Biosfer və onun quruluşu biosfer haqqında anlayışın mahiyyəti


Atmosfer havasının çirklənməsi



Yüklə 129,31 Kb.
səhifə17/44
tarix05.05.2023
ölçüsü129,31 Kb.
#108581
1   ...   13   14   15   16   17   18   19   20   ...   44
BİOSFER muhazirə

Atmosfer havasının çirklənməsi
Atmosferə RM (radioaktiv maddələr) təbii radioaktiv proseslər vasitəsilə, uran filizləri çıxardıqda, reaktorların istismarı zamanı və atom partlayışı nəticəsində daxil olur. 118 Təbii radioaktivlik atmosferə xasdır o, təbiətdə həmişə mövcuddur və insan fəaliyyətindən asılı deyil. Canlı orqanizmlər belə radioaktivliyə uyğunlaşıb və heç bir zərərli nəticəyə səbəb olmur. RM - lə atmosferin çirklənməsi atom və hidrogen bombalarının partladılması nəticəsində baş verir. Hər bir belə partlayış zamanı radioaktiv tozlardan dəhşətli böyük buludların yaranması müşahidə olunur. Çox güclü partlayış dalğası zamanı bu tozların hissəcikləri bütün istiqamətlərə yayılaraq 30 km yüksəkliyə qədər qalxır. Partlayışın ilk saatları ən iri hissəciklər, bir qədər kiçik hissəciklər isə 5 sutka ərzində yerə düşür, nəhayət daha xırda dispers tozlar hava axınları vasitəsilə min km məsafələrə yayılaraq bir çox illər ərzində yer kürəsinin səthinə düşür.
Ətraf mühitin radioaktiv çirklənməsi baxımından nüvə müharibəsi ən dəhşətli, ən qorxulu ola bilər, tədqiqatlar göstərir ki, əgər nüvə müharibəsi başlayarsa, iri şəhərlərə atom bombası atılacaq. Bu zaman Yerin geniş ərazisini aylarla qaranlıq bürüyəcək, Günəş şüası yanğınlar nəticəsində əmələ gələn hissəciklərindən ibarət böyük buludlardan keçə bilməyəcək. Bir sıra regionlarda orta temperatur bir neçə 10 dərəcə aşağı düşəcəkdir. ( hətta suyun donma dərəcəsindən də aşağı) Strotosferin ozon təbəqəsi naziləcək, atmosfer havası zəhərlənəcəkdir. AES- də baş verən qəzalar nəticəsində də atmosfer havasının radioaktiv çirklənməsi baş verir. 1986-cı ildə Çernobıl AES-də baş verən qəza nəticəsində Belorusya respublikasının 5 4 hissəsi radioaktiv çirklənməyə (xüsusən sezium – 137 və stronsium - 90). məruz qalmışdır. Çernobıl qəzası nəticəsində Belorusiya respublikasına 10 milyon dollarlarla ziyan dəymişdir. Burada 16,4 min km2 ərazi çirklənməyə məruz qalmışdır. Bundan başqa qonşu Ukrayna respublikasının geniş ərazisi də radioaktiv çirklənməyə məruz qalmışdır. Çirklənməyə məruz qalan rayonlarda bitki və heyvanlarda anomal mutasiya müşahidə olunmuş, bəzi sahələrdə meşələr qurumuşdur.

Yüklə 129,31 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə