Biologiya aze metodik



Yüklə 16,56 Mb.
Pdf görüntüsü
səhifə22/161
tarix11.04.2022
ölçüsü16,56 Mb.
#85312
növüDərslik
1   ...   18   19   20   21   22   23   24   25   ...   161
bio-8-ci-sinif-ucun-metodik-vasait

Layihələrin hazırlanması


18
Layihənin hazırlanması zamanı şagirdlər aşağıdakı alqoritm üzrə işlərini plan laş­
dırmalıdırlar:
 
Layihənin icrasına ayrılan vaxt müddətinin müəyyənləşdirilməsi;
 
İş formasının müəyyənləşdirilməsi;
 
İstifadə olunacaq resursların müəyyənləşdirilməsi;
 
Tədqiqatın nəticəsinin təqdim olunma formasının müəyyənləşdirilməsi.
Layihənin hazırlanması zamanı şagirdlərə tövsiyələr, məsləhətlər verilə bilər.
Biologiya fənninin tədrisində istifadə edilən praktik metodlar aşağıdakılardır:
 
Praktik işlər;
 
Laboratoriya işləri;
 
Ekskursiyalar.
Şagirdlərin bilik, bacarıq və vərdişlərinin inkişaf etdirilməsində yalnız fəal tə lim 
üsullarından  deyil,  eyni  zamanda  praktik  metodlardan  da  istifadə  edilməlidir. 
Prak tik  metodlardan  istifadə  nəticəsində  şagirdlərin  əldə  etdiyi  bilik  və 
bacarıqlar  uzun  müddət  unudulmur,  şagirdləri  öyrəndiklərini  həyatda  tətbiq 
etməyə, təd qi qat çılığa yönəldir. 
Biologiya  dərslərində  müşahidələr  canlı  guşədə,  həyətyanı  sahədə,  hey van­
xanada,  tədris­təcrübə  sahəsində,  ekskursiyada,  çöl  təcrübəsi  zamanı  aparıla 
bilər. 
6 və 7­ci siniflərdən şagirdlər bir sıra praktik işlərin aparılmasına baş la mışlar. 8­ci 
sinifdə artıq bu bacarıqlar daha da təkmilləşdirilir, şagirdlər labo ratoriya işlə rini 
sərbəst icra etməyə yönəlirlər. 
Şagirdlərin  yaş  xüsusiyyətlərini  nəzərə  alaraq  ekskursiyalar  müxtəlif  formada 
təşkil  oluna  bilər.  Bunun  üçün  yaxşı  olar  ki,  ekskursiyanın  məqsədi  şagirdlərə 
elan olunsun və problemin öyrənilməsi üçün 3 mərhələ nəzərdə tutulsun:
 
Məlumatın toplanması;
 
Məlumatın təhlil edilməsi;
 
Müşahidələr və görülən işlərlə bağlı nəticələrin və təkliflərin hazırlanması.
Ekskursiya  zamanı  toplanmış  kolleksiyanın  hazırlanması  barədə  şagirdlərə  kö­
mək lik edilməli, istiqamət verilməlidir.
Fəal  təlimin  tətbiqi  zamanı  ən  çox  istifadə  olunan  forma  qruplarla  işdir.  Şa­
girdləri qruplara bölərkən bunu onların öz ixtiyarına buraxmaq düzgün deyildir. 
Çünki  bu  çox  vaxt  müəllimin  istədiyi  nəticəni  əldə  etməsinə  mane  olur.  Belə 

Yüklə 16,56 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə