Biosfer və onun quruluşu biosfer haqqında anlayışın mahiyyəti



Yüklə 129,31 Kb.
səhifə10/44
tarix05.05.2023
ölçüsü129,31 Kb.
#108581
1   ...   6   7   8   9   10   11   12   13   ...   44
BİOSFER muhazirə

Fosforun dövretməsi.
Fosfor canlı orqanizmlərin qidasında və bitkilərin inkişafında böyük rol oynayan bir elementdir.
P -un əsas ehtiyatları quru ekosistemləri, okean və su hövzələrində olan çöküntülərdir. Onun qaz forması olmadığından havada ona təsadüf olunmur. P-un əksər hissəsi litosferdə kristal suxurlar olur. Quruda o,torpaq bitki heyvan torpaq dövr edir. onun mineral birləşmələri çətin həll olur və tərkibindəki, P elementi bitki tərəfindən demək olarki, mənimsənilə bilmir. Bitkilər üzvi qalıqların parçalanması zamanı ə/g-ən P-un asan həll olan formalarından istifadə edirlər. Fosforun qazşəkilli formaları praktiki olaraq mövcud deyil, odur ki, ona atmosferdə rast gəlinmir. Litosferdə fosforun əksər hissəsi kristal süxurlar olub apatitlərin(kristaldır ) tərkibində olur (95%) .
Fosfor çaylarla göl, su anbarları və dənizlərə axını baş verərək orada toplanır. Əks istiqamətdə fosforun axını olmur, bu isə quru ekosistemlərinin (o cümlədən aqroekosistemlərin) fosforla kasadlaşmasına və bununla əlaqədar onların bioloji məhsuldarlığının aşağı düşməsinə səbəb olur.
Antrorogen fəaliyyət nəticəsində eroziya prosesinin güclənməsi,fosfor gübrələrinin yuyulub aparılması, çirkab sularının axıdılması dünyada fosfor axınlarının intensivliyini artırır. Bu isə su hövzələrinin evtrofikasiyasının güclənməsinə səbəb olur. Fosforun hidrosferə ümumdünya illik axını 20 mln. tona yaxındır. Yer qabığında fosforun miqdarı 0,093% təşkil edir. Fosforun dövranı «Quru-Dünya okeanı» sistemində gedir. Fosfor canlı orqanizmlərin sümüklərinə və toxumalarına üzvi birləşmələrin tərkib hissəsi kimi daxil olur. Üzvi birləşmələrin minerallaşdırılması və canlı orqanizmlərin çürüməsi (parçalanması) nəticəsində fosfor fosfat şəklində yenidən bitkilər tərəfindən istifadə olunaraq dövri sistemə qoşulur. Fosforun dövri sistemdən çıxmasına əsas səbəb onun dibdə çökməsidir. Müəyyən edilib ki, fosforun dövri sistemə kifayət qədər qayıtmayan miqdarım texnogen tullantılar belə əvəz edə bilmir. Quş və balıq ovu təbiətin fosfor balansını pozur. Müəyyən edilmişdir ki, ildə balıq ovundan 60000 ton fosfor quruya geri qayıdır. Gübrə üçün 1-2 mln ton fosforlu süxur çıxarılır. Bu fosforların çox hissəsi yuyularaq su hövzələrinə axıdılır və beləliklə dövri sistemdən çıxarılır. Həyatı əhəmiyyət kəsb edən fosforun dövretməsinin yaxşılaşdırılması günün əsas tələblərindən biridir.



Yüklə 129,31 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə