Biosfer və onun quruluşu biosfer haqqında anlayışın mahiyyəti


Biosferin Günəş və kosmik radiasiyadan asılılığı



Yüklə 129,31 Kb.
səhifə11/44
tarix05.05.2023
ölçüsü129,31 Kb.
#108581
1   ...   7   8   9   10   11   12   13   14   ...   44
BİOSFER muhazirə

7.Biosferin Günəş və kosmik radiasiyadan asılılığı

Planetar prosesləri təmin edən əsas istilik mənbəyi Günəşdir. Günəşin şüalanma enerjisi atmosferi, təbiət maddələrinin qlobal dövranını, hətta yer qabığını hərəkətə gətirir. Yer üzərindəki bütün böyük geoloji hadisələr Günəş və ulduzlararası fəza ilə bağlıdır.


Yerin canlı aləminə nəinki Günəşin şüalanma eneıjisi, eyni zamanda günəş aktivliyinin dövrü dəyişməsi təsir edir. Müəyyən edilmişdir ki, ən müxtəlif kütləvi proseslərin intensivliyi planetdə sinxron hərəkət edir.

Günəş radiasiyaları canlı orqanizmləri aktivləşdirir .Belə düşünmək əsassız olar ki, Günəş fəallığı bu və ya digər epidemiya və xəstəliklərin yayılmasının bilavasitə səbəbkarıdır.


Günəşin fəaliyyəti epidemiyalara imkan yaradır və onların intensiv gedişinə səbəb olur. Bu yolla Günəşin dövrü fəaliyyəti epidemiyaların təsir dərəcəsinin tənzimçisi kimi çıxış edir. Nəhəng statistik materialların təkmilləşdirilməsi Çijevskiyə Günəşin fəallığı, xəstəlik və ölüm faktları təsirləri arasındakı asılılığı açmağa imkan yaratdı. Eyni zamanda, suyun səviyyəsinin tsiklik dəyişməsi (su hövzələrində), vulkanların fəaliyyəti, maqnit qasırğaları, bioloji məhsuldarlığın çoxalması, yağışların miqdarı Günəşin fəallığı ilə bağlıdır. Günəş fəallığının son dərəcə dəqiqliklə dəyişməsi nəticəsində bütün canlı aləm orqanizmdən insana kimi fərqlənir .
Akademik S.İ.Vavilov 1956-cı ildə qeyd edirdi ki, Günəş bütün canlılara və insana təsir göstərir. İnsan nədən qorunmağı, nəyi və necə istifadə edəcəyi və imkan daxilində nə ilə mübarizə aparacağını bilməsi üçün Günəşin Yer üzündəki rolu haqqında açıq-aşkar təsəvvürə malik olmalıdır. Qeyd etmək lazımdır ki, Günəş radiasiyası bitki hüceyrəsində üzvi sintez üçün bütün lazımi enerjini verən mənbədir. Yalnız o, üzvi maddələrin təşkilinə imkan yaradır. Günəş fəallığının təsiri üzvi həyatın bütün tərəflərinə yayılır. Su bitkilərinin və bakteriyalann həyat fəaliyyəti və inkişafı, mərcan polipləri, balıqların inkişafı və miqrasiyası, çəyirtkələrin kütləvi çoxalması onlarla bağlıdır. Geofiziki elmdə Günəş fəallığı ilə şərtləşməsi Xəzər dənizinin səviyyəsinin dəyişməsi, qütb hovuzlarının buzluluğu, soyuq arktik kütlələrin intensiv axını, tsiklonlann yollarının dəyişməsi, göllərdə suyun səviyyəsinin dəyişməsi mübahisəsiz qəbul edilir.
Günəş şüaları spektrinin müxtəlif hissələri bütün canlılara bilavasitə təsir göstərir. Bu təsir özünün bütün bioloji sistemlərdə, baş verən fiziki- kimyəvi çevrilmələrin gedişində və mikroorqanizmlərin, bitkilərin və heyvanlann fəallığının nəzərə çarpan dəyişməsində təzahür edir. Çoxsaylı tədqiqatlar əsasında günəş fəallığı tsiklləri ilə biosferdə baş verən bəzi hadisələr, məsələn, heyvanların miqrasiyası, populyasiyalan və qruplann sayının dəyişməsi, epidemiyalann yayılması və i. a. arasında qanunauyğunluq müəyyən edilmişdir.
Aydın olmuşdur ki, Günəşdə baş verən dəyişikliklər insanların səhhətinə bilavasitə təsir göstərir, ürək-damar, sinir sistemi və b. xəstəliklər yaranır.

Günəşin bizim planetin həyatındakı müstəsna rolu onun nəhəng kütləsi (Yerin kütləsindən 333000 dəfə çoxdur) və Yerin üst hissəsinə daxil olan əzəmətli enerjisi ilə şərtlənir. Belə ki, Günəş fəallığı dəyişilir ki, bu da püskürmələrin, sıçrayışların və s. əmələ gəlməsinə səbəb olur. Vaxtaşırı Günəş atmosferində aktiv sahələr əmələ gəlir ki, onun miqdarı da bir neçə kilometrdən bir neçə on min kilometrə qədər artır. Xüsusi hallarda Günəş ləkələrinin ətrafında sıçrayışlar əmələ gəlir və temperatur 15000 K!-yə qədər yüksələ bilir. Sıçrayışlar güclü saçma yaradır. O, rentgen, ultrabənövşəyi və görünən şüalardan, radiodalğalardan, cəld hərəkət edən zərrəciklərdən və kosmik şüalardan ibarətdir. Bütün bunlar Yer atmosferində baş verən hadisələrə böyük təsir göstərir.


Çijevski elmi ədəbiyyatlara, gətirilmiş çoxsaylı məlumatlara və öz müşahidələrinə əsaslanaraq Günəşin dövri fəallığının təsir etdiyi hadisələrin geniş miqyasını nəzərə çatdırdı.

Günəşin daxili enerji mənbəyi kimi təsiri biosferin, ona məxsus olan həyatın təzahürünün meydana gəlməsində həlledici rol oldu. Orqanizmlərin müxtəlifliyi və yayılması, onların sayı, ətraf mühitə uyğunlaşma istiqamətləri, eyni zamanda, həyat tsiklinin xüsusiliyi Günəş və Günəş - Yer əlaqələrindən asılıdır. Günəşin fəaliyyəti təkcə yaranışın vacib şərti deyil, eyni zamanda biosferin, onda «yerləşən» orqanizmlərin və insanın qorunmasıdır. Günəşin təsirinin Yerdə həyatın mövcudluğu üçün vacibliyi, Günəş fəallığının xarakteri və onun fiziki təbiəti ilə şərtlənir.


Günəşdə baş verən dəyişikliklər yer atmosferinin dəyişməsinə, Yerin aldığı istiliyin bölüşdürülməsinə təsir göstərirlər. Yerin maqnit sahəsinin qasırğası - geo- maqnit qasırğaları orqanizmə güclü təsir göstərir. Onlar avtoqəzalann və zədələnmələrin çoxalması ilə müşayiət olunur. Yerin maqnit sahəsi Günəş küləyindən (elektrik cərəyanı ilə elektrikləşmiş zərrəciklər axını) eneıjini əlavə edə bilər, elektrikləşmiş zərrəciklərin sürətini artıra və hərəkətini dəyişə bilər. Yerin maqnit sahəsi onun bütün sahəsinə və canlı planetə təsir göstərir.


Günəş küləyinin dəyişməsi, eyni zamanda zərrəciklərin sıxlığı Yerin maqnitosferini sıxır, qütb parıltısı əmələ gətirərək atmosferə nüfuz edir. Elektrikləşmiş hissəciklər atmosferin kimyəvi tərkibini dəyişir, ozonun kon- sentrasiyasım 40%-ə qədər azaldır. Maqnitosferdə baş verən proseslərlə əlaqədar olan fiziki (kosmik) amillər canlı orqanizmlərə, o cümlədən insana təsir edir. Bu proseslərə yüksək en dairələrində (qutb parıltısı olan yerlərdə) baş verən, onun ardınca bütün en və uzunluq dairələrinə yayılan inffasəslər, ultrabənövşəyi şüalanmanın intensivliyinin dəyişməsi, Yerin maqnit sahəsinin qısa dalğalı rəqsinin bir neçə hersdən bir neçə kilohers tezliyi ilə mikro- döyünməsi və s. daxildir. Mikrodöyünmə bu yolla insan psixikasına təsir edir, siqnallara cavab vermə reaksiyalarının sürətliliyini dəyişir. Kosmosa başlıca pəncərə bu yumurtavari qütb parıltılarından keçir. Günəşin elektrikləşmiş hissəciklərinin böyük kütlə eneıjisi buraya daşınır, Yerdə ekstremal hadisələri əmələ gətirən bütün dəyişikliklər burada baş verir. Belə ki, Günəş fəallığının səviyyəsinin dəyişməsi və atmosferdə baş verən hiddətlənmə öz-özlüyündə xəstəlik hadisələrinin və onomaliyalann sürətlənməsinin səbəbi kimi çıxış etmir. Bu yalnız o amillərdir ki, xəstə orqanizmi sabitlik vəziyyətindən çıxara və xəstəliyi kəskinləşdirə bilər.


Ultrabənövşəyi şüalar bioloji sistemlərə daxil olur, toxuma və hüceyrələrin xassəsini, fotoperiodizm və fotosintez proseslərini dəyişir, hüceyrə mikroblannı zədələyə bilir, göz xəstəliklərinin baş verməsinə, yanıqlara və dəri xərçənginə səbəb olur. Ultrabənövşəyi şüalar müəyyən olunmuş dalğa uzunluğunda mutasiya proseslərinə təsir edir və hətta hüceyrə və orqanizmlərin ölümünə gətirib çıxarır. Ultrabənövşəyi şüaların daha qısadalğalı (200-280 nm) zonası (UB-C) dəri tərəfindən fəal adsorbsiya olunur; lakin o, praktiki olaraq ozon ekranı (qatı) tərəifndən tamamilə udulur. UB şüaların sonrakı zonası dalğasının uzunluğu 280-320 nm olan UB-B spektrin daha təhlükəli hissəsi olub kanserogen təsir göstərir. UB-B zonasının əsas hissəsi də ozon ekranı tərəfindən udulur; Yer səthinə UB şüaların yalnız təxminən 300 nm-dən yuxarı uzunluqlu dalğaları çatır. Spektrin bu hissəsi böyük enerjiyə malik olub canlı orqanizmlərə əsasən kimyəvi təsir göstərir. UB şüalar qismən hüceyrə sintezi proseslərini stimullaşdırır. UB şüalanması kənd təsərrüfatı cavan (körpə) heyvanlarının məhsuldarlığını artırır. Bu şüaların təsiri altında orqanizmdə Ca və P-un mübadiləsini tənzimləyən və bununla da skeletin minimal böyümə və inkişafına şərait yaradan D vitamini sintez olunur. D vitamininin böyüməkdə olan cavan heyvanlar üçün əhəmiyyəti böyükdür. Odur ki, yuvalarda doğulan məməlilərin çoxu müntəzəm olaraq (çox vaxt səhər çağları) yuvanın yaxınlığında günəşlə işıqlanan yerə aparılır. Tülkü və porsuqları buna misal göstərmək olar. Bir çox quşlar da bu məqsədlə «günəş vannası» qəbul edirlər. UB şüaların təsiri onun dozasından asılıdır: artıq şüalanma orqanizmə mənfi təsir göstərir. Qısa dalğalı radiasiyaya qarşı xüsusilə bölünən hüceyrələr davamsız olur. Orqanizmlərin UB şüaların yüksək dozasına qarşı ekranlaşmasına uyğunlaşması nəticəsində bir çox növlərdə bu şüaları udan tünd piqmentlər formalaşır. İnsanda günəş altında yanma da (qaralma) bu qəbildəndir.


Beləliklə, biosfer kosmos ilə sıx əlaqədardır. Yerə gələn eneıji axınları burada həyatın varlığını təmin edən şəraiti yaradır. Bu təsir bütün bioloji sistemlərdə baş verən fiziki-kimyəvi çevrilmələrə təsir edir və canlı varlıqların fəallığındakı xeyli dəyişikliklərdə özünü büruzə verir. Yerin maqnit sahəsi və ozon ekranı planeti kosmik şüalardan və intensiv günəş radiasiyasından qoruyur.
.

Yüklə 129,31 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə