Biosfer və onun quruluşu biosfer haqqında anlayışın mahiyyəti


/Biosferde maddelerin böyük ve kiçik dövranı



Yüklə 129,31 Kb.
səhifə8/44
tarix05.05.2023
ölçüsü129,31 Kb.
#108581
1   ...   4   5   6   7   8   9   10   11   ...   44
BİOSFER muhazirə

5/Biosferde maddelerin böyük ve kiçik dövranı.

Biosfer planetin möhtəşəm ekosistemi olub, maddələrin dövranını saxlayır. Təbiətdə əsas 2 maddələr dövranı mövcuddur:


1.Böyük(geoloji)
2.kiçik (biogeokimyəvi)
maddələrin böyük dövranı


günəş enerjisi Maqmatik süxürlar
aşınma,yerdəyişmə,daşlaşma kristallaşma
Çökmə süxurlar maqma
ərimə
metamorfizm Metomorfik suxurlar radioaktiv parçalanma enerji

Geoloji dövran- maddələrin Yerdəki dövranı maddə, enerji və informasiyanın çevrilməsi, yenidən paylanması və yerdəyişməsinin təkrarlanan prosesləridir. Təbiətdə maddələrin böyük dövranı (geoloji) yerin dərin enerjisini günəş enerjisinin qarşılıqlı təsiri ilə şərtləşdirib, biosfer və yerin daha dərin horizontları arasında maddələrin bölünməsini yerinə yetirir.

Bu dövran günəş enerjisi ilə yerin dərinlik enerjisinin qarşılıqlı təsiri ilə baş verir. Rütubətli dağ süxurları maqmatik süxurların hesabına əmələ gələn, yer qabığının hərəkət edən zonalarında yüksək temperatur və təzyiq altında yenidən yüklənir. Onlar əriyərək maqmatik süxurların mənbəyi maqmanı əmələ gətirir. Bu süxurlar külək zamanı havaya qalxaraq çökmə süxurları ilə transformasiya edilir. Maqmatik suxurların aşınması,çökməsi hesabına əmələ gələn çökmə suxurlar metomorfizm suxurlara çevrilir. Və yüksək temperatur nəticəsində əriyərək maqmatik suxurların yeni mənbəyini əmələ gətirir. Bunlar yerin səthinə çıxdıqda yenidən aşınma proseslərinin təsiri ilə təzədən çöküntü suxurlara transformasiya olunur.

Quru ilə okean arsında atmosfer vasitəsilə suyun dövranı da böyük dövran adlanır. Dünya okeanı səthindən buxarlanan su quruya aparılır, ora yağıntı şəklində düşür və səth, yer altı axınlar şəklində yenidən okeana qayıdır. Il ərzində yerdə suyun dövranında 500.000 km3 –dən artıq su iştirak edir.


Suyun dövr etməsi.
Su biosferin əsas hissəsini təşkil edir. Bütün canlı orqanizmlərin tərkibinin 90% -i sudan ibarətdir. Yer üzərində su okeanlarda, buzlaqlarda, çaylarda, göllərdə, digər su hövzələrində, litosferin yuxarı hissəsində məsamələrdə və s. yerləşir. 42 Su bütün mənbələrdən buxarlanaraq atmosferə qalxır, orada kondensasiya olaraq son nəticədə çöküntü formasında su obyektlərinə qayıdır. Bu proses “Suyun böyük dövretməsi” adlanır
Buxarlanaraq öz mənbəyinə qayıtmayan, lakin digər sahəyə çökən suyun dövrü “Kiçik dövretmə” adlanır. Biosenoz həddində suyun dövretməsində “Tutma”, “transpirasiya”, “infiltrasiya” və “yığılma” proseslərinin böyük əhəmiyyəti vardır. “Transpirasiya” qrunt sularının bir hissəsinin buxarlanaraq atmosferə qayıtma prosesidir. “Tutma” düşən çöküntünün yer üzərinə çatmamış bitkilər tərəfindən tutulmasıdır. «İnfiltrasiya» torpaq üzərində olan suyun torpağa hopmasıdır. “Yığılma” dedikdə torpağın səthində toplanan su başa düşülür.
Suyun dövranı planetimizdə təbii şəraitin formalaşmasında əsas rol oynayır.
Biosferdə maddələrin kiçik dövranı
Kiçik dövran böyük dövrandan fərqli olaraq yalnız biosfer daxilində tamamlanır. Bu dövranın mahiyyəti fotosintez prosesində q/üzvi maddədən üzvi maddələrin yaranması və parçalanma zamanı üzvi maddələrin yenidən q/üzvi birləşmələrə çevrilməsindən ibarətdir. Kiçik dövran biosferin həyatı üçün əsas sayılır ,o həyatın yaradıcısıdır.


biogeokimyəvi dövran - kimyəvi elementlərin torpaq və atmosferdən canlı orqanizmlərə daxil olması; daxil olunmuş elementlərin yeni mürəkkəb birləşmələrə çevrilməsi və onların yenidən torpağa, atmosferə və suya qaytarılması prosesidir.
maddələrin biogeokimyəvi dövranı - kimyəvi elementlərin böyük kütləsinin yerdəyişməsi, fotosintez prosesində toplanmış eneıjinin yenidən paylanması, informasiyanın dəyişməsi zamanı baş verir.

