BiSMİllahir-rəhmanir-rəHİM



Yüklə 3,75 Mb.
səhifə37/62
tarix18.02.2018
ölçüsü3,75 Mb.
#27144
1   ...   33   34   35   36   37   38   39   40   ...   62

AYƏ 93:


﴿ وَمَن يَقْتُلْ مُؤْمِنًا مُّتَعَمِّدًا فَجَزَآؤُهُ جَهَنَّمُ خَالِدًا فِيهَا وَغَضِبَ اللّهُ عَلَيْهِ وَلَعَنَهُ وَأَعَدَّ لَهُ عَذَابًا عَظِيمًا ﴾

TƏRCÜMƏ:


«Kim bir mömini qəsdən öldürsə ( bu əməli halal hesab etsə), onun cəzası Cəhənnəmdir ki, orada əbədi qalacaqdır. Həmçinin Allah ona qəzəb edər, onu Öz rəhmətindən uzaqlaşdırar onun üçün böyük bir əzab hazırlayar

TƏFSİR:


«Ühüd» müharibəsinin böhranlı şəraitində müsəlmanlardan biri cahiliyyət dövründən miras qalmış şəxsi ədavətə görə digər bir müsəlmanı öldürdü. Peyğəmbər (s) vəhy yolu ilə bu işdən agah oldu və «Ühüd»dən qayıdarkən Quba adlı yerdə həmin mömin qatilin qətlinə fərman verdi. Bu kimi hallarda qatilin tövbə etməsinə və peşman olmasına heç vaxt əhəmiyyət verilmir.36

Müqəddəs İslam dini müsəlmanın canının qorunması, eləcə də ayrı-ayrı fərdlərin təhlükəsizliyinin təmin olunmasına son dərəcə böyük əhəmiyyət verir, mömin bir adamı qəsdən qətlə yetirənlərə əbədi əzab vədəsi verir ki, ağır cinayətlərin və qətl hadisələrinin qarşısı alınsın. Bu ayədə gələn «mömini qəsdən öldürmək» ifadəsi heç bir günah barəsində qeyd olunmamışdır.



İNCƏ MƏTLƏBLƏR

İslam quruluşunda heç bir məqamın və şəxsin başqalarını nahaq yerə qətlə yetirməyə və ya edam etməyə haqqı yoxdur. Buna görə də qəsdən törədilən qətl üçün qatildən bu dünyada qisas alınaraq cəzalandırılmasından əlavə, axirətdə də aşağıdakı dörd cür şiddətli əzab verilir:

1. Hər kəs imanlı bir adamı qəsdən qətlə yetirsə, onun cəzası cəhənnəmdir ki, orada həmişəlik qalacaqdır.

2. Allah ona qəzəb edəcəkdir.

3. Allah onu Öz rəhmətindən məhrum edəcəkdir.

4. Onun üçün böyük bir əzab hazırlamışdır.



Nahaq yerə adam öldürmək ən böyük cinayət və ən təhlükəli günahlardan biridir ki, əgər onunla ciddi şəkildə mübarizə aparılmazsa, sağlam cəmiyyətin mühüm şərtlərindən biri olan əminamanlıq və təhlükəsizlik bütünlüklə aradan gedəcəkdir. Quran günahsız bir adamın nahaq yerə öldürməyi yer üzündə olan bütün insanların öldürülməsinə bərabər hesab edir.

AYƏ 94:


﴿يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ إِذَا ضَرَبْتُمْ فِي سَبِيلِ اللّهِ فَتَبَيَّنُواْ وَلاَ تَقُولُواْ لِمَنْ أَلْقَى إِلَيْكُمُ السَّلاَمَ لَسْتَ مُؤْمِنًا تَبْتَغُونَ عَرَضَ الْحَيَاةِ الدُّنْيَا فَعِندَ اللّهِ مَغَانِمُ كَثِيرَةٌ كَذَلِكَ كُنتُم مِّن قَبْلُ فَمَنَّ اللّهُ عَلَيْكُمْ فَتَبَيَّنُواْ إِنَّ اللّهَ كَانَ بِمَا تَعْمَلُونَ خَبِيرًا﴾

TƏRCÜMƏ:


«Ey iman gətirənlər, Allah yolunda (cihad etmək üçün) səfərə çıxdığınız zaman diqqətlə araşdırma aparın sizə salam verən zahirdə İslama mənsubiyyət bildirən şəxsə, dünya həyatının mənfəətini əldə etmək istəyərək (bu bəhanə ilə onu öldürmək üçün) «sən mömin deyilsən» deməyin, halbuki Allah yanında çoxlu qənimətlər vardır. Bundan qabaq siz , Allah (həqiqi imanla) sizin boynunuza haqq qoyana kimi elə idiniz (dildə iman gətirdiyinizi bildirir həmçinin dünya mənfəəti üçün adam öldürürdünüz). Buna görə gərək araşdırma aparasınız. Həqiqətən Allah etdiklərinizdən xəbərdardır

AYƏNİN NAZİLOLMA SƏBƏBİ


Qeyd olunur ki, Peyğəmbəri-Əkrəm (s) Xeybər müharibəsindən qayıdan zaman Üsamə ibn Zeydi bir dəstə müsəlmanla Fədək kəndlərindən birində olan yəhudilərə doğru göndərdi ki, onları İslama dəvət etsin, yaxud İslamı qəbul etmədikləri təqdirdə zimmə şərtlərini qəbul etsinlər.

İslam qoşununun gəlişindən xəbər tutan Mirdas adlı bir yəhudi onları qarşılamağa çıxdı. Allahın birliyinə və Peyğəmbərin (s) nübüvvətinə şəhadət verirdi.

Üsamə o yəhudinin öz canının qorxusundan və mal-dövlətini qorumaq üçün zahirdə İslamı qəbul etdiyini, batində isə müsəlman olmadığını güman edərək hücum edib onu öldürdü.

Bu xəbər Peyğəmbərə (s) çatdıqda çox narahat oldu və buyurdu: «Sən bir müsəlman öldürmüsən!» Üsamə narahat oldu və dedi ki, bu kişi canının qorxusundan və mal-dövlətini qorumaq üçün zahirdə İslamı qəbul etmişdi. Peyğəmbər (s) buyurdu: «Sən ki onun batinindən agah deyildin! Nə bilirsən, ola bilsin ki, həqiqətən müsəlman olmuşdu.» Bu zaman yuxarıdakı ayə nazil oldu.


TƏFSİR:


Bu ayədə ittihama məruz qalması mümkün olan günahsız şəxslərin canının qorunması üçün ehtiyat göstərişi verilir və buyurulur: Ey iman gətirənlər! Allah yolunda hərəkət etdiyiniz zaman axtarış aparın, İslamı izhar edən şəxslərə «sən müsəlman deyilsən!» deməyin.

Sonra əlavə edilir ki, bu dünyanın müvəqqəti nemətləri xatirinə İslam izhar edənləri ittiham etməyin, onları düşmən adı ilə qətlə yetirməyin və mal-dövlətini qənimət almayın. Halbuki, əbədi və dəyərli qənimətlər yalnız Allahın yanındadır. Baxmayaraq ki, keçmişdə belə idi. Siz cahiliyyət dövründə apardığınız müharibələrdə yalnız qənimət məqsədi güdürdünüz. Lakin indi İslamın və Allahın sizə qoyduğu minnət sayəsində bu vəziyyətdən xilas olmusunuz. Bu böyük nemətin şükrünü yerinə yetirmək üçün öz işlərinizdə dərindən təhqiqat aparın. Bunu da bilin ki, Allah sizin bütün əməl və niyyətlərinizdən agahdır.

Cihad – yaradılış aləmində mövcud olan ümumi bir qanundur. Bütün dünya varlıqları – istər bitkilər, istərsə də heyvanlar – öz mənafeləri qarşısında olan maneələri cihad vasitəsi ilə aradan qaldırırlar ki, istədikləri kamal həddinə çata bilsinlər.

Əlbəttə, buna da diqqət yetirmək lazımdır ki, cihad müdafiə yönünə malik olmaqdan əlavə, bəzi vaxtlar hücum xarakterli, bəzən də elmi, iqtisadi, mədəni və siyasi xarakterli ola bilər.




Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə