Biosfer və onun quruluşu biosfer haqqında anlayışın mahiyyəti


Biosferdə yaranmış olan həyat və təkamülün mərhələləri



Yüklə 129,31 Kb.
səhifə5/44
tarix05.05.2023
ölçüsü129,31 Kb.
#108581
1   2   3   4   5   6   7   8   9   ...   44
BİOSFER muhazirə

3.Biosferdə yaranmış olan həyat və təkamülün mərhələləri
Orqanizmdəki biokimyəvi fəallığın əsasını günəş enerjisi təşkil edir. Bu eneıjinin mənbəyini əsasən ultrabənövşəyi şüalar, ildırım enerji boşalması və yüksək temperatur təşkil edir ki, onlann təsiri nəticəsində cansız, oksigensiz atmosferdə qeyri-üzvi maddələrdən (metan, ammonyak, karbon qazı, su buxan və s.) sadə üzvi birləşmələr (ammonium sulfat, azot birləşmələri, purin və s.) yaranmışdır. Bunlar canlı materiyanın tikinti materialını təşkil edir. Sonra onlar yuyulmuş, ərimiş və çöküntü halında okeanın dibinə yığılmış, bu isə «Başlanğıc bulyon» (Oparin-Holdeyn nəzəriyyəsi) adlandırılmışdır ki, onun da tərkibinin 0,5-1%-ni üzvi maddələrin konsentrasiyası təşkil edir. Bu mühit digər canlı orqanizmlərin yaranması üçün əlverişli şərait idi. Ammonium sulfatdan müxtəlif zülal birləşmələri sintez olunur, bu da müxtəlif azot tərkibli zəncir əmələ gətirir. Daha sonralar belə molekullar bir-biri ilə qarşılıqlı əlaqədə olaraq külli miqdarda bütöv molekulyar aqreqatlar əmələ gətirərək, milyonlarla belə molekullar birləşərək ibtidai hüceyrələri əmələ gətirir.
Yuxarıda göstərilən proseslər, yəqin ki, yerdə ilk canlı orqanizmlərin yaranmasına gətirib çıxarmışdır. Bu, təqribən 4 mlrd, əvvəl arxey erasında baş vermişdir . Belə ki, bakteriyanı xatırladan, ən qədim mikrodaşlaşmanın yaşı 3,6 mlrd, ildir. Deməli, planetimizin yaranmasından 1 mlrd, il sonra (onun yaşı 4,6 mlrd il) artıq onda primitiv həyat forması mövcud idi.
Fotosintez prosesi nəticəsində canlı orqanizmlərin Günəş enerjisini udması və onun sintez olunan orqanizm hissəciklərində toplanması qabiliyyəti bizim planetdə canlı həyatın saxlanması imkanlarını daha da artırdı. Fotosintez reaksiyasının əsas təsirli maddəsi oksigendir ki, o da atmosferə ixrac olur. Demək olar ki, karbon qazına malik olmayan son 2 mlrd, ildəki atmosfer, hazırda tamamilə karbonlaşmışdır və onun hər 5 molekulundan biri oksigen molekuludur. Bunun nəticəsi olaraq atmosferin yuxarı təbəqəsində ozon ekranı yaranır və bunun sayəsində yerin üst səthinə düşən və canlı orqanizm üçün məhvedici olan ultrabənövşəyi şüaların miqdarı azalmışdır. Bu şəkildə yerin biosferası formalaşmağa başlanmışdır. Kembri tarixinədək baş verən digər əsas hadisələrdən biri də 1,5 mlrd, il əvvəl yaranmış olan eukariotik hüceyrədir (nüvəni saxlayan). Belə hüceyrələr cinsi çoxalma prosesinə malik olaraq irsi-genetik kodunu öz əcdadlarına dəyişkənli şəkildə ötürmüşdür ki, bu da təkamül dəyişkənliyin gedişini sürətləndirmişdir. Eukariot orqanizmlərin sürətli çoxalması növbəti 400 mln. il ərzində çoxhüceyrəli həyat formalarını əmələ gətirmişdi. Çoxhüceyrəli quruluş orqanizmə bir çox üstünlüklər verir. Onların başlanğıcı bütün hüceyrəli mexanizmlərin dəfələrlə təkrarlanmasıdır. Nəticədə daha uzun müddət yaşamaq, daha çox nəsil artırmaq, daha böyük ölçüyə malik olmaq və bununla da orqanizmin daxili mühitində daha böyük fizioloji sabitliyə malik olmaq imkanı əldə edilmiş olur. Nəticədə sonrakı həyat təkamülü böyük müxtəlif formalar yaratmış, həyat özü də Yer kürəsində kosmik amilə çevrilmişdir. Əzəli həyat Yer kürəsində yalnız onun hidrosferində meydana gəlir. Qurunun məskunlaşması kembri keçid dövrünə aiddir. Proses az sulu göllərdə və onların sahillərində su bitkilərinin yaranması ilə başlanır.
Siluriy keçid dövründə bitkilər qurunu örtür: su sahilindən, aşağı təbəqədən və bataqlıqdan onlar daha hündür və quru sahələrə keçmişdir. Yaşıllığın artması ilə əlaqədar olaraq devon dövründə heyvanlar quruya çıxmağa başlamışlar. Bunlar, çox güman ki, əvvəlcə bitki qalıqları ilə, sonra isə bitkinin özü ilə qidalanmış pərayaqlılar və qurdlar olmuşlar.
Daş kömür dövrü bitkilərin inkişafının kulminasiya dövrüdür, onun da yaranmasına vulkanların aktivliyi səbəb olmuşdur. Bunun da nəticəsində atmosferə bitkinin qidalanması üçün vacib olan karbon anhidridi ixrac olunur. Bu dövr amfıbilərin hökmranlıq dövrü idi, onlar quruda çoxalma qabiliyyətinə yiyələnmişdilər. İlk suda-quruda yaşayanlar yarandı. Hava uçan böcəklərlə doldu. Perm dövründən sonra mezozoy erasında reptililərin (sürünən heyvanlar) hökmranlığı dövrü başlandı.
Lakin mezozoyun əvvəllərində artıq ilk məməlilər yaranmışdır. Təbaşir keçidi dinozavrlann faciəvi və sürətli qırılması ilə səciyyəvidir. Kaynozoy erası isə biosferanın yenidən qurulması ilə xarakterizə olunur. Yer kürəsinin üst quruluşu müasir dövrün qumluşuna bənzəməyə yaxınlaşırdı. Məməlilərin hökmranlıq dövrü başlandı. Nəhayət, insan erası gəldi. İlk insanabənzər canlı, yanmeymun və yaninsan olduğu fərz edilmiş və 15 mln. il bundan əvvəl yaranmışdır. Ancaq «Homo sapiens» (ağıllı insan) adlandırılmış insan isə 3 mln. il əvvəl yaranmışdır. Onun şüurlu həyat tərzi, əmək alətinin yaranması ilə və təbiətin öyrənilməsi ilə bağlı olub, 40 min ildir. İndiki zamanda insanın fəaliyyəti, inkişafı planetar miqyasda həm ekoloji, həm də geokimyəvi amil kimi çıxış edir. Bununla belə, insan biosferin mövcudluğu üçün real təhlükə yaratmaqdadır

Yüklə 129,31 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə