Biosfer və onun quruluşu biosfer haqqında anlayışın mahiyyəti


Biosferdə canlı maddələrin təsnifatı



Yüklə 129,31 Kb.
səhifə6/44
tarix05.05.2023
ölçüsü129,31 Kb.
#108581
1   2   3   4   5   6   7   8   9   ...   44
BİOSFER muhazirə

4.Biosferdə canlı maddələrin təsnifatı
Biosferin canlı maddəsi həyatın təzələnməsində təyinatına görə reproduktiv və somatik, qidalanma tərzinə görə avtotrof, heterotrof və redusentlər bölünür. Yerin canli ailemi ve biosfer 3 tip orqanizimlerden ibaretdir: 1:Produsentler ve ya Avtotroflar-guneş enerjisi,su,karbon qazi ve mineral duzlarla uzvu madde emele getiren orqanizimlerdir. Buna Yer kuresinde olan texminen 4500 bitki novu aiddir.
2:Konsumentler ve ya Heterotroflar hazir uzvu maddələrlə qidalananlar. Bura aiddir ot yeyen heyvanlar, yirticilar,bitkiler ve gobelekler aiddir. Bu qurupun nov miqdari 15mil –dan coxdur.
3:Redusentler- produsent ve komsumentlerin uzvu maddesinin sade birleşmelere su,karbon qazi ve mineral duzlara parcalayan mikroorqanizimlerdir. Bunlarin novu 75min dir. Yəni- ölü heyvan və bitki qalıqları ilə qidalanıb onları minerallaşdıran, daha doğrusu, onları produsentlərin mənimsəyə biləcəkləri şəklə qədər parçalayan orqanizmlərdir. Adətən redusentlərə saprofit yolla qidalanan bakteriyalar, göbələklər, bəzi heyvanlar (soxulcan, peyin və məzar böcəyi) və s. aiddir. Redusentlərə konsument adlanan bütün canlıları aid etmək olar. Çünki onların həyat fəaliyyəti nəticəsində üzvi maddələrin minerallaşması baş verir. Amma daha çox redusentlərə saprofit bakteriyalar və göbələklər aid edilir (qıcqırma və çürümə). 
Biosferin canlı maddəsinin təsnifatını aşağıdakı kimi vermək mümkündür.
-Bircinsli və müxtəlifcinsli canlı maddə. Bir növün, bir cinsin və ya başqa bir taksonun fərqlərinin yaratdığı maddənin biokütləsi bircinsli canlı maddə əmələ gətirir. V.İ.Vemadskinin fikrincə, bircinsli canlı maddəyə mineral (lat., minera - filiz) kimi baxmaq olar. Bilirik ki, mineral Yerin təkində və səthində əmələ gəlmiş, kimyəvi tərkibinə və fiziki xassələrinə görə təqribən bircinsli təbiət cismidir. Buraya silisium 4-oksid və silikat (metasilikat və alümosilikat turşularının duzlan) minerallannı misal göstərmək olar. Kimyəvi tərkibi, orqanizmin orta çəkisi, orqanizmin Yer kürəsinin bütün səthində yayılmasının orta sürəti kimi göstəricilərindən istifadə edərək bircinsli canlı maddəni təsvir etmək olar.
-Müxtəlifcinsli canlı maddə isə tək minerala yox mədən süxuruna, yəni minerallar toplusuna bənzəyir. Müxtəlifcinsli canlı maddənin meşədə, çöldə, istənilən ekosistemdə yaşayan canlı varlıqlar əmələ gətirmişdir. Canlı maddəyə somatik və reproduktiv maddə kimi də baxmaq mümkündür. Somatik (yun. soma - bədən) maddə orqanizmin cinsiyyət və reproduktiv hüceyrələrindən başqa, bütün hüceyrələrinin toplusudur. Reproduktiv (re - ön şəkilçi - yeniləşmə, təkrarlanma, produco - yaradıram mənasını bildirir) maddə elə maddədir ki, onun vasitəsilə biosferdə həyat daima artır, təkrarlanır. Reproduktiv canlı maddənin kütləsi somatik ilə müqayisədə cüzidir. Lakin məhz reproduktiv canlı maddə qlobal ekosistemdə arasıkəsilməzliyi (fasiləsizliyi) təmin edir. Somatik maddə reproduktiv maddənin Yerin müxtəlif guşələrinə yaymaqla, həyatın hər yerdə olmasına şərait yaradır. Biosferin bütün növ müxtəliflikləri öz aralarında qida əlaqəsi ilə bağlıdır. Biosferin əsas komponenti H20-dur (su). Onsuz üzvi aləmin və çoxsaylı geokimyəvi proseslərin inkişafı mümkün deyil. Atmosfer qazları təbii proseslərin aktiv iştirakçılarıdır. Biosferdə həm də biokimyəvi N2, 0 2, C2 tsiklləri baş verir. Biosferdən kənarda yerin müxtəlif formalı enerjisi (elektrik, isitlik və s.) kosmik enerjiyə çevrilir.
Qidalanmalarına görə canlı maddələri Vemadski iki qrupa bölür: a) avtotrof orqanizmlər (yunanca avto - özü, trophe - qidalanma) - hansılar ki, öz qidalarında bir-birindən asılı olmayaraq qeyri-üzvi maddələri istifadə edirlər. Bunlara yaşıl bitkilər aiddir. Fotosintez prosesində onlar işıqda üzvi maddələri əmələ gətirir.
b) heterotrof orqanizmlər (heteros - başqası) - özgəsi, yəni (başqa orqanizmləri əmələ gətirən qida ilə qidalanırlar), istifadə etdiyi üzvi maddələr başqa orqanizmlər tərəfindən yaradılır. Canlılar planetimizin üzərində qeyri-bərabər yayılıb: ekvatorial tropik meşələrdə, dəniz və okeanın sahil zonalarında (500 m dərinliyə qədər) müşahidə olunur. Yerin ən az məskunlaşan yerləri səhra və qütb zonalarıdır. Okeanda üzvi həyatı ancaq yuxarı laylarda görmək olar. Həmin laylarda yosunlar olduğuna görə fotosintez prosesi baş verir. Dəniz və okeanların mülayim enliklərində daha çox canlılar məskunlaşıblar, belə halda ekvatorial zonalarda kasıblıq müşahidə olunur. V.İ.Vemadski ilk dəfə olaraq elm tarixində göstərdi ki, planetin müasir görünüşünün formalaşmasında orqanizmlərin rolu böyükdür - bunlar bitkilər, heyvanlar və mikroorqanizmlərdir. Canlı maddə külli miqdarda «təsirli enerji»yə malikdir və çox mürəkkəb biogeokimyəvi funksiyanı yerinə yetirərək Yer qabığında böyük iş görür. Bu isə planetin cansız maddəsinin çevrilməsini dəfələrlə gücləndirmişdir. Yer və Ay yaşıdlardır, amma görünüşləri nə qədər də fərqlidir. Canlı maddə Günəş enerjisinin kamil varisidir. Fotosintez reaksiyasında udulmuş və istifadə edilmiş, sonra isə karbohidratlann kimyəvi eneıjisi şəklində ehtiyat formasında saxlanmış enerji 100 min böyük şəhərin 100 il ərzindəki enerjisinə bərabərdir. Canlı orqanizmlər biosferin əsas struktur hissəsidir . O bütün təbii proseslərə təsir göstərir: süxurların küləklə aparılması, kimyəvi mineral və üzvi maddələrin miqrasiyası, qarışması və s.

Vernadskinin fikrincə biosfer geoloji cəhətdən qarşılıqlı əlaqədə olan 7 hissədən ibarətdir: canlı maddə, biogen maddə, radioaktiv maddə, kosmik mənşəli maddə, seyrək yayılmış atomlar, atil və biratil maddələr.


-canlı maddələrə bitkilər, heyvanlar, mikroorqanizmlər daxildir.
-biogen maddələrə canlı orqanizmlər tərəfindən yaradılan üzvi mineral maddələr ( daş kömür, torf, neft, əhəng, gil,mərmər, qranit) daxildir.
-atil (bioətalətli ) maddələrə q/üzvi mənşəli dağ süxurları aiddir.

əsasən qeyri-üzvi maqmatik süxurlar, hansılar ki, Yer kürəsinin əsasını təşkil edir;


-biratil (bioətalətli ) maddələr canlı və cansız maddələrin sintezindən yaranır. Planetin biratil maddələrinə çöküntüsüxurları, bütün təbii sular, torpaq, sualtı torpaq(lil) daxildir.


Məsələn: bioətalətli maddələr nəticəsində yaranmış ana süxurun dəyişməsi prosesində əmələ gələn torpaqdır (litosfera, hava, su və s. təsiri ilə); torpağın əsas xüsusiyyəti onun münbitliyidir - bütün mineral maddələri və suyu təmin etməsidir və s.;



Yüklə 129,31 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə