22
Qədim Şumer dövlətinin qüdrətli şəhərlərinin (Ur) birində e.ə. IV minilliyə
aid edilən lazuritlə bəzədilmiş qızıl öküz başı tapılmışdır [6,55]. Şumerlərdə Ur
şəhərinin hi-mayəçisi və baş Allahı öküz obrazı ilə ilahiləşdirilən Nanna-Sina ay
Allahı idi [182,189]. E.ə. III minilliyin sonu - II minilliyin əvvəlinə aid edilən,
alnında firuzə qaşlı aypara olan öküzün qızıl maskası Altun təpədə (Cənubi
Türkmənistan) aşkar edilmiş və güman ki, eyni rəmzi məna daşıyırdı [6,127].
Həqiqətən də, öz bədii ifa tərzinə görə insanı heyran edən bir çox məşhur Qobustan
öküz təsvirlərinin paleolit incəsənətinə yaxınlığını inkar etmək olmaz (ill. 31; 32;
33; 34; 35; 36; şək. 15). Lakin Şonqardağ dağında həmin növ heyvanların kobud
təsvirləri də (şək. 8; 9: 10) paleolit dövrünün realistik təsvirləri ilə əlaqəli olduğunu
göstərir. Avropa qayaüstü təsviri incəsənətində kifayət qədər tədqiq edilmiş
paleolit ənənələri yuxarıda adı çəkilən heyvan təsvirlərinin paleolit dövrünə aid
olmasını ehtimal etməyə imkan verir. Bütün bu nadir nümunələr kişik formalı
incəsənət üçün səciyyəvidir. Adətən təsvirlər mədəni təbəqələrdə olan kiçik daş
qırıqları və sümük üzərində həkk olunurdu.
Ovçular mağarasında 45 №-li daş üzərində (Böyükdaş dağının yuxarı
səkisi) çəkilmiş öküzün boynunda kəndirin olması onun əhliləşdirilməsini sübut
edir (ill. 21). Öküzün nə vaxt və harada əhliləşdirilməsi haqqında vahid bir fikir
yoxdur. Tədqiqatçılar müxtəlif bölgələrin adlarını çəkirlər: Cənubi Asiya, Aralıq
dənizinin cənub-şərq hissəsi, İspaniya və s. Bu proses e.ə. təxminən VIII -V
minilliyə aid edilir [8.403]. Şimali Yunanıstanda Bos Primigenius boj öküzə e.ə.
VI minillikdə əhliləşdirilmişdir [36,126]. Vəhşi öküzün əhliləşmiş əcdadları
haqqında müxtəlif əsərlərdə, çar Urikaqinin (e.ə. III minillik) qanunvericilik
sənədlərində, sonralar isə Argiştanın oğlu Sərdurun (Zaqafqaziya) daş
plitələrindəki yazılarda xatırlanır [181, 38-42, 74-75; 207, 140].
Naxçıvan ərazisində aşkar olunmuş eneolit və erkən tunc dövrünün zoomorf
heykəltəraşlıq təsvirləri Azərbaycanın qədim tayfalarının mənəvi mədəniyyəti
haqqında müəyyən təsəvvür yaradır. Qeyd etmək lazımdır ki, kiçik heykəllərin
hazırlanmasında üstünlük öküz heykəllərinə verilirdi. Eneolit və tunc dövründə
Azərbaycan ərazisində öküzlər təsərrüfatda böyük əhəmiyyət kəsb edirdilər. Bəzi
tədqiqatçıların fikrincə, bu sitayiş maldarlığın himayədar kişi ilahiliyi ilə əlaqədar
idi [2, 250]. Eyni zamanda, bu, Şortəpə və Kültəpə tapıntıları ilə - tunc və dəmir
dövrü abidələri olan öküz başı formasında hazırlanmış ocaq altlıqları [2, 142] ilə,
ayrıca öküz başı [241, 86, tablo XVI] ilə təsdiqlənir. Həmin dövrün kiçik öküz
fiqurları Qazax rayonu Baba Dərviş yaşayış məskənindən [2, 141] və Çeçenistanın
Sərgənyurd düşərgəsindən [2, 142] əldə olunmuş tapıntılardan məlumdur.
Öküzə sitayiş etmək bir çox dinlərdə xüsusi yer tuturdu. Zərdüştlər öküzü
müqəddəs varlıq hesab edirdilər. Assuriya və İranda müqəddəs məbədləri qanadlı
öküzlər bəzəyirdi. Xerublara - ikisifətli, qanadlı öküzlərə sitayiş qədim yəhudi
dininin əsasını təşkil etmişdir. Qədim Yunanıstanda isə öküz Zevsə ithaf
23
olunmuşdur. Asiya, Afrika və Avropanın bir çox xalqlarında öküzə sitayiş
predmeti olaraq zaman keçdikcə ilahi qüvvəyə çevrilir.
Öküzə pərəstişin ən yüksək inkişafı Qədim Misirdə olmuşdur. Misir
müqəddəs öküzü Nil vadisi allahları siyahısına daxil edilmişdir. Onun şərəfinə
çoxsaylı nökəri və qulu olan məbədlər və saraylar inşa edilirdi. Ona ehtiram
göstərilərək, ölümündən sonra mumiyalayır və sərdabələrdə dəfn edirdilər.
Müqəddəs öküzlərin, hətta qəbiristanlığı saxlanılmışdır [71,29]. Öküzlərə dini
bayramlar həsr olunurdu. Öküzə pərəstişin kökləri paleolit incəsənətində öz dini
dünyagörüşünün parlaq əksini tapmış erkən ovçular dövrünə qədər gedib çıxır.
Kültəpənin aşağı qatında [2,142], Qızılburunun daş qutularında,
Əliköməktəpə torpaq qəbirlərində, Qobustan qəbir və kurqanlarında [15,169] aşkar
olunmuş öküz sümükləri və skeletləri Azərbaycanda eneolit və tunc dövründə
öküzə sitayişin mövcudluğunu sübut edir (şək. 16 a, b).
Qobustanın Böyükdaş, Kiçikdaş və Cingirdağ dağlarında maral
təsvirlərinin təbiiliyi böyük maraq doğurur. Bu təsvirlərin realizmi öz dəqiqliyi ilə
insanı heyran edir. Cervus elaphus maral Ogilby nəcib maral təsvirlərinə son
pleystosen dövrünün qayaüstü incəsənətində kifayət qədər rast gəlinir. Bu qəbildən
qayaüstü rəsmlərə Azərbaycanın bütün rayonlarında təsadüf etmək olar (ill. 37; 38;
şək.17). Maralların bədii-ifadəli obrazlarını Yazılıtəpədə görmək olar: 24 №-li (1)
daşda sifətini yuxarı qaldırmış maral, (şək. 18a), 66 №-li daşda məlahətlə arxaya
baxan maral, (şək. 18b); Böyükdaş dağının yuxarı səkisində 22 və 59 №-li daşlarda
qaçan vəziyyətdə maral təsviri (şək. 19; 20) vardır.
Azərbaycanın digər üç rayonunda qayaüstü maral rəsmləri sxematik
işlənmişdir. (şək. 21-a;b; 22-a;b; 23; ill. 39). Onların bəzilərinin 2 №-li Böyük
Xanlar kurqanından tapılmış tunc və erkən dəmir dövrü saxsı qablarındakı təsvir-
lərə oxşarlığı vardır. [52,55,118,tablo XIV, XVI, XXIX].
Berlin muzeyində və Ermitajda Koban və Maykop mədəniyyətinə aid olan,
həmçinin skif kurqanlarından tapılmış tunc, gümüş və qızıl üzərində maral
təsvirləri saxlanılır [189,1-381].
Üst paleolit dövründə çoxlu sayda dağ keçisinə (Çapra ibex) rast gəlinirdi.
Çox güman ki, onlara tədqiqatçıların hesab etdiyindən də erkən mənşəli olan və
təsvirləri realistik tərzdə işlənmiş Qobustan keçiləri aiddir (şək. 14-a; b).
Qobustan, Abşeron yarımadası, Kəlbəcər rayonu və Naxçıvan qayalarında
sxematik təsvir olunmuş dağ keçiləri, ehtimala görə, sonrakı dövrlərə aiddir (şək.
24-a;b; 25; ill. 40; 41; 42; 43; 44). Dağ keçilərinin analoji təsvirləri Qazaxıstan,
Qırğızıstan, Özbəkistan və Monqolustanda aşkar olunmuşdur. Onların təsvirlərinə,
həmçinin Şahtaxtı rəngli saxsı qablarındakı süjetlərdə [15.240] rast gəlmək olar.
Böyükdaş dağının yuxarı səkisində 42 №-li daş üzərindəki bədəni xətlə
kəsilən heyvan təsvirləri onların kannalara çox oxşarlığı haqqında fikirlərə sövq
edir (şək. 26-a,b,c; ill. 45). Azərbaycan ərazisində bu növ heyvanların nəsli
kəsilmişdir. Ola bilər ki, qədim rəssam kannanı təsvir edib. Bu heyvanın növünü və
Dostları ilə paylaş: |