24
mövcud olduğu dövrü dəqiq təyin etmək analoji qayaüstü təsvirlərin yaşının
müəyyən olunması üçün vacib amil ola bilər.
Azərbaycanın qayaüstü təsvirlərində tez-tez rast
gəlinən süjetlərdən biri də
at - qulan təsvirləridir. Bu təsvirlərə yalnız Qobustanda təsadüf olunur. Kiçik
formalı incəsənətdə qulan təsvirlərini nadir hallarda görmək olar. Məsələn,
Qobustanda Anazağa mağarasındakı 31 №-li daşda, Ovçular mağarasında 46 №-li
daşda olan təsvirləri göstərmək olar (ill. 22;23). Azərbaycanda
Equus heminous
Pall növünə aid vəhşi atlar yaşamışlar. Daha sonrakı dövrlərə aid at təsvirlərinə
(qoşqulu və qoşqusuz) Qobustan və Gəmiqaya qayaüstü rəsmlərində rast gəlmək
olar. Qeyd etmək lazımdır ki, Əliköməktəpə torpaq qəbirlərində, Qızılvəngin daş
qutularında və Qobustan kurqanlarında at skeletləri aşkar olunmuşdur. Bu tapıntılar
tədqiqatçıları tunc dövründə ata sitayiş edilməsi barədə fikir söyləməyə sövqedir
[15,169] .
Gazella Subgutturoza Guld ceyran və ahuları
xüsusi müşahidə
obyektidir (şək. 27; ill. 46). Zaqafqaziyada saxsı qablarda və kiçik heykəllərdə ahu
təsvirləri maraq kəsb edir (55, tablo XIV, XVI, XXIX). Şir, pələng, bəbir və qaban
kimi yırtıcı heyvanların təsvirləri də xeyli maraq doğurur (şək. 28; 29; 30; 31-a, b,
c; ill. 47; 48). Pələng qədim insanların təsəvvüründə eyni vaxtda həm xeyri, həm
də şəri təcəssüm etdirir, həm dağıdıcı, həm də yaradıcı obrazı təmsil edirdi.
Mifoloji rəvayətlərdə və nağıllarda pələng heyvanların şahı, meşənin sahibi
kimi qələmə verilir. Çində isə təkcə heyvanların şahı kimi deyil, həm
də xəstəliklər
gətirən şeytanların qənimi kimi göstərilir. Yaponiyada pələng - igidlik rəmzi,
Şamanlıqda fövqəlinsan gücündə (meşə Allahının ruhudur) təcəssüm olunur.
Atseklərdə pələng günəşin qərbdən batması, Heraldikada erkək və dişi pələng
ehtiras və güc rəmzidir. Ukrayna kurqanlarında aparılan qazıntılarda aşkar olunmuş
təsvirlərdən
bizə bəbir kəllələri, Maykop kurqanından şirləri əks etdirən nişanlar,
Semibratsk kurqanından ox qabının qızıl örtüyündə maralı parçalayan şir təsviri
məlumdur. Bu şir təsvirləri Qobustan,
Gəmiqaya, Kəlbəcər və Abşeron
qayalarındakı şir təsvirləri ilə müəyyən oxşarlığa malikdir. Gəmiqayada dağ
keçisinə hücum edən bəbir təsvirləri, xüsusilə diqqətəlayiqdir və ən maraqlı
süjetlərdən biri [14,105] hesab olunur.
Buzlaşmaarası istiləşmə dövründə sayını artıran vəhşi qaban təsvirlərinə
Qobustanda və Azərbaycanın digər rayonlarında rast gəlmək olar (ill. 49).
Dəvə təsvirləri çox nadir süjetdir. Onlar əsasən orta əsrlərin
sonuna aid
edilirlər. Bəzi tədqiqatçılar ehtimal edirlər ki, Azərbaycan ərazisinə dəvəçilik
Mərkəzi Asiya-dan gəlmiş və onun inkişafı e.ə. II minilliyin sonu - I minilliyin
əvvəlinə təsadüf edir.
Bunlar Mingəçevirdə və Füzuli rayonunda tapılmış dəvə sümükləri və
skeletləri ilə təsdiq edilir [229,33-40]. Qədim Azərbaycan ərazisində dəvəçiliyin
geniş yayılması haqqında antik müəlliflər məlumat verirlər. Klavdi Klian qeyd edir
ki, Albanlar dəvələri balıq, balıq yağı və dəvə yunu ilə yükləyib Ekbatana satmağa
25
aparırdılar [108,226]. «Kitabi-Dədə Qorqud» dastanında və orta əsr Azərbaycan
bədii əsərlərində də dəvə xatırlanır [244, 30- 58; 255, 122; 125,484-667].
Qeyd etmək lazımdır ki, hazırda Daşqışlaq (Kiçikdaş) yaxınlığında yerli
maldarlar dəvəçiliklə məşğul olurlar. (Qeyd: müəllifin şəxsi müşahidəsi) (şək. 32,
ill. 50; 51).
Nadir süjetlər sırasında naxışlı qoyun (Kiçikdaş dağı, 15 №-li daş), balıq
(Kiçikdaş dağı, 5 №-li daş; Böyükdaş dağının yuxarı səkisi 104, 105 №-li daşlar)
(ill. 52; 53; 27) və quşların bəzi növlərinin (Böyükdaş dağının yuxarı səkisi,63 №-
li daş (şək. 33) təsvirləri vardır. Qoyun təsvirləri Lena yazılarındakı naxışlı heyvan
təsvirlərinə oxşayır.
Kiçikdaş dağı 5 №-li daş üzərindəki balıq
təsviri xüsusi tədqiqat
predmetidir. Bu təsvir daha çox delfini xatırladır. Delfinlər - afalinlər
(Tursiops
truncatus) hazırda da Aralıq və Qara dənizlərində yaşayırlar [80, səh. 283-300].
Görünür, qədim rəvayətlərdəki delfinlər elə afalinlərdir. Delfinin analoji
təsvirlərinə (lakin xeyli kiçikölçülü) Avstraliyanın qayaüstü təsvirlərində rast
gəlmək olur (ill. 54).
Quş təsvirləri nadir süjetlərə aiddir. (şək. 33). Gəmiqayada kəklik (ülkəklik)
təsvirlərinə təsadüf olunur [237].
Azərbaycanın qayaüstü təsvirlərinin xüsusi süjetlərindən biri olan ilan
təsvirlərinə tez-tez rast gəlinir [şək. 34; 35; 36; 37; 38). Onlara
Abşeron və
Dübəndi qayalarında təsadüf olunur (ill. 55).
Real üslubda çəkilmiş canavar təsviri Gəmiqaya petroqlitləri arasında nadir
hadisə deyildir. Bitki süjetləri, ancaq Naxçıvanda müşahidə olunur. Yeganə bitki
təsviri Gəmiqayada, 102 №-li daş üzərindədir [237].
II.1.2. İNSAN TƏSVİRLƏRİ
Azərbaycan qayaüstü incəsənətində xüsusi yer tutan insan obrazı bir çox
tədqiqatçıların diqqətini cəlb etmişdir. İnsan təsvirləri ölkəmizin müxtəlif coğrafi
nöqtələrində - Qobustanda, Abşeron yarımadasında, Kəlbəcərdə və Naxçıvanda
aşkar olunmuşdur. Yaşına, üslubuna, işlənilmə texnikası və üsuluna görə bir-
birindən fərqlənən çoxsaylı insan təsvirləri bir sıra ümumi
cəhətlərə də malikdir,
hətta təkrarlanır. Bu obrazlar bəşər tarixində ən qədim təsviri sənət abidələri hesab
oluna bilər. Bir çox tədqiqatçılar onları dini etiqad və mərasimlərlə əlaqəsi olan
abidələr hesab edirlər. Bu da mövzunun daha diqqətli öyrənilməsini tələb edir.
Müxtəlif rayonların, hətta dünyanın bir çox yerlərində yaşayan müxtəlif xalqların
rəngarəng süjetli rəvayətlərinin (miflərin) müqayisəsi nəticəsində öz əksini tayfa
incəsənətində tapmış ümumi, əsaslı və ümumbəşəri mifoloji süjetləri olan
arxetiplər meydana gəlir. Onlara qadın (ana nəslin başçısı),
kişi və digər
obyektlərlə kompozisiyada insan mifoloji təsvirlərini aid etmək olar.