Biosfer və onun quruluşu biosfer haqqında anlayışın mahiyyəti



Yüklə 129,31 Kb.
səhifə15/44
tarix05.05.2023
ölçüsü129,31 Kb.
#108581
1   ...   11   12   13   14   15   16   17   18   ...   44
BİOSFER muhazirə

Qara metallurgiya. çuqunun əridilməsi və ondan polad istehsalı zamanı atmosferə müxtəlif qazlar atılır. 1 ton polad istehsalı zamanı havaya 4,5 kq toz, 2,7 kq kükürd qazı, 0,1-0,6 kq marqans atılır. Domna qazlarından başqa atmosferə həm də az miqdarda arsen, fosfor, qurğuşun, civə və nadir metalların buxarları, antimon ( sürmə ) və qətranlı maddələr atılır. Marten və poladəridən sexlərin tullantıları da atmosferi xeyli çirkləndirir. Polad əriyən zaman həm də metalın buxarı, şlak və metal oksidləri və qazları ayrılır. Marten peçlərinin tozunun əsas hissəsi dəmir – 3 oksid (67 % ), alüminium – 3 oksid ( 6,7 % ) – dən ibarət olur.
Əlvan metallurgiya - Gil – torpaq alüminium – oksid , alyuminium, mis, qurğuşun, qalay, sink, nikel və digər metalların peçdə istehsalı zamanı, materialların yüklənməsi, boşaldılması zamanı quruducu aqreqatlarda , açıq anbarlarda zərərli maddələr əmələ gəlir . Əlvan metallurgiya atmosfer havasını əsasən kükürd anhidridi (75 % ), karbon qazı, ( 10,5% ) və tozla çirkləndirir.
Kimya və neft - kimya sənayesi
Kimya sənayesində turşuların ( sulfat turşusu, xlorid turşusu, fosforit turşusu, nitrat turşusu və s .) istehsalı zamanı, rezin – texniki işlərində, fosforit, plastik kütlələr, rənglər və yuyucu vasitələr, süni kauçuk, mineral gübrələr, həlledicilərin (toluol, aseton, fenol, benzol ) istehsalı zamanı atmosferə tullantılar atılır. Çirkləndirici maddələrin tərkibində əsasən karbon qazı (28 %), kükürd anhidridi (16,3 % ), azot oksidi (6,8 % ) olur. Tullantıların tərkibində amonyak (3,7 %), benzin ( 3,3 % ), hidrogen - sulfid, karbon - sulfid, toluol ( 1,2 % ) aseton (0,95 %), benzol (0,7 %) , ksilol ( 0,3 % ) , dixloretan (0,6 % ) , sulfat turşusu (0,3 % ) da olur .Neft - ayırma sənaye müəsissələri atmosferi karbohidrogen ( 23 %) , kükürd qazı ( 16,6 % ) , karbon qazı (7,3 %) , azot oksidi ( 2 % ) birləşmələrilə çirkləndirir.
Respublikamızda kimya və neft – kimya müəssisələrinin çoxu Bakı və Sumqayıt şəhərlərində cəmləşmişdir. Mövcud müəssisələrin texniki təchizatı, təmizləyici qurğularının çoxunun yararsız vəziyyətdə olması, qaz-toz tutucu avadanlıqların sıradan çıxması ətraf mühitə normadan artıq tullantıların atılmasına səbəb olur.

Yüklə 129,31 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə