BiSMİllahir-rəhmanir-rəHİM



Yüklə 3,75 Mb.
səhifə29/62
tarix18.02.2018
ölçüsü3,75 Mb.
#27144
1   ...   25   26   27   28   29   30   31   32   ...   62

AYƏ 74:


﴿ فَلْيُقَاتِلْ فِي سَبِيلِ اللّهِ الَّذِينَ يَشْرُونَ الْحَيَاةَ الدُّنْيَا بِالآخِرَةِ وَمَن يُقَاتِلْ فِي سَبِيلِ اللّهِ فَيُقْتَلْ أَو يَغْلِبْ فَسَوْفَ نُؤْتِيهِ أَجْرًا عَظِيمًا ﴾

TƏRCÜMƏ:


«Odur ki, gərək dünya həyatını axirətə satan kəslər Allah yolunda vuruşsunlar. Kim Allah yolunda vuruşaraq öldürülsə, yaxud qalib gəlsə, tezliklə ona böyük bir mükafat əta edəcəyik

TƏFSİR:

MÖMİNLƏRİ CİHAD ÜÇÜN HAZIRLAMAQ


Bu və bundan sonrakı bir neçə ayədə güclü imana, təsirli məntiqə və emosional əhval-ruhiyyəyə malik olanlar Allah yolunda cihada dəvət edilir. Ayənin əvvəlində buyurulur: Allah yolunda o kəslər cihad etməlidirlər ki, dünyanın əhəmiyyətsiz və alçaq həyatını axirət aləminin əbədi həyatına dəyişməyə razı olsunlar. Yəni yalnız belə bir müamiləyə razı olanlar həqiqi mücahidlərdən sayıla bilər.

Ayənin davamında buyurulur: Belə mücahidlərin taleyi tamamilə aydındır. Çünki iki haldan xaric deyillər: ya şəhid olacaqlar, ya da düşmənə qələbə çalacaqlar və hər iki halda da böyük mükafata nail olacaqlar. Şübhəsiz, bu cür güclü müqavimət ruhiyyəsinə malik olduqlarına görə məğlubiyyət onlar üçün heç bir əhəmiyyət kəsb etmir və hər iki halda özlərini qalib hesab edirlər. Hətta Peyğəmbərin (s) zamanında və ondan sonrakı dövrlərdə ölkələrin çox sürətlə fəth edilməsi barəsində kitab yazan alimlər bu məntiqi müsəlmanların inkişafında təsirli amillərdən hesab etmişlər.



AYƏ 75:


﴿وَمَا لَكُمْ لاَ تُقَاتِلُونَ فِي سَبِيلِ اللّهِ وَالْمُسْتَضْعَفِينَ مِنَ الرِّجَالِ وَالنِّسَاء وَالْوِلْدَانِ الَّذِينَ يَقُولُونَ رَبَّنَا أَخْرِجْنَا مِنْ هَـذِهِ الْقَرْيَةِ الظَّالِمِ أَهْلُهَا وَاجْعَل لَّنَا مِن لَّدُنكَ وَلِيًّا وَاجْعَل لَّنَا مِن لَّدُنكَ نَصِيرًا﴾

TƏRCÜMƏ:


«Sizə olub ki, Allah yolunda (o günlərdə müşriklərin hakimiyyəti altında olan Məkkə müsəlmanlarının, eləcə bütün əsrlərdə zəmanə imperiyalarının hakimiyyəti altında olan) kişi, qadın uşaqlardan ibarət müstəzəflərin (zəif hala salınıb həmin halda saxlanılan təbəqənin) - həmişəey Rəbbimiz, bizi əhalisi zalım olan bu şəhərdən kənara çıxart, bizə Öz tərəfindən bir başçı ver bizə Öz tərəfindən bir köməkçi təyin etdeyən kəslərin (nicatı) uğrunda vuruşmursunuz?!»

TƏFSİR:

İNSANİ DUYĞULARDAN KÖMƏK ALMAQ


Əvvəlki ayədə Allaha və Qiyamət gününə iman, eləcə də mücahidlərin xeyir və ya ziyanı əsasında dəlil gətirilərək möminlər cihada təşviq olunur. Amma bu ayədə insani duyğu və atifələrin həyəcanlandırılıb təhrik edilməsi əsasında cihada dəvət olunur və buyurulur: Nə üçün siz Allah yolunda və düşmənlərin əlində əsir olan məzlum və müdafiəsiz uşaqların, qadınların və kişilərin azadlığı yolunda cihad etmirsiniz?! Məgər insani duyğularınız, atifələriniz sakit oturaraq insan qəlbini riqqətə gətirən acınacaqlı səhnələrə tamaşa etməyə icazə verirmi?!

Sonra möminlərin insani duyğularını daha da şölələndirmək, hisslərini təhrik etmək üçün buyurulur: Bu məzlumlar və zəiflər: «Pərvərdigara! Bizi əhalisi zalım olan bu şəhərdən (Məkkədən) çıxart!» – deyə imdad diləyir, himayə olunmaq üçün Öz tərəfindən onlara bir rəhbər qərar verməsini, bir köməkçi təyin etməsini Allahdan acizanə istəyirlər.

Həqiqətdə yuxarıdakı ayə göstərir ki, Allah-təala onların duasını qəbul etmiş və bu böyük insani vəzifəni möminlərin öhdəsinə qoymuşdur. Möminlər Allah tərəfindən onların himayə olunması və xilas edilməsi üçün təyin olunmuş köməkçilərdir.

Bunu da qeyd etmək lazımdır ki, rəvayətlərdə imamlarımız (ə) buyurmuşlar: «Biz ayədə qeyd olunan həmin zəiflərik ki, camaat bizim (ilahi) hökumətə çatmağımız üçün qiyam etməlidirlər.»28



Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə