79
Gəmiqayanın 50, 85, 120 №-li daşlarında (şək. 86-a,b,c) rast gəlmək olar.
Ucluqları birləşən 2 üçbucaq işarə diqqəti cəlb edir. Bu rəmz Gəmiqaya qayaüstü
incəsənətində (50, 93, 120 №-li daşlar) təqdim olunur (şək. 78-a,b,c).
Arxeoloqların fikrincə, bu işarə-rəmz ilahə - anaya həsr olunmuş bayramın
keçirildiyi ayı göstərirdi. Bundan əlavə, bu işarələrin aqrar təqvimi ilə əlaqəsi
olmuşdur. Etnoqrafik məlumatlara görə, bütün kənd təsərrüfatı işlərinin başlanğıcı
ay fəzasından asılı idi. Buna misal olaraq, Amiranis dağından aşkar olunmuş qabı
göstərmək olar [214, 13].
Digər tərəfdən, qədim insan üçün vaxtın hesablanmasının yeganə yolu yer
üzərində dəyişikliklər və hadisələrin növbələşməsi idi. Günəş və ayın hərəkəti, ayın
aylıq dövrü, günəş ilinin vaxtaşırılığı və s. Vaxtın Aya əsasən hesablanması onun
dəyişməsi ilə bağlı idi. İbtidai ovçu özünün müşahidə qabiliyyəti və heyvanların
vərdişlərini bilməsi ilə heyvanların vaxtaşırı doğuşu ilə əlaqədar olan Ay
fəzalarının uyğunluğuna fikir verirdi. [205, 126]. Ola bilsin ki, qədim rəssam
tərəfindən qayalarda həkk olunmuş Günəş və Ay işarələri elə həmin məqsədi
güdürdü. Bu nöqteyi-nəzərdən 7 №-li kurqanda üzərində səma işarələri aşkar
olunmuş böyük qəbir daşı xüsusi maraq doğurur. Elə burada qıraqları aypara
işarələri ilə naxışlanmış gil qab aşkar olunmuşdur [246, 26]. Bununla əlaqədar,
Gəmiqayada, 85, 120 №-li daşlar üzərindəki aypara qayaüstü təsvirləri diqqəti cəlb
edir (şək. 78-b,c). Abşeronun baxımsız Kələzağ kəndində, daş karxanasından
cənuba böyük daş plitəsi üzərində aşkar olunmuş səma cismlərinin təsvirləri xüsusi
maraq doğurur. Analoji rəsmlər Abşeronun kurqan plitələrində aşkar olunmuşlar
[27, 5]. Ayın fəzaları ilə, yeni ay çıxdığı vaxt dəyişməsi ilə ibtidai insanlar nəinki
bitki örtüyünün inkişafını, həm də mal-qaranın böyüməsini, hətta uşaqların
inkişafını və sağlamlığını əlaqələndirirdilər [222, 504]. Çox güman ki, Ay və
Günəş vaxt ölçüləri və göstəriciləri kimi istifadə olunurdu. [172,43].
Azərbaycanda aypara işarələri tunc dövrü abidələrində geniş tətbiq
olunmuşdur. Aya sitayiş mövzuları o dövrün incəsənətində bəzək əşyalarında,
saxsı qablarda əks olunmuşdur. Bu onu sübut edir ki, Aya sitayiş Azərbaycanın
qədim əhalisinin əsas dini təsəvvürlərindən biri idi. Qədimdə Qobustan və
Gəmiqayanın təyinatı nə idi? Bu, qayaları bəzəmiş ibtidai ovçular üçün nə məna
kəsb edirdi? Bu cür yerlərdə, adətən müxtəlif mərasimlər və ovsun ayinləri yerinə
yetirilirdi. Adətən mərkəzi yer totem heyvan - əcdad obrazına məxsus idi.
Qobustan, Gəmiqaya, Abşeron, Kəlbəcər mağara və qayalarının çətinliklə gedilən
yerlərdə yerləşməsi, onların xüsusiyyətləri və təqdim olunan təsvirlərin xarakteri
oranı müqəddəs yerlər kimi şərh etməyə imkan verir.
Azərbaycanın qayaüstü təsvirlərinə
əsasən
ən qədim insanların
dünyagörüşünü bu cür təsvir etmək olar. Bununla bizim müşahidələr sona yetmir.
Şübhəsiz ki, bu problemi hərtərəfli öyrənmək üçün piktoqrafik, etnoqrafik və
folklor materialları əsasında geniş arxeoloji tədqiqatlar aparılmalıdır.
80
NƏTİCƏ
Azərbaycan qayaüstü təsvirləri onun maddi mədəniyyəti tarixində parlaq və
özünəməxsus hadisədir. Çox böyük zaman kəsiyini əhatə edən vo uzaq
minilliklərin, əsrlərin tarixi hadisələri haqqında dəqiq məlumat verən qayaüstü
təsvirlər, həqiqətən də, tükənməz mənbəşünaslıq fondudur. Bu baxımdan həm yeni
aşkar olunmuş, həm də hamıya məlum olan qayaüstü təsvirləri göstərmək
kifayətdir.
Məhz son illər aşkar olunmuş qayaüstü təsvirlər Azərbaycanın ən qədim
tarixini daha dərindən nəzərdən keçirməyə və şərh etməyə imkan vermişdir. Hal-
hazırda Azərbaycan petroqliflərinin təhlili belə bir nəticə çıxarmağa imkan verir ki,
qayaüstü təsvirlər bölgənin qədim insanlarının tarixi keçmişi ilə bağlı olan
özünəməxsus, təkrarolunmaz görünüşə malikdirlər. Qobustan, Gəmiqaya, Kəlbəcər
və Abşeronun qayaüstü təsvirləri sübut edir ki, həmin dövrün mədəniyyəti təcrid
olunmuş deyil, qonşu əyalətlərin mədəniyyətləri ilə qarşılıqlı əlaqədə inkişaf
etmişdir.
Bu kitabda çoxsaylı qayaüstü rəsmlərin və qazıntı materiallarının tədqiqi
əsasında onların xronologiyası, xüsusiyyətləri, mövzusu, üslubu, işlənilmə
texnikası, həmçinin üst paleolit dövründən orta əsrlərədək Azərbaycanın qayaüstü
incəsənətinin təyinatı haqqında maraqlı faktlar göstərilmişdir. Aydın ifadə olunmuş
üslub xüsusiyyətlərinə və zəngin mövzularına əsasən, təhlil etdiyimiz petroqliflərin
yaranmasında təsərrüfat tərzinə görə bir-birindən fərqlənən insan qrupları iştirak
etmişlər. Qobustanda üst pleystosen və erkən holosen dövründə Azərbaycanın qa-
yaüstü incəsənətinin inkişafında 6 üslub-mövzu meyli müşahidə olunur. Paleolit
dövrü təsvirlərində insan və pleystosen faunası (öküz - turlar, vəhşi atlar) təqdim
olunmuşdur. Heyvan təsvirləri qayalar üzərində tək-tək və qrup halında
yerləşdirilmiş, real tərzdə həkk olunmuşlar. Öz növbəsində üst paleolit incəsənəti
üslub xüsusiyyətlərinə görə dörd qrupa bölünür.
Erkən holosen dövründə ov heyvanlarının və iqlimin dəyişməsi ilə, Xəzər
dənizinin son transqressiyası ilə əlaqədar olaraq qayaüstü təsvirlərin mövzusunda
da dəyişikliklər əmələ gəlir. Qayalar üzərində əhliləşdirilmiş öküzlər, vəhşi atlar,
marallar və keçilər - o dövrün əsas totem və ov obyektləri meydana gəlir. İnsan
təsvirləri az təqdim olunur. Bu dövrdə quş, zoomorf və antropomorf təsvirlər əmələ
gəlir. İşlənilmə tərzinə görə onlar daha çox sxematik şəkil alırlar. Neolit və tunc
dövrü petroqlifləri üslub xüsusiyyətlərinə görə iki qrupa bölünür. Birinci qrupa
daha real tərzdə çəkilmiş heyvan təsvirləri (Qobustan-Cingirdağ, Kiçikdaş və
Böyükdaşın aşağı səkisi) aiddir. İkinci qrupa Kəlbəcər, Gəmiqaya və Abşerondakı
heyvan təsvirlərini aid edirik.
Yerinə yetirilmə üslubuna və məzmununa görə II qrup petroqlifləri
Qobustanın sonrakı dövr təsvirlərinə yaxındır. Bu qrup rəsmlərdə yeni meyillər
görünür. Yeni obrazlar-dairə şəkilli buynuzlu keçi təsvirləri meydana gəlir.
Dostları ilə paylaş: |