71
petroqliflərində iri öküz fonunda sxematik qadın fiqurlarında, Üst-tuba və Side
petroqliflərində (ill. 60) rast gəlmək olar.
Burada heyvan-əcdadla xronoloji uyğunluq mühüm cəhətdir. Gələcək
tədqiqatlarda bu istiqamətdə xeyli işlər görülməlidir.
Sonda qeyd etmək lazımdır ki, öküz uzun müddət qədim ovçuların ehtiram
obyektləri sırasında qalmışdır. Etnoqrafik məlumatlardan göründüyi kimi, öküz
ibtidai ovçu tayfalarının ehtiram obyekti və totemi olmuşdur. Qədim dini
təsəvvürlərdə öküzə sitayiş günəşə və ali səma allahına sitayişlə sıx əlaqəlidir.
Antik müəlliflərin mənbələrindən görürük ki, Zevs və Mitra, Yupiter və Perun
onlara ithaf olunmuş öküzlərlə müxtəlif mənalarda əlaqəlidir. İri mal-qaraya tripol
təsərrüfatında da xüsusi yer ayrılırdı [172, 13-33]. Öküz təsvirləri və nəzərdən
keçirdiyimiz səhnələr bərəkət ayinləri ilə bağlı idilər. Burada təsvir olunmuş öküzə
sitayişlə bağlı ovsun ayinləri totem əcdadlar haqqında rəvayətləri əks etdirərək,
Azərbaycanın qədim sakinlərinin artıq paleolit dövründə təşəkkül tapmış
dünyagörüşü təsəvvürlərinin çox mürəkkəbliyini göstərir.
Marala sitayiş. Azərbaycan ərazisində məskunlaşmış qədim tayfaların dini
etiqad və mərasimlərində maral mühüm yer tuturdu. Qobustanda, Gəmiqayada,
Kəlbəcərdə və Abşerondakı maral təsvirləri qədim dini etiqadların mənəvi-bədii
əksi idi. Naxçıvanın Gəmiqaya dağında, Kəlbəcərin Dəlidağ ətəklərində,
Mərdəkan-Şüvəlan vadisində (Ağdaş düzü) və Qobustanda külli miqdarda maral
qayaüstü təsvirlərinə rast gəlinir. İbtidai rəssam tərəfindən çəkilmiş bu rəsmlər öz
reallığı ilə insanı heyran edir. Yazılıtəpənin 9 №-li daşı üzərində təbii ölçüdə maral
təsvir olunmuşdur. Abşerondakı qayaüstü maral təsvirləri xüsusi maraq doğurur.
Bu rəsmlər e.ə. II-I minilliklərdə Şüvəlan düzənliyinin faunası haqqında müəyyən
təsəvvür yaradır [24, 59].
Arxeoloqlar Gəmiqayanın tunc dövrü qayaüstü təsvirləri arasında öz reallığı
ilə seçilən nadir maral rəsmlərini qeyd edirlər [237, 43, 72]. Dəlidağ ətəyində aşkar
olunmuş maral təsvirlərini tədqiqatçılar e.ə. təxminən III-II minilliyə aid edirlər
[242].
Marallara totem kimi Fransa, Sibir və Kareliyanın bir çox xalqlarında rast
gəlmək olar. Qayaüstü təsvirlər və əsatirlər bunu sübut edir [53, 27]. Qobustan
ərazisində aparılmış arxeoloji tədqiqatlar nəticəsində maddi mədəniyyət
nümunələri arasında maral sümüklərinə təsadüf olunmamışdır [257, 74].
Bu vəziyyət belə bir nəticəyə gəlməyə imkan verir ki, maral toxunulmaz
totem idi və Qobustan əhalisi üçün müqəddəs sayılırdı (eyni zamanda, Qobustan
Dövlət tarixi-bədii qoruğunun fondlarında maral buynuzları saxlanılır (qeydiyyat
№ 74), 1973-cü ildə Böyükdaş dağının aşağı səkisində 7-ci sığınacağın mədəni
təbəqələrində aşkar olunmuşdur). Qədim vaxtlarda totemin maskasını taxmaq onun
əzəmətinə sahib olmaq demək idi. Eneolit dövründə totem ayinləri zamanı
mərasim rəqsi ifa edən insan totem maskası taxırdı.
72
Tunc dövründən başlayaraq, maral obrazına bədii saxsı qablarda təsadüf
olunur. Mingəçevir qəbirlərindən aşkar olunmuş səhənglərin birində maral başı
şəklində qırmızı gildən hazırlanmış riton növü aşkar olunmuşdur. Ritonun təyinatı
ayin mərasimləri ilə əlaqədardır (güman edilir ki, dəfn ayinləri ilə əlaqədar olan
şərab nəziri vermə ayini nəzərdə tutulur. Bu da öz növbəsində, qədim təsviri
incəsənətdə öz əksini tapmışdır) [46,128]. Mingəçevir qəbirlərindən [yenə
orada,138] və Azərbaycanın müxtəlif bölgələrinin kurqanlarından aşkar olunmuş
saxsı qablar üzərindəki maral obrazları [55, tablo XXX, XII (4): 50,27-41, V
cədvəl 49 fiq. 11, (fiq.17, şək. IV-l-a.v, fiq. 17, 2; 52, inv. № 7979]) bu heyvana
müqəddəs varlıq kimi sitayiş edilməsini göstərir.
Maral obrazına qədim xalqların incəsənətində geniş yer verilməsi haqqında
maraqlı məlumatlar vardır. Asiya və Avropanın çöl xalqlarının dünyagörüşündə
maralın xüsusi rol oynaması inkaredilməzdir və bu, maral obrazının skiflərin və
hunların incəsənətindən başlayaraq Avrasiya köçəri xalqlarının incəsənətinədək
möhkəm yer tutduğunu müəyyən etmişdir.
Maraqlıdır ki, Qobustanın Yazılıtəpəsində (13, 14,33 №-li daşlar) olan
maral təsvirləri Gəmiqaya və Kəlbəcər təsvirləri ilə oxşar cəhətlərə malikdir.
Gəmiqayada qədim mərasim rəqslərini əks etdirən çox maraqlı təsvirlər aşkar
olunmuşdur. Rəqs edənlər arasında aparıcı şəxs digərləri ilə müqayisədə iri planda
verilmişdir. Gəmiqayada dörd yerdə kollektiv rəqs səhnələri qeydə alınmışdır.
Aparıcı rəqqasın başında buynuzlu maska var (63 №-li daş) [13. 393]. Analoji
səhnələrə Qobustanın Böyükdaş dağında, 66 №-li daşda (e. ə. IV minillik) və
həmin dağın yuxarı səkisində 67 №-li daşda rast gəlmək olar. Aşağı sırada totem
maskalı 3 rəqqas təsvir olunmuşdur (e. ə. IV minillik).
Heyvan dərisi geyinmiş insanların mərasim rəqslərinin təsvirlərinə Abşeron
və Kəlbəcərdə təsadüf olunur. Etnoqrafik məlumatlara görə maral Azərbaycanın
qədim tayfalarında sitayiş obyektləri sırasında idi. Qədim Azərbaycanda öküz və
maral yaz, bərəkət rəmzi idi. Buna da külli miqdarda təsviri sənət əsərləri həsr
olunmuşdur. Bununla əlaqədar, bizim günlərədək çatmış və özündə totemist
təsəvvürlərin izlərini əks etdirən qədim ovsun ayini - «Maral oyunu»nu qeyd etmək
lazımdır [9, 169]. Şübhəsiz ki, maral oyunu yaza həsr olunurdu. Təbiətin oyanışı,
sevinc maral obrazında əks olunurdu.
Qeyd etmək lazımdır ki, Avrasiya və Qafqazın müxtəlif bölgələrində marala
sitayişin geniş yayılması təsadüfi deyildir. Güman etmək olar ki, ən qədim
zamanlardan marala sitayişin vahid ideyası mövcud idi. Bu, Asiya, Şərqi Avropa
və Qafqazın qədim tayfaları arasında etnik əlaqələrin olması haqqında düşünməyə
vadar edir.
Keçiyə sitayiş. Tunc dövründən başlayaraq ibtidai insanlar keçiləri günəş
allahının rəmzi kimi təsəvvür edirdilər. O dövrdə bədii (Xanlar) və qayaüstü
təsvirlərdə (Türkan) keçi obrazı dini-ideoloji obraz kimi təqdim olunurdu. Bir
qədər sonra keçi obrazı xeyir və bərəkət ideyalarına xidmət edirdi [264, 47].
Dostları ilə paylaş: |