BiSMİllahir-rəhmanir-rəHİM



Yüklə 3,75 Mb.
səhifə45/62
tarix18.02.2018
ölçüsü3,75 Mb.
#27144
1   ...   41   42   43   44   45   46   47   48   ...   62

AYƏ 115:


﴿ وَمَن يُشَاقِقِ الرَّسُولَ مِن بَعْدِ مَا تَبَيَّنَ لَهُ الْهُدَى وَيَتَّبِعْ غَيْرَ سَبِيلِ الْمُؤْمِنِينَ نُوَلِّهِ مَا تَوَلَّى وَنُصْلِهِ جَهَنَّمَ وَسَاءتْ مَصِيرًا ﴾

TƏRCÜMƏ:


«Kim hidayət yolu ona aydın olduqdan sonra Bizim göndərdiyimiz peyğəmbərlə müxalifət düşmənçilik etsə möminlərin yolundan başqa bir yola tabe olsa, onu elə üz tutduğu tərəfə yönəldər, Cəhənnəmə daxil edər onun hərarətini ona daddırarıq. Ora pis bir dönüş yeridir»

TƏFSİR:


«Yuşaqiq» sözünün məsdəri olan «müşaqəqət» özünü bir tərəfdə, Rəsuli-Əkrəmi (s) isə digər tərəfdə qərar verməyə deyilir. Bu, ədavətlə yanaşı, həm də agahlıq üzündən müxalifətə başlayaraq işdə maneçilik törətməyə deyilir.

Buna əsasən, bir kəs üçün haqq yol aydın olduqdan sonra Rəsuli-Əkrəmin (s) əmr və fərmanları müqabilində təslim olmaq və onlara qeydsiz-şərtsiz itaət etmək vacib, müxalifət etmək isə haramdır. Bunu da qeyd etmək lazımdır ki, Allah-təala höccəti tamam etməzdən öncə heç kəsi cəhənnəmə aparmaz.



Rəsuli-Əkrəm (s) və İslam ümməti ilə müxalifət etmək Allahdan başqasının vilayəti dairəsinə keçmək və cəhənnəmə süqut etmək sayılır. Ayənin mənası belə olur ki, hər kəs İslam dinindən, möminlərin yolundan başqa bir yolla getsə, hər bir halda günahkardır və Biz onu, özünə arxa və sığınacaq hesab etdiyi bütlərə həvalə edər, zəlalət və azğınlıq yolunu seçdiyinə, hidayət yoluna arxa çevirdiyinə görə onu cəhənnəmə atarıq ki, öz yaramaz əməllərinin cəzasını dadsın. Cəhənnəm necə də pis yerdir!

AYƏ 116:


﴿ إِنَّ اللّهَ لاَ يَغْفِرُ أَن يُشْرَكَ بِهِ وَيَغْفِرُ مَا دُونَ ذَلِكَ لِمَن يَشَاء وَمَن يُشْرِكْ بِاللّهِ فَقَدْ ضَلَّ ضَلاَلاً بَعِيدًا ﴾

TƏRCÜMƏ:


«Şübhəsiz, Allah Ona şərik qoşulmasını (bu günahı, tövbəsiz) bağışlamaz ondan başqasını (ondan başqa ya aşağı günahları) istədiyi şəxs üçün (bəzi şərtlərlə, hətta tövbəsiz belə,) bağışlayar. Allaha şərik qoşan kəs, həqiqətən uzun-uzadı bir azğınlığa düşmüşdür

TƏFSİR:


Çox çirkin ruhi xəstəlik olan şirkin kökləri kəsilməyincə gözəl əxlaq və saleh əməlin heç bir faydası yoxdur. Saleh əməllər də şirkin yeganə dərmanıdır və müşrik adam şirk məhvərindən xaric olmalıdır ki, ilahi əfv və rəhmətə nail ola bilsin. İlahi məğfirət yolları da əfv, yaxşı iş, böyük günahlardan uzaq olmaq və tövbə etməkdən ibarətdir.

AYƏ 117:


﴿ إِن يَدْعُونَ مِن دُونِهِ إِلاَّ إِنَاثًا وَإِن يَدْعُونَ إِلاَّ شَيْطَانًا مَّرِيدًا ﴾

TƏRCÜMƏ:


«Onlar Allahdan başqa yalnız qızları (qəbilələrin ögey qızları hesab edilən bütləri) çağırır (əslində) yalnız azğın itaətsiz Şeytanı səsləyirlər

TƏFSİR:


Əvvəlki ayədə müşriklərin zəlalətdə, azğınlıqda olduğu bəyan edilirdi. Bu ayədə isə onun əsas kökləri və mənşəyi bəyan edilir. Məkkə müşrikləri özlərinin puç xəyallarına əsasən mələklərə pərəstiş edir və onları «Allahın qızları» adlandırırdılar. Bu da bir növ yanlış fikir və haqdan azmaq idi.

AYƏ 118:


﴿ لَّعَنَهُ اللّهُ وَقَالَ لَأَتَّخِذَنَّ مِنْ عِبَادِكَ نَصِيبًا مَّفْرُوضًا ﴾

TƏRCÜMƏ:


«Allah ona lənət etdi onu Öz rəhmətindən uzaqlaşdırdı. O dedi: «And olsun ki, mən Sənin bəndələrindən (özüm üçün) müəyyən bir pay götürəcəyəm». (Dünyada bütün kafir fasiqlər, axirətdə isə müqəssir kafirlər şəfaətin şamil olmadığı fasiqlər onundur.)»

TƏFSİR:


Şeytanın bütün bədbəxtçiliklərinin mənşəyi onun Allah rəhmətindən uzaqlaşdırılaraq əbədi lənətə düçar olmasıdır. Şeytan insanın ən qədim düşməni olduğuna görə onu yoldan azdırmaq üçün heç bir səyini əsirgəmir. Agah olun ki, onun tələsinə düşməyəsiniz.

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə