Biosfer və onun quruluşu biosfer haqqında anlayışın mahiyyəti



Yüklə 129,31 Kb.
səhifə12/44
tarix05.05.2023
ölçüsü129,31 Kb.
#108581
1   ...   8   9   10   11   12   13   14   15   ...   44
BİOSFER muhazirə

8-Atmosferin quruluşu
Dəniz səviyyəsindən yüksəkliyə qalxdıqca temperaturun dəyişmə xarakterinə görə atmosfer 5 əsas təbəqəyə bölünür : troposfer, strotosfer, mezosfer, termosfer və ekzosfer .
Troposfer atmosferin ən aşağı hissəsi olub qütblərdə qalınlığı 8-10 km, ekvator zonasında isə 15-18 km – ə çatır. Troposferdə havanın t0 – ru (temperaturu) yüksəklikliyə qalxdıqca hər 100 m – də orta hesabla 0,5-0,6 0 aşağı düşür. Odur ki, hətta ekvatorda troposferin üst sərhədində temperatur ( - 700 ) təşkil edir. Troposferdə havanın 80 % - ə qədəri, yəni 8/10 hissəsi cəmləşir. Burada mühüm atmosfer prosesləri gedir ki, o da insanın həyat və fəalliyətinə təsir göstərir: Bu proseslər istilik və rütubətlik mübadiləsi, buludların əmələ gəlməsi, yağıntılar, şimşək, tozlu tufanlar, quru küləklər və s. məhz troposferdə baş verir.
Strotosfer - troposferdən üstdə yerləşərək 50-55 km-ə qədər çatır. Bu qatın aşağı hissəsində temperatur yüksəkliyə görə dəyişmir. Yuxarı hissəsində 35 km – dən sonra yüksəklik artdıqca temperatur çoxalır. Buna səbəb strotosferin yuxarı hissəsində günəş radiyasiyasının ozon qatı tərəfindən intensiv udulmasıdır. Belə ki, bu qatda ozon ekranı yaranır. Hündürlükdən asılı olaraq en dairəsi ilə əlaqədar ozonun miqdarı dəyişir. Ən sıx ozon təbəqəsi 30 km hündürlükdə qeyd olunur. Qütblərdə isə ozon təbəqəsi 18-20 km – də yerləşir. Strotosferdə troposferdəki kimi havanın hərəkəti müşahidə olunmur. Odur ki, bir qayda olaraq strotosferdə bulud yaranmır.
Mezosfer - strotosferdən yuxarıda yerləşir. Onun yuxarı sərhədi 80-90 km hündürlükdən keçir.Mezosferdə t 0 - r –70, -800 -yə qədər enir.
Termosfer - mezosferdən üstdə yerləşərək 800 km – ə qədər çatır. Termosferdə hava güclü ionlaşmışdır, ona görə burada elektrik keçirmə troposferə nisbətən milyardlarla yüksəkdir. Termosferdə yüksəkliyə doğru t0 -r qalxaraq onun yuxarı sərhədində təxminən 2000 0 - yə qədər çatır. Qeyd etmək lazımdır ki, belə yüksək t0 – r qaz malekullarının hərəkətinin kinetik enerjisini səciyyələndirir . Kosmik gəmilər termosferdə olduqda , burada havanın olduqca seyrək olması ilə əlaqədar belə yüksək t 0 - run mənfi təsirinə məruz qalmır. Termosferdə qütb şəfəqlənməsi baş verir , meteoritlər yanır.
Ekzosfer və ya səpələnmə sferi – atmosferin xarici qatı. Buradan yüngül atmosfer qazları sayılan hidrogen və helium planetlərarası fəzaya keçə bilər. Bu qat 2000-3000 km – ə qədər yayılır və tədricən kosmosa keçir.

Yüklə 129,31 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə