BiSMİllahir-rəhmanir-rəHİM



Yüklə 3,75 Mb.
səhifə28/62
tarix18.02.2018
ölçüsü3,75 Mb.
#27144
1   ...   24   25   26   27   28   29   30   31   ...   62

AYƏ 70-71:


﴿ ذَلِكَ الْفَضْلُ مِنَ اللّهِ وَكَفَى بِاللّهِ عَلِيمًا. يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ خُذُواْ حِذْرَكُمْ فَانفِرُواْ ثُبَاتٍ أَوِ انفِرُواْ جَمِيعًا ﴾

TƏRCÜMƏ:


70. «(Həmin şəxslərlə) bu (dostluq) Allah tərəfindən olan bir əta bəxşişdir. Allahın (hər kəsin layiq olduğu dərəcəni ona münasib olan savabı) bilməsi kifayətdir

71. «Ey iman gətirənlər, (din düşmənləri qarşısında) öz hazırlığınızı qoruyaraq silahlarınızı götürün. Beləliklə (şəraitə uyğun olaraq) dəstə-dəstə ya hamılıqla hərəkət edin köçün

TƏFSİR:


Əvvəlki ayələrdə Allaha və məsum rəhbərlərə itaət, həmçinin Peyğəmbərin (s) hakimiyyəti məsələlərinə işarə olunmuşdu. Bu ayədə isə İslam ümməti üçün qüdrət, ayıqlıq və hərbi hazırlığın zərurəti, həmçinin haqq rəhbərlik məsələsi irəli çəkilir.

«Hizr» ayıqlıq, hazırlıq və müdafiə vasitəsinə deyilir.

«Sübat» isə «sübət»in cəm forması olub pərakəndə dəstələrə (düşməni gicəlləndirərək onun fikri təmərküzünü dağıdan partizan dəstələrinə) deyilir.

İNCƏ MƏTLƏBLƏR

1. Müsəlmanlar hər bir halda hazır vəziyyətdə və ayıq olmalı, düzgün plan cızmalı, təchizat və döyüş texnikasına, yüksək ruhiyyəyə malik olmalı, daxili və xarici düşmənlərlə rəftar məsələlərindən tamamilə agah olmalı və bütün bunlara mütənasib şəkildə tədbir tökərək əməl etməlidirlər.

2. Müsəlmanlar tam hərbi hazırlığa malik olmalıdırlar.

3. Müsəlmanlar könüllü dəstələrdə birləşməlidirlər.

4. Müsəlmanlar düşmənlə qarşılaşmaq üçün müxtəlif texnika və taktikalardan istifadə etməlidirlər.

5. Müsəlmanlar özlərinin ölkə sərhədlərini qorumalıdırlar.

Bu ayənin göstərişinə əməl etmək izzət rəmzi, ondan qafil olmaq isə müsəlmanların məğlubiyyətə və tənəzzülə uğrama səbəbidir.

AYƏ 72:


﴿ وَإِنَّ مِنكُمْ لَمَن لَّيُبَطِّئَنَّ فَإِنْ أَصَابَتْكُم مُّصِيبَةٌ قَالَ قَدْ أَنْعَمَ اللّهُ عَلَيَّ إِذْ لَمْ أَكُن مَّعَهُمْ شَهِيدًا ﴾

TƏRCÜMƏ:


«Şübhəsiz, sizin aranızda (cihada yola düşməkdə) ağır tərpənən ( başqalarını da ağır tərpənməyə vadar edən), beləliklə sizə bir müsibət üz verdikdə «Allah mənə lütf kömək etdi ki, orada onlarla birgə olmadım» deyən var

TƏFSİR:


Əvvəlki ayədə düşmən qarşısında ümumi cihad hökmü və hərbi hazırlıqla əlaqədar məsələlərin davamında bu ayədə bir dəstə münafiqin ruhi vəziyyəti bəyan edilir və buyurulur: Sizin aranızda olan belə ikiüzlülər Allah yolunda döyüşən mücahidlərin cərgələrində iştirak etməmək üçün çox ciddi çalışırlar.

Lakin mücahidlər cihad meydanından qayıdanda, yaxud onların məğlub olması, yaxud şəhid edilməsi kimi müharibə xəbərləri münafiqlərə çatanda onlar çox xoşhal olub deyirlər: “Allah bizə necə böyük bir nemət əta etdi! Biz onlarla birlikdə getmədik, belə ürəkyandıran səhnələrin şahidi olmadıq.”




AYƏ 73:


﴿ وَلَئِنْ أَصَابَكُمْ فَضْلٌ مِّنَ الله لَيَقُولَنَّ كَأَن لَّمْ تَكُن بَيْنَكُمْ وَبَيْنَهُ مَوَدَّةٌ يَا لَيتَنِي كُنتُ مَعَهُمْ فَأَفُوزَ فَوْزًا عَظِيمًا ﴾

TƏRCÜMƏ:


« əgər sizə Allah tərəfindən (qələbə qənimət kimi) bir lütf mərhəmət gəlsə, o, sizinlə onun arasında əsla bir dostluq məhəbbət olmamış ( sizinlə birgə döyüşdə iştirak edə bilməzmiş) kimi deyər: «Kaş mən onlarla birgə olub böyük bir feyzə nail olaydım!k

TƏFSİR:


Həqiqi möminlərin qələbə çalması və təbii olaraq qənimət əldə etməsi xəbəri onlara çatanda sanki möminlərlə heç bir bağlılığı olmayan yadlar kimi təəssüf hissi keçirir və həsrətlə deyirdilər: «Kaş biz də mücahidlərlə birlikdə olaydıq, bizə də böyük bir pay çataydı!»

Aydındır ki, Allah yolunda şəhid olmağı bir növ bəla və müsibət, şəhadətə nail olmayıb sağ qalmağı isə bir növ ilahi nemət hesab edənlərin nəzərində böyük qələbə və əzəmətli qurtuluş maddi qələbəyə nail olmaq və müharibə qənimətlərini əldə etməkdən başqa bir şey olmayacaqdır.





Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə