlı, ilahi heyvan təsvir olunmuşdur [103, 93]. 
Gürcüstanın qrafik incəsənətində günəş və ay işarələrinin üstündə sxematik heyvan 
(öküz, qatır, at, donuz, inək) təsvirlərini arxeoloqlar səma cismlərinə  sitayişlə  və 
dini ayinlərlə əlaqələndirirlər. Onlar qeyd edirlər ki, antropomorf fiqur təsvirlərinin 
çevrənin dini işarələrlə  qarışıq verilməsi diqqətimizi svan və digər gürcü 
tayfalarının (həmçinin şərqi - gürcü dağlılarının etiqadına yaxındır) dini 
təcrübələrinə yönəldir [ 29, 153, şək. 12, 13, 20]. Qeyd etmək lazımdır ki, səma 
işarələri ali ilahi qüvvəni təsvir etmək üçün çəkilirdi. Gürcülərin inanclarına görə, 
səma allahları maral, göyərçin və  ya silahlı atlı qismində peyda olurdular (yenə 
orada 154). Analoji səhnələrə Karets burnunda rast gəlmək olar. Burada durna 
təsviri günəş obrazı ilə qarışıq verilmişdir [144, 20].  
Cingirdağda 9 №-li daş üzərindəki təsvir də maraq kəsb edir (şək. 85). 
Burada günəş çevrəsi buynuz təsvirləri ilə birgə təqdim olunur (Yazılıtəpə, 9 №-li
 
daş). Bəzi tədqiqatçılar qeyd edirlər ki, Gəmiqayada günəş rəmzi çox vaxt heyvan, 
bəzən insan və  şərti dairələr obrazında verilirdi [253, 15; 28, 154]. Bunun təsdiqi 
kimi, Kənizə  mağarasının mədəni təbəqəsindən aşkar olunmuş (1978-ci il) ayrıca 
daş üzərindəki insan təsvirini (inv. №1095) göstərmək olar (ill. 104). Onun qolları 
başı üzərində birləşərək çevrə  təşkil edir. Buna oxşar rəsmlərə  Kəlbəcər qayaüstü 
təsvirlərində də rast gəlmək olar [86, 93; 235, 71-74], (şək. 86). Bu süjetlərin Şri-
Lanka qayaüstü təsvirləri ilə maraqlı oxşar cəhətləri vardır [282, 341, şək. 5]. 
Gəmiqayada şüalanan günəş işarəsi ilə  rəqs edən insanların təsvirlərinə  də 
rast gəlmək olar. 


78 
 
Qobustan qayaüstü təsvirləri arasında çevrədən ayrılan xətlər şəklində 
işarələr xüsusi maraq doğurur (şək. 77). Yazılıtəpənin (Cingirdağ) 123 №-li daşı 
üzərindəki təsvir bu qəbildəndir (ill. 83; 84). Arxeoloqlar bu cür işarələri «günəşin 
həyat şüaları və  ya ayın ölü şüaları» hesab edirlər və günəş üçün işarə  haqqında 
Misir heroqliflərini nümunə göstərirlər[144, 12-13], (şək. 78). Şüayabənzər təsvirli 
analoji işarələrə  Qyaurkala, Şahtaxtı, Gültəpənin tunc və erkən dəmir dövrü saxsı 
qablarında rast gəlmək olar [2, 248]. 
Qeyd etmək lazımdırki, son vaxtlaradək azərbaycanlıların məişətində  şüa 
saçan günəşin analoji təsvirləri qorunub saxlanmışdır. Bu işarələrə qəbir daşlarında 
(şək. 77; ill. 87; 88), yaşayış yerlərinin üz tərəfi, daxili divarları, tavan və 
qapılarında rast gəlmək olar [63, 613]. Aznabürd, Şahtaxtı və  Qobustan daş 
kurqanlarının quruluşuna və  inşasına nəzər salaraq bir detalı qeyd etmək lazımdır 
ki, dördkünc qəbirlər  ətrafında bir neçə  sıx konsentrik çevrələr-kromlexlər inşa 
olunmuşdur. Qədim tayfaların incəsənətində konsentrik çevrə günəş kimi 
səciyyələnir və  qəbir  ətrafında kromlexlərin inşası günəşə  sitayiş və ilahiləşmə 
rəmzi ilə əlaqələndirilir [15, 169]. Qədim albanlarda günəş rəmzi qoruyucu rolunu 
oynayırdı. O, həyatda və axirət dünyasında insan ruhlarını zalım ruhlardan xilas 
edirdi [154, 105]. 
Günəşə sitayiş Qobustanın qayıq təsvirlərində daha parlaq əks olunmuşdur. 
Qədim rəssamın günəşli qayıq təsvirlərinə diqqət yetirməsi ayin təsəvvürləri ilə və 
bu ayinin ayrılmaz cəhəti kimi, onların funksional əhəmiyyəti ilə  şərtlənir. Ona 
görə ki, çox vaxt Qobustanda günəşli qayıq petroqlifləri qadın təsvirləri (ana - 
nəslin davamçısı) və ovçularla birgə təqdim olunur (Daşqışlaq kolleksiyası, 19 №-
li daş) (ill 66). Bu təsvirlərin əsasını, çox güman ki, mərhumların ruhunun əcdadlar 
ölkəsinə üzməsi haqqında qədim təsəvvürlər təşkil edir. Qayıq təsvirlərinin 
müqəddəs qayalar üzərində dini təsəvvürlərlə bilavasitə əlaqəli olan digər fiqurlar 
arasında çəkilməsi, onların bu etiqadlarla bağlı olduğunu göstərir. 
Ön Şərq və Misirin qədim xalqlarının dinlərinin  əsasını təbiət ünsürlərinə 
sitayiş, bitkilərin məhv olması və yenidən  yaranması haqqında əsatirlər təşkil 
edirdi. Skandinaviya və Kareliya petroqliflərində ibtidai rəssam qayıq təsvirlərini 
mərhum ruhların ölülər ölkəsinə  qayıqlarla üzməsi haqqında qədim təsəvvürlərlə 
əlaqələndirirdi [131, 103, 131, 123]. Ola bilsin ki, mərasim və ayin təcrübəsində 
qayıqların rolu Allah dünyası ilə insanlar arasında əlaqələrin olmasından, tayfanın 
güzəranının təmin edilməsindən ibarət idi. Bu növ qayıq təsvirləri Hindistan və Çin 
arasında yerləşən Saravak adasının Nia mağarasında boya ilə  çəkilmiş divarüstü 
rəsmlərdə əks olunmuşdur. Bu qayıqlar «mərhum ruhların qayıqlarıdır» [134, 123]. 
Qayıq təsvirlərindəki şaquli xətlər şərti olaraq mərhumları göstərirdi [144, 28]. 
Qayıq obrazının kosmik erkən mövzularının izləri qədim dünyanın - Ön Asiya, 
Misir, Aralıq dənizi və antik yunan baxışlarında və obrazlarında aydın əks olunur. 
Güman etmək olar ki, Qobustanın qayıq təsvirləri analoji təsvirlərin əksidir. Ulduz, 
günəş və ay təsvirlərinə  Qobustanda, Cingirdağın 14 №-li daşında (şək. 76), 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə