Biosfer və onun quruluşu biosfer haqqında anlayışın mahiyyəti


Tikinti materialları sənayesi



Yüklə 129,31 Kb.
səhifə16/44
tarix05.05.2023
ölçüsü129,31 Kb.
#108581
1   ...   12   13   14   15   16   17   18   19   ...   44
BİOSFER muhazirə

9.Tikinti materialları sənayesi
Sement və digər bərkidici materiallar, azbest, sement, tikinti keramika və saxsı materialları, istilik və səs izoləedici materialları, tikinti və texniki şüşələr istehsalında atmosferə toz və asılı maddələr 57,1%, karbon qazı 21,4% , kükürd anhidridi 10,8% və azot oksidi 9% təşkil edir. Bundan başqa tullantılarda hidrogen - sulfid (0,03%), formaldehid (0,02 %), toluol (0,02 %), benzol (0,01 %), vanadium – 5-oksid (0,01 %), ksilol (0,01 %) da olur. Sement, azbest və digər tikinti materialları istehsal edən zavodların ətrafında havada benzopirin, toz və digər zərərli maddələrin yüksək tərkibi müşahidə olunur. Ağac emalı və sellüloz - kağız sənayesi müəssisələri tərəfindən atmosferə buraxılan xarakterik çirkləndirici maddələr bunlardır: bərk (sulb) maddələr (29,8 %), karbon qazı (28,2 %), kükürd anhidridi (26,7 %), azot oksidləri (7,9 %), toluol (1 %), hidrogen sulfid (0,9 %), aseton (0,5 %), ksilol (0,45 %), butilasetat (0,4 %), etilasetat (0,4 %), formaldehid (0,1 %), metilmerkaptan (0,2 %).
İstilik elektrik stansiyaları ( İES ) İES –lərin ətrafı həmişə ziyanlı aerozolla daha zəngin olur. Pirogen mənşəli aerozolların miqdarı sərf olunan yanacaq növündən asılı olaraq həm kəmiyyət, həm də keyfiyyətcə dəyişir. Azərbaycanın böyük (iri) İES-ləri (1 mln.MVt) Abşeron rayonunda, Mingəçevir şəhəri yaxınlığında (Azərbaycan İES) və Əli – Bayramlı şəhərinin 10 – 15 km – yində (Əlibayramlı İES) yerləşir.Azərbaycanın bütün İES – ri yanacaqla (mazut) və qazla işləyir.Mazutun kükürdlülük dərəcəsi 2% təşkil edir.Tüstü borularından atmosferə sutkada 700-1000 ton kükürd və azot oksidləri atılır
Dağ – mədən işləri zamanı süxurların toplandığı ərazilər, xüsusilə plansız, pərakəndə istismar edilən daş, qum, çınqıl karxanaları atmosferi daim çirkləndirən mənbələrdir. Avropa ərazisinin 7 %-i lazımsız dağ – mədən tullantıları ilə zəbt edilib.
Dağ - mədən sənayesinin ətraf mühitdə yaratdığı problemləri aşağıdakı kimi qruplaşdırmaq olar: a) Ətraf mühitdə baş verən dəyişmələr: torpaq və bitki deqradasiyası və çirklənməsi, atmosfer havasının, səth sularının, yeraltı suların çirklənməsi, əsaslı landşaft dəyişmələri. b) Geoloji mühitdə baş verən dəyişmələr: təbii - texniki şəraitin, hidroloji rejimin və tektonik rejimin pozulması, geokimyəvi dəyişmələr. c) Törəmə problmlər:tədrici landşaft dəyişiklikləri, ekzogen geoloji proseslərin aktivləşməsi, seysmik aktivləşmə və s.

Yüklə 129,31 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə