BiSMİllahir-rəhmanir-rəHİM



Yüklə 3,75 Mb.
səhifə25/62
tarix18.02.2018
ölçüsü3,75 Mb.
#27144
1   ...   21   22   23   24   25   26   27   28   ...   62

AYƏ 60:


﴿أَلَمْ تَرَ إِلَى الَّذِينَ يَزْعُمُونَ أَنَّهُمْ آمَنُواْ بِمَا أُنزِلَ إِلَيْكَ وَمَا أُنزِلَ مِن قَبْلِكَ يُرِيدُونَ أَن يَتَحَاكَمُواْ إِلَى الطَّاغُوتِ وَقَدْ أُمِرُواْ أَن يَكْفُرُواْ بِهِ وَيُرِيدُ الشَّيْطَانُ أَن يُضِلَّهُمْ ضَلاَلاً بَعِيدًا﴾

TƏRCÜMƏ:


«Məgər sənə nazil olana səndən əvvəlkilərə (keçmiş peyğəmbərlərə) iman gətirdiklərini güman edən, lakin (mübahisə zamanı) mühakiməni ona qarşı kafir olmaları əmr olunmuş azğınların (kafirlərin azğın hakimlərinin) yanına aparmaq istəyən kəsləri görmədin?! Şeytan onları uzun-uzadı bir zəlalətlə azdırmaq istəyir

TƏFSİR:


Özünü müsəlmançılığa vurmuş bir münafiqlə bir yəhudi arasında münaqişə yarandı. Bu barədə mühakimə yürütməyə gəldikdə, yəhudi şəxs əmanətdar və ədalətinə görə Peyğəmbəri (s) qəbul etdi. Lakin münafiq dedi ki, mən Kəb ibn Əşrəfin mühakiməsinə razıyam. (O, yəhudilərin böyüklərindən idi.) Çünki o müəyyən qədər hədiyyə verməklə Kəbin nəzər-diqqətini cəlb edəcəyini bilirdi. Yuxarıdakı ayə nazil olaraq bu əməli məzəmmət etdi.

İmam Sadiq (ə) buyurur: «Tağut o kəsdir ki, haqq əsasında hökm etməsin, Allahın fərmanının müqabilində özündən hökm versin ona itaət olunsun.»25

Əvvəlki ayədə Allah və Peyğəmbər (s) münaqişələrdə müraciət yeri kimi bəyan edilir, bu ayədə isə münaqişəli məsələlərdə tağuta müraciət edənlər tənqid atəşinə tutulur. Yuxarıdakı ayədə səlahiyyətli şəxs, bu ayədə isə səlahiyyəti olmayan şəxs bəyan edilir və buyurulur ki, həqiqi möminlər hətta tağuta müraciət etməyi belə istəməzlər. Çünki tağutla saziş bağlamaq haramdır, daxili ixtilafların həll olunmasında yadlara müraciət etmək də qadağandır.26

AYƏ 61:


﴿ وَإِذَا قِيلَ لَهُمْ تَعَالَوْاْ إِلَى مَا أَنزَلَ اللّهُ وَإِلَى الرَّسُولِ رَأَيْتَ الْمُنَافِقِينَ يَصُدُّونَ عَنكَ صُدُودًا ﴾

TƏRCÜMƏ:


«Onlara «Allahın nazil etdiyinə Onun peyğəmbərinə tərəf gəlin» deyildikdə, münafiqlərin səndən tam üz döndərmələrini başqalarını da saxlamalarını görərsən

TƏFSİR:


Münafiqlərin tağuta müraciət etmələri və yadların mühakimə yürütmələrini istəmələri təsadüfi bir hadisə deyil, onların zati xüsusiyyətləri və ruhiyyələri səmavi rəhbərlərlə müxalifət etmək və haqq yoldan üz çevirmək əsasındadır.

İNCƏ MƏTLƏBLƏR

1. Münafiqlər Allahın qanununa və Peyğəmbərin (s) fərmanlarına təslim olmurlar, lakin biz onları da haqqa dəvət etməliyik.

2. Münafiqlər camaatın Allaha qəlbən iman gətirməsi qarşısında həssas deyillər. Onların ən ümdə narahatçılıqları camaatın səmavi rəhbərlərin ətrafına toplaşmasıdır.

3. Münafiqlər öz məkrli planlarında camaatı Peyğəmbərdən (s) ayırmaq məqsədi güdürlər.

Eləcə də başqa bir yerdə oxuyuruq ki, Peyğəmbərin (s) yolunu bağlamaq Allahın yolunu bağlamaq, onu inkar etmək Allah ayələrini inkar etməkdir. «Ənam» surəsinin 33-cü ayəsində qeyd olunur: «Əlbəttə, onlar (zalimlər) səni təkzib etmirlər. Əksinə, Allahın ayələrini inkar edirlər.»

AYƏ 62:


﴿ فَكَيْفَ إِذَا أَصَابَتْهُم مُّصِيبَةٌ بِمَا قَدَّمَتْ أَيْدِيهِمْ ثُمَّ جَآؤُوكَ يَحْلِفُونَ بِاللّهِ إِنْ أَرَدْنَا إِلاَّ إِحْسَانًا وَتَوْفِيقًا ﴾

TƏRCÜMƏ:


«Belə isə, öz əlləri ilə etdiklərinin cəzası olaraq onlara bir müsibət gələn zaman (onların üzrxahlıq rüsvayçılıqları) necə olacaq? Sənin yanına gələrək Allaha and içirlər ki, bizim (kafirlərin yanına mühakiməyə getməkdə) yaxşılıqdan (iki tərəf arasında) barışıq yaratmaqdan başqa bir məqsədimiz yox idi!»

TƏFSİR:


Onların mühakimə üçün tağuta müraciət etməkdəki dəlilləri barışıq yaratmaq iddiası idi. Onlar iddia edərək deyirdilər ki, əgər münaqişəli məsələni həll etmək üçün Peyğəmbərin yanına getsəydik və o da bir şəxsin xeyrinə mühakimə yürütsəydi, şübhəsiz, o biri şəxs Peyğəmbərdən inciyər və hay-küy qoparardı ki, bu da Peyğəmbərin məqamı ilə uyğun deyildi. Buna görə də «biz Peyğəmbərin abır-heysiyyətini və hörmətini qorumaq üçün münaqişəni filankəsin yanında irəli çəkdik» – deyirdilər.

İNCƏ MƏTLƏBLƏR

1. Münafiqlər və ikiüzlü müsəlmanlar çətinlik yarandıqda və təhlükə hiss etdikləri zaman ilahi rəhbərlərin yanına gəlirlər.

2. Münafiqlər həmişə öz yaramaz və qanunsuz əməllərinə bəraət qazandırırlar.

3. Münafiqlər Allaha and içməyi öz hədəflərini gizlətmək üçün bir vasitə kimi seçirlər.



4. Münafiqlərin işlərindən biri də özlərini xeyirxah kimi qələmə vermək, barışıqdan dəm vurmaqdır.

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə