Biosfer və onun quruluşu biosfer haqqında anlayışın mahiyyəti



Yüklə 129,31 Kb.
səhifə9/44
tarix05.05.2023
ölçüsü129,31 Kb.
#108581
1   ...   5   6   7   8   9   10   11   12   ...   44
BİOSFER muhazirə

6.Karbonun dövretməsi.

Karbon biosferin bütün sahələrində və bizi əhatə edən bütün mühitdə mövcuddur. O, atmosferdə karbon qazı (CO2) kimi mövcuddur. Antropogen təsirdən atmosfer havasının tərkibində CO2- nin miqdarı daima artır. Karbon yer üzərində olan bütün üzvi birləşmələrin strukturuna daxildir. Deməli, bütün canlıların tərkibində karbon mövcuddur. Həyat üçün lazım olan enerjini almaq üçün orqanizmin üzvi maddələri oksidləşərək CO2 və H2O yaradır. Bu prosesi «nəfəsalma» adlandırırlar. Bütün canlı orqanizmlər öldükdən sonra çürüməyə başlayır. Bu zaman ayrılan C oksigenlə birləşərək CO2 şəklində «dövretmə sisteminə» daxil olur. Oksigen çatışmazlığı səbəbindən karbonun dövretməsi dayana bilər. Bu zaman torpağın tərkibində olan üzvi maddələr torf, daş kömür və ya neft şəklində torpaqda toplana bilər. Hidrosferdə CO2 həll olmuş formada olur. O burada kalsium duzu yarada bilir. Bu proses karbonun dövretməsinə mane olur. Halhazırda ekosistemdə karbonun dövretməsi təxmini olaraq müvazinət vəziyyətindədir.


Karbon mübadiləsində C-nun əsas uducusu okean hesab olunur. Bura C qurudan çay axınları ilə, atmosferdən canlı orqanizmlərin tənəffüsü nəticəsində daxil olur. Deməli C-nun əsas ehtiyatı dünya okeanında yerləşir. Quruda C-nun iştirakı ilə fotosintez prosesi zamanı üzvi maddələrin əmələ gəlməsi və O2-nin ayrılması baş verir. Ömrünü başa vurmuş bitki və heyvanlar mikroorqanizmlər tərəfindən parçalanır, nəticədə ölü üzvi maddələrin karbonu oksidləşərək karbon qazına çevrilir və yenidən atmosferə düşür.
Hidrosferdə C-nun dövranı quruya nisbətən mürəkkəbdir. Bu element qurudan dənizə karbonat və üzvi birləşmələr şəklində gətirilir. Dünya okeanından quruya isə yalnız karbon qazı şəklində atmosferə diffuziya olunaraq hava axınları vasitəsilə gedir.
Oksigen kimi azot heyvanların nəfəsalması üçün əsas element sayılır. Azot bir çox üzvi birləşmələrin, xüsusilə zülalların tərkibinə daxildir. Azot zülalların tərkibində karbon və ya hidrogenlə möhkəm amid birləşməsi yaradır. C-N amid əlaqəsi zülal molekullarmın əsas sintez mexanizmidir. Bu yer üzərində canlıların mövcudluğunun əsas şərtlərindəndir. Azotun əsas mənbəyi atmosfer sayılır. Atmosferdən azot torpağa, oradan da bitkilərin tərkibinə NO3 formasında daxil olur. Azotun ikinci mənbəyi üzvi maddələrin çürüməsidir. Üzvi birləşmələrin çürüməsindən əvvəlcə ammiak (NH3) yaranır. Ammiak nitratlı bakteriyalarm təsirindən nitrit (NO2) və nitrata (NO3) çevrilir
N-havaya,suya torpağa müxtəlif kimyəvi formada daxil olur. Azot həyatın hakim (açar) inqrediyenti sayılır, çünki bu element bütün zülal birləşmələrin vacib komponentidir.
Azot birləşmələrinin böyük ehtiyatı litosferdə yerləşir. Qalan ehtiyatı isə kimyəvi cəhətdən az aktiv qaz şəklində atmosferin 79% -ni təşkil edir.
N-dövranının mühüm antropogen axını N gübrələrinin istifadəsilə əlaqədardır. Aqrosistemlərə verilən N-un 50%-i k/t bitkilərinin tərkibinə daxil olur, onun da yarısı tarladan məhsulla birlikdə yığılır, digər yarısı torpağın üzvi maddələrində qalır.
Insan fəaliyyəti olmayan yerlərdə bitkilər lazım olan N-u yağışla, bitki və heyvan qalıqları vasitəsilə, həmçinin müxtəlif N toplayan orqanizmlərdən alır. Azotun yüksək intensiv toplanması göy-yaşıl yosunlar çox olan çirklənmiş göllərdə baş verir. Atmosferdə və biosferin çöküntü qabığında olan külli miqdarda azot ehtiyatının dövranında yalnız quru və okeanın canlı orqanizmləri tərəfindən mənimsənilərək toplanan (fiksasiya olunan) azot iştirak edir. Azotun mübadilə fondu kateqoriyasına aşağıdakılar daxildir: biokütlənin azotu, bakteriya və canlı orqanizmlərin bioloji azot fiksasiyası, yuvenil (vulkanogen) azot, atmosfer (şimşək zamanı toplanan) azotu və texnogen azot.
Kükürd ətraf mühiti çırkləndirən aqressiv maddə hesab olunur. Kükürdün dövretməsinə mənfi təsir göstərən amillərdən əsas kükürd tərkibli maddələrin yanması ilə əlaqədardır. Belə maddələrin yanması ilə əlaqədar atmosferə əsasən toksik maddə olan SO2 atılır. Yüksək aqressivliyə malik olan SO2 qaz şəklində və ya turş yağışlar şəklində təbiətə və müxtəlif obyektlərə dağıdıcı təsir göstərir.
Torpaqda və çöküntülərdə S-ün ehtiyatı çox, atmosferdə isə azdır. S-mübadiləsində əsas rolu mikroorqanizmlər oynayır. Onun oksidləşməsi və reduksiyası nəticəsində suyun dərinliyində yerləşən çöküntülərdən səthə hidrogen-sulfid qarışır. S-dövranının nizamlanmasında geokimyəvi və meteroloji proseslər (eroziya, çöküntü ə/g, yuyulma,yağış) , bioloji proseslər (biokütlənin məhsulu və onun parçalanması), hava, su, torpağın qarışlıqlı əlaqələri iştirak edir.

Yüklə 129,31 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə