73
Keçiyə sitayişin izləri ayin səhnələrinin oyma texnikası və naxışlarla yerinə
yetirilmiş, Xocalı-Gədəbəy və Naxçıvan mədəniyyəti saxsı qablarında əks olunur
[15. 147-148, 174]. Keçiyə sitayiş Mingəçevirdə tapılmış saxsı qablarda da təqdim
olunur. Burada, səhəng qəbirlərin birindən aşkar olunmuş qab - sinəsi enli, qısa
relyef quyruqlu, ayaqları çox qısa olan dağkeçisi fiquru şəklində hazırlanmışdır
[46, 122]. Azərbaycanda keçi qədim zamanlardan kosmoqonik məna daşıyaraq
günəşi təcəssüm etdirir və bərəkətin himayəçisi idi. Bu onunla təsdiq olunur ki,
qədim yunanların ayin baxışlarında keçi Dionisi - nəbatat allahını, üzümçülük və
şərabçılığın himayəçisini təcəssüm edirdi [155. 27].
Arxeoloqlar Orta və Mərkəzi Asiya xalqlarının əsatir və dinlərində
qədimdən mövcud olmuş keçiyə sitayişi mürəkkəb kosmik ulduz təsəvvürləri ilə
əlaqələndirir və keçinin şamanların himayəçisi olduğunu qeyd edirlər. Keçilərə
sitayiş bərəkət ayinlərinə yaxındır [96, 213]. Bununla əlaqədar, günəş ucluqları
şəklində buynuzlu keçilərin qayaüstü təsvirləri xüsusi maraq doğurur (Gəmiqaya-
21 №-li daş, Kəlbəcər). Tunc dövründə indiki Xanlar rayon ərazisində keçilərin
müqəddəs heyvan olduğunu qeyd etmək lazımdır [154, 105].
Gəmiqaya (Naxçıvan), Qobustan, Abşeron və Kəlbəcər (Dəlidağ) qayaüstü
təsvirləri sırasında tunc dövrünə aid olan saysız-hesabsız keçi təsvirlərinə rast
gəlmək olar. Gəmiqaya rəsmləri arasında insanla keçinin maraqlı təsvirləri vardır.
İnsanın bədəni qabağa yönəlmiş, qolları çiyinləri səviyyəsinə yuxarı qaldırılmış və
dirsəkləri başı üstündə təsvir olunmuş keçi istiqamətində bükülmüşdür.
Arxeoloqlar hesab edirlər ki, bu səhnə keçi totemi ayinini əks etdirir. Şərq
xalqlarında, o cümlədən Azərbaycanda keçi obrazı qəbir və məişət əşyalarında,
habelə ziyarət olunan yerlərdə həyat rəmzi kimi göstərilmişdir.
Eneolit dövrünün Qobustan qayaüstü təsvirlərində etiqadlarla bağlı yeni
mövzular meydana çıxır. Onları and və totem mərasimlərinə həsr olunmuş
rəsmlərdə izləmək olar. «Sehrli» xətlərlə kəsişən keçilərin kontur təsvirləri də bu
rəsmlərin kolleksiyasına aiddir. Günəş allahının rəmzi olan keçi zaman keçdikcə
bərəkətin rəmzi obrazına çevrilir və andiçmə mərasimlərində çıxış edir. Bizim gün-
lərədək çatmış ayinlərdən biri kəndirbazlar və «kos-kosa» oyunlarıdır. «Kosa» adı
altında o dövrün xalq teatr tamaşalarında çıxış edən keçi obrazı folklorumuza
insanlara həyat, işıq, xeyir gətirən müsbət obraz kimi daxil olmuşdur.
İlana sitayiş. Qayaüstü rəsmlər arasında ilan təsvirləri xüsusi yer tutur. E.ə.
II minillikdə I minilliyin başlanğıcında bütün dünyada günəşin ilanlarla mübarizəsi
haqqında əsatir yayılmışdır. İlanlarla əhatə olunmuş günəş səhnələrinə Tagil
çayında yerləşən İlan dağında qayaüstü təsvirlərdə və Qafqazın Qızıl Qobu
mədəniyyətinə aid olan saxsı qırıqlarında rast gəlmək olar [203, 111]. Məlum
olduğu kimi, ilan bir çox xalqlarda qorxu hissi yaradırdı. Onların təsəvvürlərinə
görə, ilan şamanların köməkçisidir. İlan müqəddəs və toxunulmaz idi. Lakin
müqəddəs ilanlara sitayiş təkcə bu zəhərli və təhlükəli heyvan qarşısında qorxu ilə
deyil, həm də onların əzəməti qarşısında ehtiramla bağlıdır. İlanlara ehtiram, digər
74
heyvanlarla müqayisədə daha qədim hesab olunur və dünyanın bir çox xalqlarına
məlumdur.
İlana sitayiş qədim albanların şüurlarında uzun müddət qalmış və müxtəlif
bədii formalarda (keramika və Azərbaycanın digər tətbiqi sənət nümunələrində)
əks olunmuşdur. Albanlarda ilana sitayiş bədii tuncda (bəzək əşyaları, qolbaqlar və
s.) öz əksini tapmışdır. Bu, antik dövrdə də davam etdirilir və onlara Naxçıvan,
Mingəçevir səhəng qəbirlərində rast gəlinir. Elə bir ölkə və tayfa yoxdur ki onların
ayinlərində ilana sitayiş izləri olmasın. Məsələn, Ueylonda Neyqa Allah - ilan
haqqında əfsanə mövcuddur. Birmada ilan - allahların şərəfinə məbədlər inşa
olunurdu. İlan təsvirlərinə tez-tez köhnə qəsr və məbədlərin divarlarında rast
gəlinir. Hindistanda ilanı öldürmək qadağandır, Pəncab əyalətində isə özlərini
ilandan əmələ gəldiklərini hesab edən tayfalar mövcuddur.
Azərbaycanlıların təsəvvürlərində ilana ikili münasibət vardır: həm
xeyirxah obrazlar, həm də zalım ruhlar kimi. Etnoqrafik müşahidələrə görə,
Azərbaycanın bəzi kənd yerlərində ilanı öldürmək (xüsusilə evin, ocağın
qoruyucusu hesab olunan ilanları) günah hesab olunur. İlanın evə xoşbəxtlik və
bolluq gətirməsi haqqında inanclar mövcuddur. İlan təsvirlərinə saxsı qablarda və
bəzək əşyalarında təsadüf olunur (Naxçıvanın Şahtaxtı kəndində ilan təsvirli
səhəng, Xanlar tarix-diyarşünaslıq muzeyində saxlanılan səhəng üzərində yapma
ilan təsviri, Mingəçevirdə yapma ilan təsvirli qab. Şək.83). İlanbaşlı bilərziklər
hələ tunc dövründə məlum idi və əcdadlara sitayişi təcəssüm etdirirdi. Onlara çox
erkən abidələrdə rast gəlinir. Adətən, hər hansı bir əşyanı dövrələyən iki ilan təsvir
olunur (147, 51-52).
Bir çox xalqlarda müxtəlif əşyalar üzərində ilan təsvirlərinin yaşı çox qədim
zamanlara gedib çıxır. Bəzi alimlər güman edirlər ki, ilan təsvirlərində əkinçiliklə
məşğul olan xalqların kosmik təsəvvürləri əks olunur. İlan təsvirləri səma və
günəşə sitayişlə bağlıdır. Ziqzaqvari və dalğavari xətlər ilanı əks etdirir və real
mənzərə yaradır. Sonralar ilan obrazı başqa rəmz daşımağa başlayır. O, ağıl,
müdriklik və qadın hiyləgərliyini səciyyələndirir. Digər xalqlarda ilan uşaq
doğumu havadarı rolunu oynayır.
İlanla əlaqədar olan müqəddəs yerləri xüsusi qeyd etmək lazımdır. İlan
totemi həyat mənbəyi olan qida kimi deyil, zəhərinin təsirinə görə fövqəltəbii
qüvvə kimi qəbul oluna bilərdi. Mingəçevirdə ilan haqqında əfsanə ilə bağlı olan
İncimi bulağı piri mövcud idi [46, 177].
İlan qayaüstü təsvirlərinə Abşeronda (Ağdaş düzü) [25, səh. 14], (şək. 55).
Gəmiqaya petroqliflərində [13, 393] rast gəlmək olar. Burada ilanın müxtəlif
təsvirlərinə - cüt və spiral şəklində tək, keçilərlə birgə və s. təsadüf olunur.
Beləliklə, Azərbaycanda ilana, həmçinin qoyuna və başqa heyvanlara sitayişin
qədim tarixi vardır. İlan bir çox Azərbaycan xalq dastanlarında, əfsanələrində ağıl,
müdriklik və digər müsbət keyfiyyətləri təcəssüm etdirir.
Dostları ilə paylaş: |