67
mağaranın içində aşkar olunmuş analoji qəbirlər Azərbaycanın neolit, eneolit və
tunc abidələri üçün səciyyəvidir. Belə qəbirlərə Qərbi Avropada da rast gəlinir.
Dəfn ayinlərini tunc dövrünə aid olunan qəbirlər də təsdiq edir. Qobustan
mezolit və tunc dövrü qəbirlərinin timsalında ayinlərin bir sıra xüsusiyyətlərini
qeyd etmək olar.
1) Bir sıra qəbirlərdə qırmızı oxranın olması;
2) Mərhumla birgə əşyaların, silahların, kəsilmiş qurban qalıqlarının
(heyvan sümükləri) olması. Məsələn, tunc dövrünün müxtəlif mərhələlərinə aid
olan Qobustan kurqanları 3 növə bölünür: quyusuz kurqanlar, quyu kurqanları və
daş qutu kurqanları.
Azərbaycanda kurqanaltı quyusuz qəbirlər ilk dəfə Qobustanda aşkar
olunmuşdur [246, 105]. Burada mərhumun üstü qırmızı oxra qatı ilə örtülmüş
qəbirlərə də dəfələrlə rast gəlinmişdir (Böyükdaş və Kənizə dağlarının arasında, 9
№-li kurqan [yenə orada, 31, 41, 42].
Bu hərəkətlərin ovsun mənası daşıdığı danılmazdır. Qan rəngində qırmızı
boyanın olması, çox güman ki, həyatın mənası sayılan işığı, istiliyi əks etdirirdi
[210]. Bir çox tayfalarda qırmızı boya magiya ilə bağlı idi. Ona zalım ruhları
qovan sehrli qüvvə, mərhumun həyat gücünün möhkəmlənməsi kimi baxırdılar.
Tunc dövründə qədim qobustanlıların dəfn ayinləri haqqında müəyyən məlumatları
kurqanlarda aşkar olunmuş iri mal-qara sümükləri bir daha təsdiqləyir [Qobustan,
10 №-li kurqan], [247, 34, 42]. Əcdadların ruhuna ehtiramla bağlı olan dini
təsəvvürlərin öyrənilməsi üçün qədim insan qalıqlarının, köhnə qəbirlərin qazıntısı
mühüm materialdır. Tədqiq olunan məsələ üçün Qobustan arxeoloji abidələri
böyük maraq kəsb edir. Belə ki, aşkar olunmuş Qobustan qəbirlərinin hamısında
mərhumlar bükülü vəziyyətdə dəfn olunmuşlar. Bu, qədim qobustanlıların dəfn
mərasimlərinin xüsusi cəhətləri haqqında fərziyyə irəli sürməyə imkan yaradır.
Mərhumlar, əsasən şimal və şimal-şərq istiqamətində dəfn olunurdular. Şərq və
qərb istiqamətində, yəni günəşin istiqamətində edilən dəfnləri, arxeoloqlar skeletin
günəşə meyli ilə əlaqələndirirlər və burada artıq günəşə sitayişin olması ehtimalını
irəli sürürlər [139, 62]. Göstərilən dəlillərin natamam olmasına baxmayaraq, onlar
Azərbaycanın ən qədim tayfalarının erkən dini təsəvvürlərinin rəngarəngliyi və
mürəkkəbliyini sübut edir.
Dinin ən qədim formalarından biri, şübhəsiz ki, totemizmdir.
Müxtəlif dünya xalqları arasında totemizmin yayılması kifayət qədər dəqiq
müəyyən olunmuşdur. Tarixi inkişafın erkən mərhələlərində totemizm bu və ya
digər formada bütün xalqlara məlum idi. Totemizmin klassik ölkəsi Avstraliya
hesab olunur [186, 387-388].
Totemist etiqadlar Azərbaycanda da yayılmışdır. Burada indiyədək totemist
dünya görüşünün əks-sədası olan adlara rast gəlmək olur: İlandağ, Maraldağ,
Ceyran bulağı və s.
68
Totemizm izlərinə Qobustan, Abşeron, Kəlbəcər və Gəmiqayanın qayaüstü
təsvirləri arasında rast gəlmək olar. Azərbaycan petroqliflərinin xüsusi bölməsini
heyvan, quş təsvirləri təşkil edir. Qəbirlərdən heyvan sümüklərinin tapılması nadir
hadisə deyildir. Əldə olan materiallar əsasında, ehtimal etmək olar ki, onların
bəzilərindən sitayiş obyekti kimi istifadə olunması totemizm elementlərinin
mövcudluğunu təsdiq edir. Arxeoloqlar əcdadlarımızın totem təsəvvürlərinin (bəzi
heyvan və bitkilərin ilahi qüvvəsinə inam) paleolit dövründə yayıldığını güman
edirlər. Eyni zamanda, həm allahlara, həm də heyvanlara şamil edilən jest dilinin
tanış olması kimi çox maraqlı ehtimal irəli sürürlər. Bu, qayaüstü incəsənətdə
parlaq əks olunurdu [30, 108]. Bir çox tədqiqatçıların fikrincə, paleolit və sonrakı
dövrlərdə insanlar qurbanlıq heyvanların təsvirlərini çəkmişlər. Onlara allahın
«nümayəndələri və qurbanların mərasim hərəkətləri»nin rəhbəri olan heyvan - yol
yoldaşı kimi baxırdılar [yenə orada, 108].
Totemlər ibtidai insanların baxışlarına və təsəvvürlərinə böyük təsir
göstərirdi. Totemlər onlarda qorxu və həyəcan hisləri oyadırdı. Təbiət qanunlarına
və onun təbii təzahürlərinə cavab tapa bilməyən ibtidai insanlar bunu totemlərin
əzəmətli gücü ilə əlaqələndirirdilər. Bu nöqteyi-nəzərdən, Azıx mağarasından aşkar
olunmuş, içərisində mağara ayılarının kəllələri olan yeri göstərmək olar [54. 57].
Belə tapıntılar Fransanın bir çox mağaralarında - Lazare kahasının mərkəzində
aşkar olunmuşdur. Kəllə, əl-ayaq qalıqları (daha sonrakı dövrlərə - mustyeyə aid)
bir sıra Qərbi Avropa mağaralarında qeyd olunur. Hətta mustye dövründə
totemistik təsəvvürlərin nişanələri vardır. Draxenlox (İsveçrə) və Petersxel
mağaralarının dərinliklərində xüsusi qaydada düzülmüş mağara ayısının kəlləsi və
sümükləri tapılmışdır [145,183 184]. Bunun təsdiqi kimi, Azıx mağarasından aşkar
olunmuş mağara ayı balasının kəlləsi xüsusi maraq kəsb edir [yenə orada].
Yazılıtəpədə (Qobustan) 25 №-li daş üzərində keçi təsvirləri və kiçik çalalar
həkk olunmuşdur. Keçiləri sanki çalaların yanına qurban kəsmək və qanın çalalara
axması üçün gətirmişlər (şək. 36. 69). Bəzi arxeoloqlar hesab edirlər ki, petroqliflər
qədim insanlar üçün allahla ünsiyyət vasitəsi olaraq xahiş və cavabı əks etdirir.
Qurbankəsmə adəti olmadan allahla əlaqə ağlasığmaz idi [30, 103]. Ruhlar kimi
totemlər də toxunulmaz hesab olunurdular. Totemlər tam qadağalar sistemilə
bağlıdır. Onları öldürmək və yemək olmazdı. Lakin bəzi hallarda qadağa
götürülürdü. Məsələn, Berinq dənizinin sahillərində ovda öldürülmüş suitilərin
ruhlarını yenidən dənizə qaytarırdılar və bununla, onların yeni həyata qayıtmalarını
təmin edirdilər. Belə mərasimlərdə iştirak etmək ovçuların bilavasitə vəzifəsi idi
[293, 301-302].
Belə ayinlərdən buşmenlər də istifadə edirdilər. Onların inanclarına görə,
öldürülmüş mifik «yağış heyvanları»nın qanı və südü quraqlıqdan yanmış torpağı
nəmləndirir [273, 136 137]. Şimal-qərbi Avstraliyanın aborigenləri ayin zamanı
daşların üzərindəki heyvan təsvirlərini məhv edirdilər. Bu ayinlər həyatın davamını
Dostları ilə paylaş: |