Maddələr mübadiləsinin enerjisinin əsas mənbəyi günəş radiasiyası sayılır,o fotosintezi yaradır. Istilik enerjisi əks olunma yolu ilə itir, torpaq tərəfindən udulur, suyun transpirasiyasına sərf olunur. Fotosintezə bütün enerjinin 5%-indən artığı sərf


Kiçik dövran makro və mikroelementlərin və sadə q/üzvi maddələrin (karbon qazı və su) atmosfer, hidrosfer, litosferin maddələri ilə olan mübadilədən ibarətdir.
Vernadski ayrı-ayrı maddələrin dövranını kiçik dövran adlandırır. Kiçik dövranın mahiyyəti: orqanizmlər tərəfindən udulan kimyəvi elementlər axırda onu tərk edərək abiotik mühitə gedir, bir müddətdən sonra yenidən canlı orqanizmə qayıdır.
Kiçik dövranla orqanizmlərin mühüm funksiyaları təmin olunur:
-qaz funksiyası-bütün qazlar ölmüş orqanizmlərin parçalanma məhsuludur.
-konsentrasiya funksiyası- orqanizmlər bədənlərində çoxlu kimyəvi elementlər toplayır əsas da Ca, C(karbon).
-oksidləşmə reduksiya funksiyası-su hövzələrində yaşayan orqanizmlər oksigen rejimini nizamlayır və bir sıra metalların və q/metalların həll olmasına və çökməsinə şərait yaradır.
-biokimyəvi funksiya- canlı maddənin çoxalması, böyüməsi və ərazidə yerləşməsi.
-insan fəaliyyətinin biogeokimyəvi funksiyası- yer qabığının getdikcə artan maddələrini (neft, qaz, daş kömür) əhatə edir.
Biosferdə gedən proseslərdə maddələrin təkrarən iştirakı elementlərin dövranı adlanır. Bunlardan ən çox əhəmiyyət kəsb edən O2, C,N, S,P dövranıdır. Oksigen dövranı: yaşıl bitkilərdə fotosintez zamanı sərbəst oksigen əmələ gəlir; bütün canlı orqanizmlər tənəffüsü üçün oksigendən istifadə edir; üzvi qalıqların və q/üzvi maddələrin oksidləşməsi (yanacağın yandırılması)
Biosfer daxilində oksigenin rolu karbon və hidrogendən üstündür. Oksigen təbiətdə əvəzedilməz oksidləşdirici elementdir və kainatda maddələr dövranında fəal iştirak edir. Hətta ozon təbəqəsi də əsasən oksigenin hesabına əmələ gəlmişdir. Oksigenin dövranının əsas həlqələri bunlardır: yaşıl bitkilərdə fotosintez zamanı sərbəst oksigenin əmələ gəlməsi, bütün canlı orqanizmlərin tənəffüsü üçün oksigendən istifadə edilməsi, üzvi qalıqların və qeyri-üzvi maddələrin (məs. yanacağın yandırılması) oksidləşməsinin reaksiyası üçün və digər kimyəvi dəyişikliklər, bunlar karbon qazı, su kimi oksidləşmiş birləşmələrin əmələ gəlməsinə və onların foto-sintez çevrilmələrin yeni dövrün ə cəlb edilməsinə səbəb olur. Hesablamalara görə oksigenin dövranı 2000 ilə başa çatır. Bunun da başlıca səbəbi oksigenin biosferdə daha çox birləşmələrdə iştirak etməsidir.
Ehtimal olunur ki, təkcə müxtəlif yanacaq növlərinin yandırılmasına ildə 800 milyard ton oksigen sərf olunur. Bütün dünyada yanacaqdan istifadənin ilbəil artması və meşələrin sahəsinin azalması oksigen balansında tarazlığı pozmuşdur. Dünyada sənaye, məişət və kənd təsərrüfatı sahələrində yaranan tullantıların, digər sahələrdə üzvi maddələrin mineralizasiyası oksigenin məsrəfi ilə başa çatır. Bundan başqa təbiətdə baş verən biokimyəvi, fiziki-kimyəvi reaksiyalar da məhz oksigenin vasitəsi ilə baş verir.
Biosferdə oksigen balansında əmələ gələn mənfi tarazlıq insan faktoru ilə əlaqədardır. Belə ki, insan həm tənəffüs və həm də təsərrüfat fəaliyyəti nəticəsində ətraf mühiti çirkləndirməklə, meşələrin sahəsini azaltmaqla, atmosferlə hidrosfer arasında qaz mübadiləsini pozmaqla və digər mənfi fəaliyyətlə oksigenin bərpasını azaldır, karbon qazının miqdarı isə getdikcə artır.



Yüklə 129,31 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə