81
Tədqiqatın nəticələri qayaüstü təsvirlərin xronologiyasına
bir qədər başqa
tərzdə yanaşmağa imkan verir:
I. Ən qədim, erkən mərhələ - son pleystosen və erkən holosen dövrü- öküz-
tur dövrü. Bu dövr öz növbəsində dörd üslub qrupuna bölünür:
I üslub - orinyak - ən erkən hüdudu e.ə 34000-ci ilə aiddir.
II üslub - solütre-madlen-e.ə l9000-15000-ci illər.
III üslub - madlen - e.ə XV-XIII minilliklər.
IV üslub - madlen-mezolit - e.ə XIII-VIII minilliklər.
II. Neolit dövrü - vəhşi at və öküzlər dövrü -e.ə VII-VI minilliklər.
III. Eneolit dövrü - maral və keçilər dövrü - e.ə VI-IV minilliklər.
IV. Tunc dövrü - keçilər dövrü - e.ə IV-III minilliklər.
V və VI mərhələ - dəvə dövrüdür.
V. Dəmir dövrü - e.ə II-I minilliklər.
VI. Orta əsrlər dövrü - I-XVIII əsrlər.
Kitabda ilk dəfə olaraq arxeoloji materiallar əsasında bəzi petroqliflərin yaşı
haqqında məlumatlar verilir. Bu tapıntılar Qobustanda paleolit dövrünün
mərhələlərini səciyyələndirir. Onlar bir neçə minilliklər ərzində qədim daş dövrü
mədəniyyətinin inkişafı haqqında təsəvvür yaradır. Nəşr olunan materiallar
Mərkəzi Avropa və Asiya tarixi kontekstində paleolit
incəsənətinin mövqeyini
yenidən qiymətləndirməyə və qonşu ərazilərin mədəniyyətlərinin inkişafı üçün
əhəmiyyətini açıqlamağa kömək edir. Bu işdə müəllif tərəfindən paleolit dövrünün
bəzi mübahisəli, problemlərinə toxunulmuşdur. Tədqiqatın çətinliyinə və əldə
olunmuş materialların kifayət qədər tam tədqiq edilmədiyinə baxmayaraq,
Qobustan paleolit incəsənətinin ən qədim mərkəzi
və eyni zamanda Azərbaycanda
bu cür abidələrin bütövlüyü cəhətdən yeganəsidir. Bununla yanaşı, bəzi
petroqliflərin yaşının dəqiqləşdirilməsinə ehtiyac vardır.
Digər tərəfdən, Azərbaycanın qayaüstü incəsənətinin üslub təhlili metodları
təkmilləşdirilmişdir. Belə ki, üslub xüsusiyyətləri bu və ya digər vaxt dövrünü
təyin edə bilər. Azərbaycan petroqlifləri üzrə əldə olan materialların
ümumiləşdirilməsi təkcə qayaüstü incəsənət sahəsində ayrı-ayrı məsələlərin
müsbət həllini deyil, həm də bundan əvvəlki işlərdə olan zəif yerləri göstərir.
Qayaüstü incəsənət problemlərinin öyrənilməsində yeni metodların tətbiq
edilməsi
qarşıya qoyulmuş vəzifələrin uğurla həll edilməsinə kömək edə bilər.
Qeyd etmək lazımdır ki, tədqiqat prosesində ən kiçik faktlar belə qeydə
alınmışdır. Bu cür detallar üzrə aparılmış müşahidələr yeni faktların üzə çıxmasına
səbəb olmuşdur. Məsələn, Böyükdaş dağının Anazağa, Kənizə, Öküzlər-2 və
Kiçikdaş dağının Qayaarası, Ceyranlar düşərgələrindəki arxeoloji materiallarla
82
əlaqəsi olan bəzi qayaüstü təsvirlərin paleolit mənşəyi müəyyən olunmuşdur.
Qədim qayaüstü təsvirlərin şərh edilməsi məsələləri yeni tərzdə qoyulmuşdur.
Azərbaycan xalqının qədim incəsənətində rəsmlərin işlənilmə üslubuna görə
2 rayonu xüsusi qeyd etmək olar. Bunlar petroqliflərin süjetləri ilə seçilən (insan,
məişət və ayin səhnələri təsvirləri) Abşeron və Qobustan ərazisi və qayaüstü
incəsənət üçün yarımköçəri maldarlıq, ayin-ovsun mövzusu xas olan Kiçik Qafqaz
rayonudur (Naxçıvan, Kəlbəcər, Sünik və Göyəm ərazisi). Gəmiqaya ərazisində
aşkar olunmuş yasayış
məskənləri, qəbirlər, saxsı qab qırıqları tədqiqatçılara bəzi
petroqlifləri e.ə. IV-III minilliklərin sonuna aid etməyə əsas vermişdir. Qayaüstü
təsvirlər zonasında aşkar olunmuş və e.ə. III minilliyə aid edilən açıq yaşayış
məskəni və dairəvi tikili qalıqları tədqiqatçılara Kəlbəcər petroqliflərini tunc
dövrünə aid etməyə imkan yaratmışdır. Meqalit daşlar
və qayalar üzərində rast
gəlinən Abşeron petroqlifləri isə təxminən tunc dövrünün sonuna aid edilir.
Ümumi şəkildə Azərbaycan qayaüstü incəsənətinin tədqiqinin bəzi
yekunları belədir. Deyilənlərin əsas nəticəsi ondan ibarətdir ki, petroqliflərdə əks
olunmuş Azərbaycan mədəni-tarixi prosesləri çox zəngin və mürəkkəbdir.
Burada
öncədən mürəkkəb və müxtəlif əlaqələrdə, digər yaxın və uzaq mədəniyyətlərlə
qarşılıqlı əlaqədə olan yerli tayfaların zəngin və özünəməxsus mədəniyyəti inkişaf
etmişdir.
Alimlərin tədqiqat işlərinə baxmayaraq, Azərbaycan qayaüstü incəsənətinin
öyrənilməsində bir çox məsələlər hələ də aydınlıq tələb edir. Məsələn, Qafqaz və
Avropa mədəniyyətinin inkişafında Qobustan hansı rolu oynamışdır? Bu cür
mürəkkəb problemlərin uğurlu həlli üçün Qobustanda, Gəmiqayada,
Kəlbəcərdə və
Abşeronda genişmiqyaslı kompleks tədqiqatlar aparılmalıdır. Bu ərazidə
arxeoloqların, antropoloqların, geoloqların, etnoqrafların birgə fəaliyyəti
Azərbaycanın yerli əhalisinin qədim tarixinin və digər bölgələrlə qarşılıqlı
əlaqələrinin yenidən yazılması üçün ən qiymətli materiallar verə bilər.