Biosfer və onun quruluşu biosfer haqqında anlayışın mahiyyəti



Yüklə 129,31 Kb.
səhifə3/44
tarix05.05.2023
ölçüsü129,31 Kb.
#108581
1   2   3   4   5   6   7   8   9   ...   44
BİOSFER muhazirə

Yeraltı hidrosfer − Onları yer altı sular adlanır. Yer kürəsinin həcminə nisbətdə hidrosferin həcmi 0,13%-i keçmir. Hidrosferin əsas hissəsini (96,53%-ni) dünya okeanı əhatə edir. Yeraltı sular payı 23,4 mln km3 təşkil edir, burada da hidrosferin ümumi həcminin 16,9%, qalanı çayların, göllərin və buzlaqların payına düşür.
Okeanların duzlu suları Yerin bütün resurslarının 98%-dən çoxunu əhatə edir. Yer üzərində şirin suların ümumi həcmi 28,25 mln km3 bərabərdir, yaxud hidrosferin ümumi həcminin 2%-nə yaxındır. Şirin suların əsas hissəsi buzlaqlarda cəmlənmişdir.
Biosferə atmosferin azon səthinə kimi olan bir hissəsi (20-25 km); litosferin üst hissəsi(2-3 km); bütün hidrosfer(okean dibindən 1-2 km aşağı) daxildir.
Biosferi ümumi qalınlığı 40 km -ə çata bilər. Biosferdə həyat q/bərabər yayılmışdır. Məs., səhrada, tundrada, okean dibində həyat zəif inkişaf etsə də biosferin digər sahələrində isə zəngin və çox müxtəlifliyi ilə fərqlənir.
. Biosferin tərkibi və sərhədləri
Biosfer qlobal ekosistem olaraq və hər hansı ekosistem kimi abiotik və biotik hissələrdən ibarətdir.
Abiotik hissə: 1) torpaq və ona məxsus süxurların canlı orqanizmlərə olan dərinliyə qədər buxarın ərazilərdə fiziki mühitlə dəyişməsini; 2) Müəyyən hündürlükdə olan atmosfer havası, hansı ki, hələ həyat mümkündür; 3) okeanların, çayların, göllərin və s. su mühitini təmsil edir.
Biotik hissə biosferin mühüm funksiyasını yerinə yetirən bütün taksonların canlı orqanizmlərindən ibarətdir. Onlarsız, yəni atomların biogen cərəyanı olmadan yer üzərində həyat olmaz. Canlı orqanizmlər həmin atomların cərəyanını biosferin bütün hissələrinin maddələrinin dəyişməsini təmin edərək özünün nəfəsalmağına, qidalanmasına və çoxalmasına görə yerinə yetirir. Atomların biosferdə biogen miqrasiyasının əsasında iki biokimyəvi prinsiplər durur.
-həyatın bütün anlarında maksimum təzahürə can atmaq;
-biogen miqrasiyanın özünü çoxaldan orqanizmlərin yaşamasının təmini.
Bu qanunauyğunluq əvvəlcə canlı orqanizmlərin ekosistemini ya da onun hissəsini yaradaraq, onların həyatına az- az uyğunlaşmış məkan tutaraq özünü biruzə verir. Lakin hər hansı bir ekosistemin özünün hüdudları olur, biosfer də planetar miqyasda öz sərhədlərini əldə edir.
Biosferin planear ekosistem kimi ümumi baxılmasında onun canlı maddəsi haqqında olan fikir, planetin ümumi canlı kütləsi kimi məna daşıyır.
V.Vernadskin planetdəki canlı orqanizmləri bütöv bir varlıq kimi başa düşürdü. Onun kimyəvi tərkibi təbiətin vahidliyini yəqinləşdirir − o cansız təbiətdə olan elementlərdən ibarətdir.
Torpaq − biosferin dünya okeanı ilə birgə bütövlükdə qlobal ekosistemə təsir edən vacib komponentidir. Bitkiləri biogen maddələrlə təmin edən məhz torpaqdır. Yerdəki torpaqlar müxtəlif olduğundan onun məhsuıldarlığı da müxtəlifdir. Məhsuldarlıq əkində humusun miqdarından, onun yığılması isə əkin horizontlarının qüvvəsi kimi yerləşdiyi yerin relyefindən və iqlim şəraitindən asılıdır.
Daha çox humuşla çöl torpaqları zəngindir. Burada humuşlaşma minerallaşmaya nisbətən sürətlə gedir. Meşə torpaqlarında isə humuş çox olsa da, minerallaşma humuşlaşmadan sürətli baş verir.
Müxtəlif göstəricilərə görə torpaqlar növlərə bölünür. Torpaq əmələ gətirən faktorlardan biri də iqlimdir. Bu mənada coğrafi zonalaşma arktik və tundra torpaqları, qara torpaqlar, boz-qumral əkinlər və boz torpaqlar, qırmızı sarı torpaqlar ayrılır.
Humusun yığılma sürəti və humuslu horizontlarla müxtəlif əkin tiplərinin yaşını hesab etmək olar . Rusiya qaratorpaqlar 2500-3000 ilə qədər boz meşə torpaqlar 800-1000 ilə qədər dövrdə yaranıb.
Torpaq əmələgəlmə sürəti ana süxurların tipindən asılıdır - həqiqi torpağın yaranmasında rütubətli tropik iqlimdə qranitlərdə 20 000 il tələb olunur.
Torpaq atmosferin və litosferin biosferin hissəsinin sərhəd qatıdır. Onda sadəcə tək təbiətdəki canlı və cansız komponentlərin dəyişməsi deyil, həm də ekosistemin çərçi-vəsində onların qarşılıqlı təsiri müşahidə olunur. Həmin ekosistemin əsas təyinatı − biosferdə maddələrin dövriyyəsinin təminatıdır.

Yüklə 129,31 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə