26
Səciyyəvidir ki, əvvəlcədən paleolit dövrünə aid olunan insan fiqurlarının
əksəriyyətinə yalnız Qobustanda rast gəlinir.
Paleolit dövrü obrazlarına uzaq ekskursiyaya başlayaq.
Paleolit
incəsənətində insan təsvirlərini qadın, kişi və digər obyektlərlə kompozisiya təşkil
edən təsvirlərə bölmək olar. Qadın təsvirləri üslub və yaş etibarilə ən qədim
təsvirlərdir və onları təxminən üst paleolitin madlen dövrünə aid etmək olar. Qadın
təsvirləri iki qrupa bölünür. Birinci qrupa Qobustanda aşkar olunmuş «İbtidai
realizm» üslubunda daş qadın heykəlləri, necə deyərlər, «Venera»lar daxildir.
Qobustanda qadın olması yalnız zənn edilən kobud surətdə daşdan hazırlanmış
qadın heykəlləri tapılmışdır (ill. 56-a, b, c; 57-b, c). Analoji fransız, italyan
(Savinyan), mezinsk (Ukrayna) heykəllərinin yaşı orinyak, qravett, pavlov, solütre
dövrləri ilə ölçülür [78, 365], (ill.
57-b,c; 58).
Qobustan «Venera»ları ilə yanaşı, bu qrupa üslublaşdırılmış və qadın
cinsinin təcəssümü əlamətlərini əks etdirən təsvirlər və yumşaq daşdan kəsilmiş bir
neçə kiçik heykəli aid etmək olar (166, 92-95).
Yaşı dəqiq müəyyən olunmuş Kostenki-1-in
üst mədəni təboqəsində
«medalyonlar» formasında qadın cinsi nişanələri olan analoji təsvirlər aşkar
olunmuşdur [77; 3; 138, 50-66]. Həkk olunmuş vulva (qadının xarici tənazül
orqanı) təsvirinə, eyni zamanda Abri Selye (I Orinyak) və La Ferrassi (II Orinyak)
mağaralarının yaşı müəyyən olunmuş mədəni təbəqələrində aşkar olunmuş daş
qalıqların üzərində rast gəlmək olar [77, 365].
İkinci qrupa, əsasən bir qədər qabağa əyilmiş və yandan çəkilmiş fiqurların
təsviri aiddir. Bunların əksəriyyəti mağara divarlarındakı oymalar və kiçik formalı
incəsənət abidələridir [167, 99 103], (ill. 59).
Azərbaycanda sifəti təfərrüatı ilə əks olunmuş paleolit dövrünə aid kiçik
fiqurlara təsadüf olunmur. İkinci
qrup üçün iri, yoğun budlu, əlsiz və ayaqsız,
xüsusi qeyd edilmiş döş və sallanan qarınlı qadın fiqurlarının təsvirləri səciyyəvidir
(ill. 56-58).
Yaşı dəqiq müəyyən edilmiş Qarğalar təpəsi və Şulaverisqora - bişirilmiş
gildən hazırlanmış eneolit dövrü kiçik heykəlləri xüsusi maraq kəsb edir.
Ölçülərinə və formalarına görə onlar Qobustanın Kiçikdaş heykəllərindən birinə
bənzəyir. Onların hamısı başsız və qolsuz, yarı-oturaq vəziyyətdə hazırlanmışdır.
Bəzi arxeoloqlar Şula-verisqoradan tapılmış qadın fiquru obrazını nəsilartırma
ideyası ilə əlaqələndirirlər [104, 163]. Digər tərəfdən güman etmək olar ki,
Qobustanın Böyükdaş dağının yuxarı səkisindəki Yeddi gözəl mağarasında aşkar
olunmuş bədəni naxışlı qadınlar (ill.60) sonralar öz əksini Mollaisaklı,
Mingəçevir,
Şamaxı və Qəbələnin antik dövr yaşayış məskənlərində və nekropollarında tapılmış
çılpaq ilahələr - gildən hazırlanmış heykəllərdə tapmışdır. Onların belləri kəmər,
boyunları isə bir neçə sıra yapma boyunbağı ilə bəzədilmişdir [98, 21].
Paleolit insan təsvirləri yalnız Azərbaycanın cənub-şərq hissəsi -
Qobustanla məhdudlaşır. Azərbaycanın digər zonalarında üst paleolit dövrünə aid
27
olan insan qayaüstü təsvirləri aşkar olunmamışdır. Buraya ilk növbədə üslublu,
yandan həkk olunmuş, adətən başsız, naxışlı, (tatuirovkalı) və irəliyə doğru əyilmiş
fiqurlar aiddir (ill. 57-a). Adətən bu təsvirlərin başı uzadılmış konusvari çıxıntı
formasında olur. Onların Avropanın paleolit dövrü «Venera»ları
ilə qəribə
oxşarlığı vardır (ill. 57). Madlen dövrü üçün səciyyəvi olan daş üzərində digər
oymalar Qobustanın Anazağa mağarasında aşkar olunmuşlar. Burada eyni üsulla
daş üzərində bütöv bir qrup fiqurlar təsvir olunmuşdur (şək. 39). Bu, bərqərar
olunmuş üslubun mövcudluğunu sübut edir. Bütün fiqurlar kəmər-çinli, başlarında
lələk və saçları çıxıntı şəkildə yığılmış formada təsvir olunmuşlar (Böyükdaş
dağının yuxarı səkisində 38 və 34a №-li daşlar), (şək. 40-a,b,c).
Son paleolit dövründə tayfa təsviri
sənəti mağaralarda, necə deyərlər,
«müqəddəs yerlər»də, yəni divarlarda, müxtəlif təsvirləri həkk etmək üçün xüsusi
olaraq nəzərdə tutulmuş dərin yerlərdə yaradılırdı. Bu cür mağaralar Qobustanda
çoxluq təşkil edir. Onlardan birində yalnız naxışlı qadınlar (Böyükdaş, yuxarı səki,
Yeddi gözəl mağarası), digərlərində qadınlar başqa obyektlərlə əlaqəli (Kiçikdaş,
qadınla öküzün əlaqəli təsviri), üçüncüsündə hamilə qadınlar (Böyükdaş, yuxarı
səki, 46 №-li daş; şərq hissəsi, 49 №-li daş) təsvir olunmuşlar.
Bədəni naxışla bəzədilmiş (tatuirovkalı) qadın təsvirləri geniş yayılmış
süjetdir. Yandan çəkilmiş Qobustan naxışlı qadın təsvirləri daha sonrakı tripol
mədəniyyəti heykəlləri ilə, Drutsi I yaşayış məskənlərində aparılmış qazıntılarda
tapılmış antropomorf heykəllə [173, 3861 və cənub-şərqi Qaraqumda tapılmış kiçik
qadın heykəli ilə (e.ə. IV minillik) [176, 34] oxşarlıq təşkil edir.
Konqoda baluba tayfalarında başçıların taxtını saxlayan çoxsaylı kiçik qadın
heykəlləri göbək ətrafında çapıq formalı rombvari naxışla bəzədilmişdir.
Onlara
çox vaxt rəngli çalarlar verilirdi [19,19]. Naxışlı antropomorf fiqurların marallarla
əlaqəli təsvirlərinə Norveçin (Vingen əyaləti) mezolit dövrü petroqlifləri arasında
rast gəlmək olar [292,513]. Müxtəlif məqamları - estetik, dini, ovsun, totemist və
sosial məqamları əks etdirən naxış, tatuirovka, bəzək oşyalarının çəkilməsinin
bütün rəngarəngliyini təsvir etmək çətindir. Buraya ov və hərbi qənimətləri
(öldürülmüş heyvanın dişi) bəzək əşyası kimi taxmaq da aiddir.
Yeddi Gözəl (Qobustan, Böyükdaş dağı) mağarasında oyulmuş ən qadın
təsviri aşkar edilmişdir. Onlar çiyinlərindən, çox güman ki, dini ayin və
mərasimlərdə istifadə olunan mifik silah büt asılmış və barelyefin əksi formada
öndən çəkilmişlər. Qeyd etmək lazımdır ki, Şimali Amerikanın bəzi alqonkin
tayfaları, Fici adalarının yerli əhalisi, Birmada karenlər, ocibve tayfaları silahlara,
məişət
və digər əşyalara ruh verir, yəni «hər hansı bir xeyirxah ruhu cansız əşyaya
yerləşdirib» [183. 290, 330, 352], ona ilahi qüvvə kimi sitayiş edirdilər.
Kiçikdaş dağında qayaların birində qadın təsvirini kəsən öküz rəsmi vardır.
Öküz təbii ölçüdə, qadın isə yandan, başsız təsvir olunmuşdur. Madlen dövrü
oymaları arasında bu cür səhnələrə misal olaraq, Fransadakı Aşağı Lojeri (qadının
maralla həkk olunması) və Mas d'Azil (heyvanın arxasında insan silueti)