Biosfer və onun quruluşu biosfer haqqında anlayışın mahiyyəti



Yüklə 129,31 Kb.
səhifə4/44
tarix05.05.2023
ölçüsü129,31 Kb.
#108581
1   2   3   4   5   6   7   8   9   ...   44
BİOSFER muhazirə

2.Biosferin xüsusiyyətləri
Yer kürəsinin quru təbəqəsinin başqa sahələrindən fərqli olaraq biosferinin özünəməxsus spesifik xüsusiyyətləri vardır. Onun tərkibində canlılar üçfazalı halda olur, ən yüksək kimyəvi çevrilişlər müşahidə olunur ki, bu da xlorofilli canlıların günəş enerjisindən istifadəsi nəticəsində baş verir. V.İ.Vemadskinin biosfer haqqındakı konsepsiyasının əsasını canlı orqanizmlər haqqında təsəvvürlər təşkil edir.
Biosferin hazırda canlı orqanizmlər mövcud olan sahələri neobiosfer, qədim zamanlarda canlı orqanizmlərin yaşadığı sahələr isə palebiosfer və ya ağ biosfer adlandırılır. Neobiosfer atmosferin ozon qatına qədər olan sahəsi aid edilir. Litosferin yalnız münbit torpaq hissəsi neobisoferə aid edilir. Palebiosferin neobiosferlə atmosferdə olan sərhədləri üst-üstə düşür. Hidrosferin dib hissəsində olan çöküntü süxurlar palebiosferə aid olunur. Beləliklə, biosfer canlı orqanizmin özünün və ya izinin mövcud olduğu sahə adlanır .
Neobiosferə atmosferin ozon qatına qədər olan sahəsi (qütblərdə 8-10 km, ekvatorda 17-18 km, yer səthinin qalan hissələrində 20-25 km) aid edilir. Ozon qatından yuxarı hissədə kosmik ultrabənövşəyi şüaların təsiri nəticəsində həyat mümkün deyil.
Biosfer özü müəyyən spesifik xüsusiyyətlərə aiddir. Bunlardan başlıcası mərkəzləşdirilmiş sistemdir. Yəni V.I.Vernadskiyə görə sistemin mərkəzini canlı orqanizmlər təşkil edir. Bu xüsusiyyətə görə biosferin və ya onun əsas bölməsinin mərkəzində ancaq insan qoyulur (antroposentrizim).
2)Biosferin ikinci xüsusiyyəti onun açıq sistem olmasıdır. Biosferə kənardan enerji daxil olur və o, özü həm də kosmik təsirə məruz qalır. Bu təsirləri əsasən Günəşin fəallığı təşkil edir və Yer kürəsində, o cümlədən biosferdə baş verən hadisələrin əksəriyyəti Günəşin fəallığı ilə əlaqədardır. Günəş fəallığı bir çox geoloji proseslərin (kataklizm, qəzaların) yaranmasına səbəb olur.
3)Biosferin üçüncü bir xüsusiyyəti onun özünütənzimləmə sisteminin (homeostazm) olmasıdır. Özünütənzimləmə sistemi baş vermiş hər hansı bir həyəcan və ya çaxnaşmanın qarşısını müəyyən mexanizm vasitəsilə alır. Yaranmış dəyişikliyi öz əvvəlki vəziyyətinə qaytarır. Biosferdə belə hallar çox baş vermişdir. Bunlara misal vulkan püskürməsini, asteroidlərlə qarşılaşma, zəlzələ, dağəmələgəlmə və s. göstərmək olar.
4)Biosferin dördüncü xüsusiyyəti onun «müxtəlifliyidir». Yəni, o, müxtəlif yaşayış məskəni (su hövzəsi, yerüstü, torpaqdaxili və s.), iqlim xüsusiyyətinə görə fərqlənən müxtəlif təbii zonalar, geokimyəvi sahələr və s. xüsusiyyətlərə malikdir. «Müxtəliflik» ekosistemin və biosferin dayanıqlığı şərtlərindən biridir.
5)Biosferin əsas xassələrindən biri də onda olan ayrı-ayn maddələrin dövretməsini yaradan mexanizmin olmasıdır. Biosferdə canlı orqanizmin ümumi kütləsi Yer qabığının kütləsinin yalnız 0,001 %-ni təşkil edir. Halbuki, onun geoloji effekti çox möhtəşəmdir. Belə ki, onun fəaliyyəti fasiləsiz olaraq uzun müddətli bir xarakter daşıyır.
Canlı orqanizmlərin yaşaması üçün həyat sahəsinin varlığını aşağıdakı beş şərt müəyyən edir.
Birinci şərt. Oksigen və karbon qazının kifayət qədər olması.
İkinci şərt. Suyun kifayət qədər olması. Su planetimizdə kifayət qədərdir. Suyun çatışmaması üzündən həyatın məhdud olduğu yerlərə planetimizdə, demək olar ki, olduqca az təsadüf edilir. Yaranan problemlər isə içməli su ilə əlaqədardır.
Üçüncü şərt. Əlverişli temperatur şəraitinin olması: çox yüksək (100°C-dən yüksək temperaturda zülal pıxtalaşır, öz xassələrini itirir), çox da aşağı olmasın ki, biokimyəvi reaksiyaların sürətləndiriciləri - fermentlər normal işləsin.
Dördüncü şərt. Canlı varlığa yaşamaq üçün minimum mineral maddələr vacibdir. Mineral maddələrin çatışmazlığı okeanların böyük sahələrində müşahidə edilsə də, bu səbəbdən həyatın olmaması çox nadir hallarda müşahidə olunur.
Beşinci şərt. Mühitin duzluluğu. Duzların konsentrasiyasının dəniz suyundakından 10 dəfə çox olduğu yerlədə həyat yoxdur. Duzun qatılığı 270 q/l-dən yüksək olan yeraltı sularda da həyat yoxdur. Göstərilən amillər Yer kürəsinin çox kiçik sahələrində həyatı məhdudlaşdırır. Beləliklə, bütün quru səthi (bəzi kiçik sahələri çıxmaq şərti ilə) və okean dərinlikləri «həyat sahəsi» anlayışına uyğun gəlir.

Muasir Biosfer 3 tebeqeye bolunur: 1.aerobiosfer-aero biontlarin məskunlaşdiği ve onlarin heyat substratnin mikroorqanizimlerin emele getirdiyi hava muhitidir.


2:Hidrobiosfer-Hidrobiontlar meskunlaşan dunya okeani ve denizlerdir.
3: Geobiosfer- Geobiontlar meskunlaşan yer qati litosverdir. Biosfer murekkeb daxili quruluşa malik olub 3 esas komponentden ibaretdir.: canli madde;biohereketsiz madde;hereketsiz madde.
Canli madde biosferin-butun canli varliqlarinin cəmidir. Biohərəkətsiz maddəyə-canli orqanizimlər ve qeyri uzvu materiya daxildir. Biohereketsiz maddenin sturuktur kompanentlerine torpaq,lil,aşinma qabigi,rutubetli horizontlar,landşaft ve s. aiddir.
Yerin uzvu maddesi 2 formada olur: adiogen ve biogen.
Yəni canli madde butun orqanizimlerin ve cansiz biohereketsiz maddelerin cemidir. Biohereketsiz yeni biogen uzvu maddelere biosver, hidrosver ve hidrosverin butun qabiqlarinda rast gelmek olur.

Yüklə 129,31 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə