Biosfer və onun quruluşu biosfer haqqında anlayışın mahiyyəti


Havanın təbii çirklənmə mənbələri



Yüklə 129,31 Kb.
səhifə14/44
tarix05.05.2023
ölçüsü129,31 Kb.
#108581
1   ...   10   11   12   13   14   15   16   17   ...   44
BİOSFER muhazirə

Havanın təbii çirklənmə mənbələri
Qeyd etdiyimiz kimi havanın tərkibi müxtəlif qazların qarışığından ibarətdir. ( azot, oksigen, karbon qazı, arqon, hidrogen, ksenon , rodon və s ). Lakin təbiətdə belə tərkibdə təmiz havaya rast gəlmək qeyri mümkündür. Həqiqətdə isə havanın qaz mühitində çoxlu xırda bərk və maye hissəciklər mövcuddur . Beləliklə, hava areozol və ya dispers sistem halında olur . Bu çirkləndiricilər havaya biosferdən daxil olur. Ona görə ki, hər şeydən əvvəl hava biosferin bir hissəsidir, orada rast gəlinən bərk və maye hissəciklər havanın biosferin digər komponentləri, yəni su, torpaq və canlı orqanizimlərlə qarşılıqlı əlaqəsinin nəticəsidir (təzahürüdür). Təbiətdə baş verən təbii proseslər dispers hissəciklərlə havanın təchiz ediciləridir .Güclü vulkan püskürmələri zamanı xırda bərk və maye hissəciklərin böyük kütləsi havaya qalxır. Qazlarla birlikdə bu hissəciklər 20 km - dən də çox yüksəkliyə qalxaraq həftələrlə havada qala bilir.
Vulkan püskürmələri zamanı havaya CO 2 –dən başqa CO , H2, SO 2 , H 2S , karbohidrogen qazları və s. buraxılır .
Dağ süxurlarının aşınması və dağılması , torpaq eroziyası və onunla əlaqədar baş verən qum tufanları zamanı da hava xeyli miqdarda xırda hissəciklərlə dolur . Xüsusən karbonatlı süxurların aşınması zamanı onun tərkibindən CO 2 ayrılır və atmosferə daxil olur.
Havada üzvi tozlara da rast gəlinir. Bu tozlar atmosferdə yaşayan aeroplanktonlardan , bakteriyalardan , göbələklərin sporlarından , bitkilərin tozcuqlarından , bitki və heyvanların çürümə, qıcqırma və parçalanması məhsullarından ibarətdir . Bitkilərin böyüməsi, çiçəkləməsi zamanı da havaya tozcuqlar buraxılır. 112 Dəniz səthindən 1600 m yüksəklikdə havada göbələk və ayıdöşəyilərin sporlarına təsadüf edilir . Nəhayət duman , bulud və yağışlar da aerozol sayılır, onları «su aerozolları» adlandırmaq olar . Bu təbii aerozollardan başqa havaya küllü miqdarda süni aerozollar da qarışır . Bunlar əsasən sənaye və nəqliyyatın fəaliyyəti zamanı əmələ gəlir.
Atmosferi süni çirkləndirən sənaye sahələri

Yüklə 129,31 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə