30
üçbarmaqlı məxluqun maraqlı təsviri aşkar olunmuşdur. Rəsmdə mifik personajı
təxmin etmək olar [cədvəl III, şək. № 20].
Azərbaycanın antropomorf təsvirlərinin digər süjeti kahinlik əlaməti olan
heyvan üslubunda maska-üzlüklü fiqurlardır. Yazılıtəpənin (Qobustan) 14 №-li
daşında kahinlik əlaməti olan fiqur təqdim olunur [cədvəl III, şək. № 21], [68].
Azərbaycan qayaüstü təsvirləri arasında (Böyükdaş dağı, yuxarı səki, 29 №-li daş)
lələkli maskada kahin rəsmini də xüsusi qeyd etmək olar [cədvəl III, şək. № 22],
[68].
Gəmiqayadakı (Naxçıvan) 60 №-li daş üzərində maskaüzlüklü fiqur qeydə
alınmışdır [237]. Yandan təsvir olunmuş quş maskasında olan antropomorf fiqur öz
zahiri görünüşündə insan və quş əlamətlərini uzlaşdırır [cədvəl 111, şək. № 23].
Onun başı quş, bədəni insandır. Bu, mifoloji obrazın mürəkkəb totemist xarakterini
və onun ikililiyini sübut edir.
Dünyanın müxtəlif yerlərində quş-insana sitayişin böyük yayılma sahəsi
mövcuddur və quş vasitəsilə əcdadlarla əlaqə yaradılması haqqında təsəvvürlər
geniş yayılmışdır. Animalizm və bir zahiri görünüşdə həm insan, həm quş təsviri
Misir rəssamlığında geniş yayılmış süjetdir. Qədim misirlilərin sənəti öz kamilliyi
ilə insanı heyran edir. Müdriklik allahı quş-insan olan pavian (əntər) Totun təsviri
bizə məlumdur [71, 29].
Azərbaycanın antropomorf təsvirlərinin tədqiqi nəticəsində çoxyaruslu
fiqurları ayırmaq mümkün olmuşdur.
Qobustan petroqlifləri arasında çoxpilləli obraz üç dəfə qeydə alınmışdır.
(Böyükdaş dağının 24 №-li daşındakı rəsmlər nəzərdə tutulur) [cədvəl III, şək. 24,
25], [68]. Ən maraqlı çoxpilləli personajlardan biri Böyükdaş dağının yuxarı
səkisindəki 29 №-li daş üzərindədir [cədvəl III, şək. 26], [68]. Ola bilsin ki, qədim
rəssam əsas obrazlardan birini əks etdirmişdir. Bu təsvir öz əksini son tunc və
erkən dəmir dövrü Şərqi Zaqafqaziyanın saxsı qablarında, xüsusilə Kilikdağın 3/6
№-li kurqanlarından və Gəncəçayın sol sahilində, Xanların qərbində yerləşən
Topalhəsənli yaxınlığındakı 1-3 №-li kurqanlarından aşkar olunmuş saxsı qablarda
tapmışdır [55; 110, 112, 125, tablo XIV, XVI, XXIX], (şək. 43-b, c, ç). Bunlar
Yuxarı Lenanın daha sonrakı dövrə aid olan antropomorf fiqurları ilə oxşarlıq
təşkil edir. Həkk olunmuş mürəkkəb fiqur səkkizlik formasında təqdim olunur (şək.
43-a), [132, səh. 143]. Analoji ikiyaruslu fiqurlara Gəmiqayanın qayaüstü
rəsmlərində rast gəlmək olar [cədvəl III, şək. 27], [237, 61 №-li daş; 254, 219 №-li
daş]. Buna oxşar özünəməxsus çoxpilləli obrazlara Monqolustanın, Sibirin,
Koreyanın və Qərbi Avropanın qayaüstü təsvirlərində təsadüf olunur [cədvəl III,
şək. 28, 29, 30, 31], [129, səh. 45]. Arxeoloqlar çoxpilləli fiqurları nəslin
davamçısı olan qadına sitayiş təsvirləri ilə əlaqələndirirlər. Çin qrafik formaları
arasında buna bənzər heroqliflərə «SOU» (uzunömürlülər) rast gəlmək olar.
Burada erkən qrafik formada qolları səmaya qaldırılmış, ayaqları dizdən bükülmüş
31
və aralı qoyulmuş vəziyyətdə birində iki, digərində üç nəsil qadın təsvir
olunmuşdur [128,21 22 ].
Beləliklə, qayaüstü təsvirlərdə antropomorf obrazların əsas məzmununu
Azərbaycanın ibtidai tayfalarının həyatı, ayin və etiqad sirləri, mərasim fəaliyyəti
təşkil edir.
Azərbaycan qayaüstü incəsənətində zoomorf təsvirlər
Azərbaycan petroqlifləri arasında məlum canlı məxluqların heç biri ilə
müqayisəyə gəlməyən fantastik təsvirlərə tez-tez rast gəlmək olur. Onlar iki qrupa
bölünür. Bunlardan biri elmə məlum olan heyvanların hamısından fərqlənən
zoomorf təsvirlər, digəri isə insan kimi qəbul edilə bilən antropomorf rəsmlərdir.
Səciyyəvi nümunələrdən biri məlum heyvan təsvirləridir [cədvəl IV, şək. 1-22].
Azərbaycan zoomorf təsvirləri yalnız uydurma heyvan təsvirləri deyil, həm
də qədim rəssamın yüksək bədii fantaziyası, xülyası ilə şərtlənir. Bu rəsmləri
primitiv adlandırmaq olmaz. Qədim rəsmlər üst paleolit dövründən başlayaraq
ibtidai insanın öz təsəvvürünün, düşüncəsinin və kifayət qədər inkişaf etmiş
mədəniyyətinin olmasını göstərir. Qaya üzərində rəsmlərin işlənilmə texnikası
təcrübəli texniki bacarığı və həqiqətən, dahiyanə bədii fantaziyanı sübut edir.
Qobustanda, Gəmiqayada, Kəlbəcərdə və Abşeron yarımadasında bu cür
əsərlər yaratmış qədim rəssam, həqiqətən, öz dövrünün bacarıqlı, mahir sənətkarı
olmuşdur.
Azərbaycan qayaüstü antropomorf və zoomorf incəsənətinin ideya əsası
özündə qədim insanın gündəlik məişət təcrübəsini və zəngin mənəvi dünyasını əks
etdirir.
Azərbaycan heyvan, insan, zoomorf və antropomorf təsvirləri arasında
süjeti bolluq və bərəkət, heyvan-totem, məşhur əcdadlar haqqında mifik
təsəvvürlərdən yaranan rəsmləri xüsusi qeyd etmək olar.
Qayaüstü incəsənətə dair əldə olunmuş materiallar Azərbaycanın qədim
tayfalarının dünyagörüşünü və dinin erkən formalarını açıqlayan etibarlı mənbə
kimi diqqəti cəlb edir.
II.1.4. KOMPOZİSİYA SƏHNƏLƏRİ
Azərbaycanın qayaüstü incəsənətində tez-tez rast gəlinən süjet kompozisiya
səhnələridir. Qayaüstü incəsənətə dair əldə olan materiallar arasında ayrı-ayrı
süjetləri nəzərdən keçirdikdə məlum olur ki, ən qədim təsvirlər ov səhnələri və
mərasim rəqsləridir (ill. 62; şək. 44).
Azərbaycanın qayaüstü incəsənətində rəqs süjetlərinə tez-tez təsadüf olunur.
Böyükdaş dağının yuxarı səkisindəki 39 №-li daş üzərində real ölçüdə rəqs edən
insanlar təsvir olunmuşdur (şək. 45). Bu rəqs edən insanların ən qədim təsviridir.
Dostları ilə paylaş: |