13
2. Abşeron yarımadası zonası. Bura Bendustu düzənliyi
və Ağdaş düzü,
həmçinin Dübəndi, Türkan, Zirə, Bilgəh, Mərdəkan, Şüvəlan, Ramana qəsəbələri
daxildir;
3. Gəmiqaya dağı zonası. (Kiçik Qafqazın ən hündür nöqtəsi - Qapıcıq)
Ordubad rayonunun Tivi və Nəsirvaz kəndlərindən şimalda yerləşir (əsas yayılma
məntəqələri - Qaranquş, Nəbiyurdu, Camışölən (Naxçıvan) dağlıq otlaq
yaylaqları);
4. Kəlbəcər rayonunda Dəlidağın ətəkləri. Kiçik Qafqazın cənub-şərq
yamacları (dəniz səviyyəsindən 3000 m-ə qədər hündürlükdə yerləşən Alagöl,
Zalxagöl, Qaragölün sahilləri və Pəriçınqıl, Ayıçınqıl, Lülpər, Gəlinqaya,
Yazyurdu, Taxta. Sarımsaqdağ sahələri) (ill. 1).
Qobustan kolleksiyası aşağıdakı dağ zonalarını əhatə edir:
I. Böyükdaş
-
şərq uzunluq dairəsi
- şimal en dairəsi
49*22'30";
40*7'30".
II. Kiçikdaş
- şərq uzunluq
dairəsi
- şimal en dairəsi
49*23'00";
40*3'45".
III. Cingirdağ və Yazılıtəpə
- şərq uzunluq dairəsi
- şimal en dairəsi
49*22'15";
40*12'00".
IV. Şonqardağ
- şərq uzunluq dairəsi
- şimal en dairəsi
49*34'30,9";
40*1725,7".
V. Şıxqaya (kolleksiyal 1.2)
- şərq uzunluq dairəsi
- şimal en dairəsi
49*28';
40*22".
Abşeron yarımadası son tunc və mis dövründə müasir landşafta nadir
hallarda 300-400 metrədək təpəcikləri olan yarımsəhra landşafta malik idi. Cənub-
qərb hissəsi hazırda daha çox parçalanmış relyefə malikdir.
Bu isə öz növbəsində
süxurların gil, qum, qumdaşı və üçüncü dövr əhəngdaşının müxtəlif litoloji tərkibi
ilə əlaqədardır. Abşeron yarımadası üç tərəfdən Xəzər dənizi, qərbdən Qafqaz dağ
silsiləsi ilə əhatə olunur. Abşeronun özünəməxsus subtropik iqlimi bir sıra
amillərin təsiri altında təşəkkül tapmışdır. Xəzəryanı və Kürətrafı çöllərin qızmar
havası, şimal-qərb və şimal-şərqdən gələn soyuq hava kütləsi
Abşeronu dəyişkən
hava axını meydançası edir.
Abşeron dağlıq ərazidir, səthin qırış-qırış dağ quruluşu yarımadanın qərb
hissəsindən aydın görünür, şərq hissəsində dağlar dəniz dalğalarının təsiri ilə
yuyulub və onun çöküntüləri ilə əhatə olunmuşdur. Burada düzənlik relyefi
yaranmışdır. Bütün bu sahə qədim Xəzər və müasir çöküntülərlə örtülmüşdür.
Xəzər dənizinin sahilinə bilavasitə birləşən bu ovalığın uzaq şərq sahəsi üçün dəniz
sahili boyunca Abşeron yarımadasına fasiləsiz uzanan qum təpələrinin mövcudluğu
səciyyəvidir. Yarımadanın mərkəzi
hissəsində Böyükşor, Masazır və Mirdələbi
gölləri ilə əhatə olunan Binəqədi yüksəkliyi uzanır [218, 33 -34; 46 48,58].
14
Gəmiqayada Kiçik Qafqazın Azərbaycan ərazisindəki ən hündür nöqtəsi
yerləşir (Qapıcıq, dəniz səviyyəsindən 3906 metr hündür). Metamorflaşmış tuf
daşından ibarətdir. Dağın zirvəsi hələ üçüncü dövrdə dağılmış, iri daş parçaları
cənub və cənub-qərb yamacları boyu səpələnmiş, minilliklər ərzində uçurumlar və
buzlaqların təsiri nəticəsində onların səthi cilalanmışdır.
Bu qayalar üzərində
neolit, eneolit, tunc və erkən mis dövrlərinə aid minlərlə petroqliflər aşkar
olunmuşdur [236.33; 237,70].
Kəlbəcərin əsas hissəsi vulkanik dağlıqlardan ibarətdir. Bu rayon dördüncü
dövr lavaları ilə qalalanmışdır. Qayaüstü təsvirlər əsasən bir hissəsini sönmüş
vulkanların kraterləri təşkil edən dağ gölləri sahillərində qeydə alınmışdır. Bu
göllərin sahilyanı rayonları abidian, çaxmaqdaşı, şist (lay-lay quruluşlu süxur),
dəlikli yumşaq tuf daşı, mərmər yataqları ilə zəngindir. Arxeoloqlar bu süxurların
mövcudluğunu burada qədim zamanlardan insanların məskunlaşmasının əsas
səbəbi hesab edirlər [88, 550-551]. Bu ərazidə tunc dövrünə aid 4000-dən artıq
rəsm vardır. Qayaüstü təsvirlərin tarixinin müəyyən edilməsi ilə əlaqədar onların
olduğu zonalarda aşkar edilmiş erkən tunc dövrünə aid olan qədim yaşayış
məskənləri və iriplanlı daş hörgü qalıqları böyük əhəmiyyət kəsb edir.
Azərbaycanda petroqliflərin tədqiqi uzun illər aparılsa da, indiyədək onları
əhatə edən məskənlər fonunda bütün qayaüstü incəsənət ansambllarının yerləşməsi
xəritə-sxemi tərtib olunmamışdır. Belə xəritə son paleolit, mezolit, neolit yaşayış
məskənlərinin, tunc dövrü düşərgələrinin mövcudluğunun təbii, landşaft, iqlim
şərtlərini aydınlaşdırmaq üçün vacibdir. Bu xəritə, xüsusilə bitki örtüyünün
bərpası, relyef yaradan layihələrin xarakter və səmərəliliyini aydınlaşdırmaq,
habelə bu yerlərin sakinlərinin ovçuluq, balıqçılıq və təsərrüfat fəaliyyəti haqqında
təsəvvür yaratmaq üçün lazımdır.
Qobustanın nümunəsində icmal xəritə - sxemi təqdim edirik (ill. 9).
Xəritədən
görünür ki, qayaüstü təsvirlərin əsas yayılma yeri dəniz tərəfdə
cəmləşmişdir. İlkin məlumatlara görə, ən qədim təsvirlər Böyükdaş dağının yuxarı
səkisində və Kiçikdaşda yerləşir.
Dördüncü dövrdə Azərbaycan ərazisində tektonik [233.45] və vulkanik
[81,150-152; 56,28] fəaliyyət nəticəsində yerin relyefində radikal dəyişikliklər baş
verirdi. Üst pleystosen dövründə Qobustanda dağəmələgəlmə prosesi gedirdi.
Müxtəlif geoloji təzahürlərlə əlaqədar dünya okeanının səviyyəsi dəyişmələrə
məruz qalırdı.
Bu da öz növbəsində, qurunun və dənizin ümumi şəklini dəyişirdi.
Həmin dövrdə indiki Böyükdaş, Kiçikdaş, Cingirdağ və Şonqardağ dağları Xvalın
dənizinin şirin suları ilə əhatə olunurdu [233, 32-37] (şək. 1). Üst pleystosen
dövründə Xəzər hövzəsi nahiyəsində son iri transqressiya baş vermiş və uzaq
şimala Uralsk və Kazanadək çatmış Xvalın dənizi yaranmışdır. Maraqlıdır ki, Qara
dəniz sahəsində onun çöküntüləri qədim Qara dəniz
təbəqələrinə uyğun gəlir
(40,80,81). Buradan belə bir nəticəyə gəlmək olar ki, Aralıq dənizinin suları Qara
dənizdən, yəni Manıç boğazından keçərək Xəzərə tökülürdü.