Biosfer və onun quruluşu biosfer haqqında anlayışın mahiyyəti



Yüklə 129,31 Kb.
səhifə7/44
tarix05.05.2023
ölçüsü129,31 Kb.
#108581
1   2   3   4   5   6   7   8   9   10   ...   44
BİOSFER muhazirə

-radioaktiv maddələr - vulkanların püskürməsi nəticəsində biosferə daxil olan təbii nüvə dəyişməsi; bu proses tsiklik xarakter daşıyır;
- yayılmış atomlar - kimyəvi birləşmələrlə bağlı deyillər, hansılar ki, əlverişli şəraitdə başqa kimyəvi proseslərə daxil olub, yeni birləşmələr əmələ gətirirlər;
- kosmik mənşəli maddələr - kosmik toz və meteoritlər (atmosferdə qaz, ion və atmosferin aerozol tərkibinə və Günəş şüalarının torpağın üst qatma təsiri nəticəsində əmələ gəlməsinə meteorit maddə təsir göstərir).
V.İ.Vemadski belə bir fikir söyləmişdir ki, canlı orqanizmlər üçün onların özündə ayrı-ayrı elementlərin yığılması konsentrasiyası mövcuddur. Bitkilər və heyvanlar xarici mühitin indiqatorudur. Kimyəvi elementlərin konsentrasiyası ən birinci, onun fizioloji tələbatı ilə bağlıdır: skeletlərin və üzvi birləşmələrin əmələ gəlməsi. J - dəniz yosunlarında, Zn - bənövşədə, Mo - paxlalılarda, Si - qatırquyruğunda və s. mövcuddur. Yosunlarda J miqdarı suya nisbətən böyükdür. Canlı orqanizmə Na, Ca, Al, Mg, Br, Pb yığılır. Bitki və heyvanlar radioaktiv maddələri aktiv yığırlar. Ən az radioaktiv maddələr meyvələrdə (alma, gilənar, qarağat və s.), kartofda, pomidorda, kələmdə, toyuqlarda və bir də göbələklərdə yığılır.
Mikroelementlər də planetdə qeyri-bərabər yayılıb. Mikroelementlərin çoxluğu və azlığı biokimyəvi əlamətlərlə seçilirlər. J, Mg, Fe, Со az olan və əksinə, Ca, Br, Ni, Pb, Mo, Se, Cu çox olan rayonlar var. Torpaqda J çatışmaması əhalidə qalxanvari vəzinin xəstələnməsinə gətirir. Bu da Şimali Amerika, Asiya, Mərkəzi Asiyaya məxsusdur. Cu (mis) qanda hemoqlobin sintezini pozur; heyvanlarda sinir sistemini və boy artımını pozur (Cənub-Şərqi Asiya, Cənubi Afrika).
Mg - az olması insanlarda sümük sistemində, heyvanlarda eyni, bitiki- lərdə xloroza, çuğundurda sarılıq əmələ gətirir. Br - az olması boy sütunun ölməsi və köklərin çürüməsinə gətirir .
Molibdenin çoxluğu insanda padaqra, heyvanlarda toksikoz (Ermənistan, Uels, Yeni Zelandiya); stronsiumun (Sr) çoxluğu — insanda eybəcərliyin, raxit xəstəliyinin, heyvanlarda sümük boşluğu, əsəb sisteminin pozulması, oksidləşmə prosesinin güclənməsi; selenin çoxluğu heyvanlarda dırnaqların deformasiyası, tük örtüyünün tökülməsi; misin çoxluğu - ağciyər serrozu, qanazlığı, sanlıq; xlorun çoxluğu isə sümük boşluğu xəstəliklərinin meydana gəlməsinə səbəb olur.
V.İ.Vemadski biogeokimyəvi funksiyalara əsaslanaraq bir sıra prinsipial nəticələrə gəldi:
1) Canlı orqanizmlərin bütün geokimyəvi funksiyalarını sadə birhücey- rəli orqanizmlər həyata keçirə bilər;
2) Elə bir orqanizm yoxdur ki, bütün funksiyaları həyata keçirə bilsin;
3) Geoloji inkişafın gedişində müxtəlif orqanizmlərin növbələşməsi prosesi getmiş, özləri dəyişilmədən, bir-birini əvəz edərək bu funksiyaları həyata keçirmiş, yalnız insanın meydana gəlməsi ilə 1 orqanizm müxtəlif kimyəvi prosesləri həyata keçirməyə qadir olmuşdur: Vemadskiyə görə biosfer eyni zamanda oksidləşdirici (oksigen çatışmazlığı olan birləşmələrin oksidləşməsi), kalsiumlaşdıncı (kalsiumun təmiz duz halında ifrazı), bərpaedici (sulfatların yaradılması) funksiyalan, dağıdıcı funksiyalan (canlı orqanizmlərin, suyun və karbon qazının təsirilə yaranması), metobolizm və tənəffüs, eyni zamanda texnobiogen funksiyaları həyata keçirir.
Vemadski yazırdı ki: «İnsanın qüdrəti onun materiyası ilə deyil, onun zəkası, ağlı və ağılla istiqamətlənmiş əməyi ilə bağlıdır».
Məqsədyönlü fəaliyyəti nəticəsində insan bütün ətraf mühiti dəyişdirir, bunun nəticəsində tədricən biosferin noosferə keçid prosesi gedir. Vemadskinin elmi nəticələrinə əsaslanaraq, demək olar ki, noosfer biosferin tarixində yeni bir mərhələdir ki, onun fəaliyyətində təyinedici rolu və inkişafı canlı maddədən insana keçir, hadisələrin təbii gedişi isə öz yerini cəmiyyət tərəfindən şüurlu idarə olunmaya verir.

Beləliklə, bütövlükdə biosferin canlı maddəsi geoloji (miqyasına görə) funksiyanı yerinə yetirir.


Canlı maddələrin ən yüksək konsentrasiyası litosferin və atmosferin sərhəd qatında, yəni torpaqda, 3 mühitin –torpaq, su, havanın bir - birinə yaxın qonşuluğunda yəni okeanın üst qatında ,su hövzələrinin dibində müşahidə olunur.

Yüklə 129,31 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə