BiSMİllahir-rəhmanir-rəHİM



Yüklə 3,75 Mb.
səhifə30/62
tarix18.02.2018
ölçüsü3,75 Mb.
#27144
1   ...   26   27   28   29   30   31   32   33   ...   62

AYƏ 76:


﴿ الَّذِينَ آمَنُواْ يُقَاتِلُونَ فِي سَبِيلِ اللّهِ وَالَّذِينَ كَفَرُواْ يُقَاتِلُونَ فِي سَبِيلِ الطَّاغُوتِ فَقَاتِلُواْ أَوْلِيَاء الشَّيْطَانِ إِنَّ كَيْدَ الشَّيْطَانِ كَانَ ضَعِيفًا ﴾

TƏRCÜMƏ:


«İman gətirənlər Allah yolunda vuruşurlar. Küfr edənlər isə azğının (haqqa itaətsizlik edən tüğyançının) yolunda vuruşurlar. Buna görə siz Şeytanın köməkçiləri dostlarına qarşı vuruşun. Şübhəsiz Şeytanın məkr hiyləsi həmişə (Allahın tökdüyü tədbir müqabilində) zəifdir

TƏFSİR:


Bu ayədə mücahidlərin əhval-ruhiyyələrini gücləndirmək, şücaətlərini artırmaq, düşmənlə mübarizəyə təşviq etmək, onların cərgələrini müəyyən etmək və hədəflərini aydınlaşdırmaq üçün belə buyurulur: İman gətirənlər Allah yolunda və Onun bəndələrinə faydalı olan işlər uğrunda mübarizə aparırlar. Lakin imansızlar tağutların, təxribatçı və dağıdıcı qüvvələrin yolunda vuruşurlar.

Yəni, həyat səhnəsi heç bir halda mübarizəsiz deyildir. Lakin bir dəstə haqq yolunda, digər bir dəstə isə batil və şeytan yolunda mübarizə aparır.

Ayənin davamında buyurulur: Şeytanın köməkçiləri və qoşunu ilə mübarizə aparın və onlardan əsla qorxmayın.

Tağutlar, tüğyançı qüdrətlər, hegemonlar və zalımlar zahirdə böyük və qüvvəli görünsələr belə, daxildə zəlil və bacarıqsızdırlar. Siz onların zahiri təchizatından və bər-bəzəklərindən qorxmayın. Çünki onların içləri boşdur. Onların tədbirləri də öz qüdrətləri kimi süst və zəifdir. Çünki onlar Allahın əzəli qüdrətinə deyil, şeytani qüvvələrə arxalanırlar.


AYƏ 77:


﴿أَلَمْ تَرَ إِلَى الَّذِينَ قِيلَ لَهُمْ كُفُّواْ أَيْدِيَكُمْ وَأَقِيمُواْ الصَّلاَةَ وَآتُواْ الزَّكَاةَ فَلَمَّا كُتِبَ عَلَيْهِمُ الْقِتَالُ إِذَا فَرِيقٌ مِّنْهُمْ يَخْشَوْنَ النَّاسَ كَخَشْيَةِ اللّهِ أَوْ أَشَدَّ خَشْيَةً وَقَالُواْ رَبَّنَا لِمَ كَتَبْتَ عَلَيْنَا الْقِتَالَ لَوْلا أَخَّرْتَنَا إِلَى أَجَلٍ قَرِيبٍ قُلْ مَتَاعُ الدَّنْيَا قَلِيلٌ وَالآخِرَةُ خَيْرٌ لِّمَنِ اتَّقَى وَلاَ تُظْلَمُونَ فَتِيلاً﴾

TƏRCÜMƏ:


«Məgər (cihad hökmündən qabaq Məkkədə) “(müşriklərlə döyüşdən) əl saxlayın, namaz qılın zəkat verindeyilən (lakin döyüşə tələsən), amma (Mədinədə) döyüş yazılan qərara alınan zaman, bir dəstəsi insanlardan Allah qorxusu qədər ya ondan da artıq qorxan ey Rəbbimiz, üçün bizə döyüş qərara aldın (yazdın)? üçün bizə azacıq bir möhlət vermədin?” deyən kəsləri görmədinmi?! De: “Dünyanın mənfəəti azdır təqvalılar üçün axirət daha yaxşıdır. (Orada) sizə hətta xurma çərdəyinin yarığındakı nazik tel qədər zülm olunmayacaq haqqınızdan kəsilməyəcəkdir.”»

AYƏNİN NAZİLOLMA SƏBƏBİ


İbn Abbasdan nəql olunmuşdur ki, müsəlmanlardan bir qrupu Məkkədə Qüreyş müşriklərinin şiddətli təzyiqləri və ağır işgəncələri altında olan zaman Peyğəmbərin (s) hüzuruna gəlib deyirdilər: “Biz İslamı qəbul etməzdən əvvəl möhtərəm və izzət sahibi idik. İndi o izzət və ehtiramı əldən vermişik. Düşmənlər tərəfindən əzab-əziyyətə, işgəncələrə məruz qalırıq. Əgər icazə versəydin, düşmənlə vuruşub öz izzətimizi geri qaytarardıq. Həmin zaman Peyğəmbər (s) onlara buyurmuşdu: «Hal-hazırda mənə mübarizə əmri verilməmişdir.» Lakin cihad hökmü nazil olanda əvvəllər atəşli çıxışlar edənlərin bəziləri cihada getməkdə süstlük göstərdilər. Yuxarıdakı ayə nazil olaraq müsəlmanları şücaətləndirməklə, eləcə də süst imanlıları tənqid atəşinə tutmaqla bəzi həqiqətləri bəyan etdi.

TƏFSİR:

SÖZÜNƏ ƏMƏL EDƏNLƏR


Burada buyurulur: Doğrudan da, bəzilərinin söz və əməlləri çox qəribədir! Münasib olmayan bir şəraitdə son dərəcə israr və hərarətlə, qəribə bir istəklə cihad icazəsi istəyirdilər. Lakin onlara əmr edildi ki, hal-hazırda cihad fikrində olmayın, öz ruhlarınızı saflaşdırın, namaz qılıb oruc tutun, qüvvələrinizi gücləndirin və zəkat verin. Amma cihad üçün hər bir cəhətdən şərait yarandıqdan, cihad hökmü verildikdən sonra qorxu və vəhşət hissi onların bütün varlıqlarını bürüdü, bu göstərişə qarşı çıxıb etiraz etdilər.

Onlar açıq-aşkar etiraz edərək deyirdilər ki, Pərvərdigara, nə üçün cihad hökmünü bu tezlikdə nazil etdin? Yaxşı olardı ki, bu əmri bir qədər təxirə salaydın, yaxud bu vəzifəni gələcək nəsillərin öhdəsinə qoyaydın!

Quran bu kimi şəxslərə iki cavab verir: Birincisi, ayədəki ifadələrdən aydın olur ki, onlar qüdrətli və qadir Allahdan qorxmaq əvəzinə, zəif və bacarıqsız insanlardan vəhşət hissi keçirirdilər, həm də onların camaat sarıdan keçirdikləri qorxu hissi Allahdan olan qorxularından daha artıq idi.

İkincisi: Belə şəxslərə deyilməlidir ki, cihadı tərk etməklə bir neçə gün aram yaşasanız belə, onsuz da bu fani dünyadan gedəcəksiniz. Lakin əbədi həyat pərhizkarlar üçün daha dəyərlidir. Xüsusilə öz mükafatınızı kamil şəkildə alacaqsınız. Sizə azacıq belə zülm edilməyəcəkdir.



Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə