28
təsvirlərini [3,134], Şove mağarasında öküz və qadın təsvirlərini [217,36-53]
göstərmək olar. Qobustanda bəzi qadın təsvirinin duruşu, forması, texnikası
antopomorf fiqurlarını adı çəkilən, yaşı müəyyən olunmuş Fransa təsvirlərinə daha
da yaxınlaşdırır. Orta və Mərkəzi Asiya petroqliflərində də mifik totem süjetlərinə
-ulu əcdad və qadın süjetlərinə rast gəlmək olar [216, 271].
İnsan təsvirləri, çox güman ki, mərasim geyimlərində olan qadın təsvirləri
xüsusi maraq doğurur. Məsələn, Böyükdaş dağının Anazağa mağarasında, 30 №-li
daşda (ill. 10-b; 61-a) Karets burnu (Oneqa gölü) qrupundan paleolit qadın
təsvirləri ilə oxşar olan (ill.61-b) çoxsaylı fiqurlara rast gəlmək olar. Bu təsvirlər
paleolit dövrünə aid edilir (143.13. şəkil 12). Obrazların izah edilməsində
saamların şaman dəfləri üzərindəki «nəslin anası» (Maderakka) və «yaradıcı ana»
(Sarakka) obrazlarını göstərən [300, 47] bəzi qadın təsvirləri kömək edir.
Kişi obrazı çox nadir hallarda paleolil incəsənətinin mövzusu olurdu və
əsasən sonrakı dövrlərə aid edilirdi. Faciəli şəraitin təsviri xüsusi maraq kəsb edir.
Ox və nizə sancılmış kişi təsvirlərinə (Böyükdaş dağı, yuxarı səki, 46, 66 №-li
daşlar), (şəkil 41; 42) də təsadüf olunur. Bəzən bu sxematik çəkilmiş fiqurlarda
paleolit ənənələrinin izlərini görmək olur.
Üslub və texnikasına görə daha sonrakı dövrlərə aid olan insan təsvirləri
Valkomonikanın (İtaliya) yaşı dəqiq müəyyən olunmuş neolit fiqurları ilə bəzi
oxşar cəhətlərə malikdir [277.9].
Beləliklə, etnoqrafik müşahidələr nəticəsində insan təsvirlərinin əsas
əlamətləri bunlardır. Göstərilən bütün faktlar mifoloji obrazların qeyri-adi
sabitliyini təsdiq edir. İbtidai təfəkkür tərzinə daxil olmağın çox çətin olmasına
baxmayaraq, biz bu təsvirləri dərk edib onların məzmununu başa düşə bilərik və
təsviri sənət obrazlarında təqdim olunan düşüncələri bərpa edə bilərik.
II.1.3. ANTROPOMORF VƏ ZOOMORF TƏSVİRLƏR
Antropomorf təsvirlər. Azərbaycan qayaüstü incəsənətində mərasim-ayin
əlamətləri olan çoxsaylı təfsilatlar (maska-üzlüklər, üçbarmaqlı, çoxyaruslu
təsvirlər, heyvan cizgiləri) olmasaydı, onları insan təsvirləri kimi qəbul etmək
olardı. Lələkli, quyruqlu və ucları olmayan buynuzlu tac formalı mürəkkəb baş
geyimində olan insan fiqurları maraq kəsb edir. Qobustan və Gəmiqaya qayaüstü
təsvirləri arasında bu cür rəsmlər az deyil. Qobustanın Böyükdaş dağında (24 №-li
daş) antropomorf fiqurlar təsvir olunmuşdur: onlardan biri yandan quyruqla, digəri
başında buynuzla çəkilmişdir; qolları aşağı salınmış, ayaqları aralı, əllərində silah
vardır (cədvəl II, şək. № 1, 2, 3). Heyvan əlamətləri (buynuz, quyruq) sayəsində
insan heyvana çevrilir. Görünür, bu fövqəltəbii əcdadların, yarıinsan-yarıheyvan
təsviridir.
29
Böyükdaşın 33 №-li daşında bir fiqur dirsəyi qatlanmış və maraqlı baş
geyimində, digəri lələkli baş geyimində, qolları aşağı sallanmış, ayaqları dizlərdən
bir qədər bükülmüş vəziyyətdə təqdim olunur [cədvəl II, şəkil №
4, 5].
45 №-li daşda (Böyükdaş dağı) ayaqları çox aralı, başında çıxıntı (yəqin ki,
lələk) və quyruğu olan fiqur təsvir olunmuşdur (cədvəl II, şək. №
6).
126 №-li daşda qolsuz antromorf rəsmləri görmək olar. 10 №-li şəkildəki
fiqur boyun və baş ətrafında bəzəklə təsvir olunmuşdur [cədvəl II, şək. № 7, 8, 9,
10].
Gəmiqayada 47 №-li daş üzərində ayaqları çox aralı, dirsəkləri bükülü və
başında lələkli, buynuzlu maska olan fiqur həkk olunmuşdur. Bu cür fiqurlara
Gəmiqayada tez-tez rast gəlmək olar [cədvəl II, şək. № 11], [237, şək. №16 (2);
254, daş № 219, 238, 520].
Bu təsvirlər üslubuna və texnikasına görə Şişkino kəndinin Lena
yazılarındakı (28 (600) №-li daş) buynuzlu maskada olan antropomorf fiqura
yaxındırlar [cədvəl II, şək. №7], [131,58, tablo 25]. Analoji təsvirlər Qızıl Göl
[136, 27] qayaüstü təsvirlərində, Oneqa gölünün qayalarında [136, 106, 143, 21],
[cədvəl II, şək. № 12,16] dəfələrlə təkrarlanır.
Qobustanın Böyükdaş dağındakı 263 №-li daş üzərində olan yarıinsan-
yarıheyvan təsvirləri maraq doğurur. Fiqur kifayət qədər sxematik çəkilmişdir
[cədvəl 2, şək. № 1 5], lakin diqqətlə baxdıqda maraqlı təfsilatlar meydana çıxır.
Fiqur insan təsviridir, amma onun yuxarı hissəsi heyvan başı, alt hissəsində
ayaqların sonu heyvan dırnağıdır. Beləliklə, qarşımızdakı təsvir, yarısı heyvan-
yarısı insanın qarışıq obrazıdır. Bəzi buna bənzər zoomorf təsvirləri neolit dövrü
fiqurları arasında və digər regionlarda (sığın dırnaqları ilə bitən, uzun ayaqlı,
sümük insan fiquru) müşahidə etmək olar [143, 21]. İnsanların heyvan cildinə
maskalanması adəti bir çox xalqlarda qədimdən mövcuddur. İlahilərin heyvan
sifətində göstərilməsi qədim Misir mədəniyyəti üçün səciyyəvidir: mərhumların
himayədarı olan Anubis çaqqal başı ilə, müharibə ilahəsi Sohmet şir başı ilə təsvir
olunurdu [71, 29]. Heyvan cildində maskalanma ayini Abşeronda da inkişaf
etmişdir. İnsanların, necə deyərlər, «mifik məxluqlar» olan heyvan maskalarında
[cədvəl II, şək. № 13] təsvirlərini Abşeronun meqalit (iri daşlardan hazırlanmış
qədim tikililər qəbirlər) daşlarında müşahidə etmək olar [17, 164].
Gəmiqayanın antropomorf təsvirlər kolleksiyasında Fransanın Kombarel
mağarasındakı rəsmləri [237; 78, 368] xatırladan mifik məxluq (48 №-li daş)
obrazı seçilir (cədvəl II, şək. № 14). Abşeronda alnında bir gözü olan insan
təsvirinə gəldikdə, qeyd etmək lazımdır ki, orta əsr Oğuz türk tayfalarının «Kitabi-
Dədə Qorqud» dastanında təpəgöz haqqında əfsanə mövcuddur [cədvəl III, şək.
№ 18], [226. 74].
Antropomorf təsvirlərin ayrıca yarımqrupunu üçbarmaqlı məxluqlar təşkil
edir. Yazılıtəpədəki 25 №-li daşda ibadət vəziyyətində üçbarmaqlı yarıinsan
obrazına rast gəlinir [cədvəl III, şək. № 19]. Gəmiqayadakı 75 №-li daşda
Dostları ilə paylaş: |