BiSMİllahir-rəhmanir-rəHİM



Yüklə 3,75 Mb.
səhifə42/62
tarix18.02.2018
ölçüsü3,75 Mb.
#27144
1   ...   38   39   40   41   42   43   44   45   ...   62

AYƏ 105:


﴿ إِنَّا أَنزَلْنَا إِلَيْكَ الْكِتَابَ بِالْحَقِّ لِتَحْكُمَ بَيْنَ النَّاسِ بِمَا أَرَاكَ اللّهُ وَلاَ تَكُن لِّلْخَآئِنِينَ خَصِيمًا ﴾

TƏRCÜMƏ:


«Həqiqətən Biz bu kitabı sənə haqq olaraq (uca ağılın təsdiq etdiyi bir məqsədlə) nazil etdik ki, insanlar arasında Allahın sənə göstərdiyi əsasda hökm çıxarasan. Xainlərin müdafiəçisi olma!»

TƏFSİR:


Mötəbər təfsirlərdə qeyd olunur ki, müsəlmanlardan kimsə müharibələrin birində başqasının zirehli paltarını oğurladı. Amma rüsvay olacağından qorxduğu üçün onu bir yəhudinin evinə atdı və bir neçə nəfəri toplayıb onlara göstərmək istədi ki, yəhudi oğurluq etmişdir. Bu məsələni Peyğəmbərdən (s) soruşduqda yuxarıdakı ayə nazil oldu. Bu ayədə əvvəlcə Peyğəmbərə (s) tövsiyə edilir ki, bu səmavi kitabı – Quranı göndərməkdə əsas məqsəd ədalətin və haqq prinsiplərinin cəmiyyətdə icra olunmasıdır. Biz bu kitabı haqq olaraq sənə göndərdik ki, Allahın sənə öyrətdiyi əsasda camaat arasında hökm edəsən.

Sonra Peyğəmbərə (s) xəbərdarlıq edilir ki, heç vaxt xainləri himayə edənlərdən olmasın.

«Məcməul-bəyan» təfsirində qeyd olunur ki, bu ayənin Peyğəmbərə (s) xitab etməsinə baxmayaraq, əsas məqsəd İslam ümmətidir. Çünki bütün ümmətin fikir birliyinə əsasən, Peyğəmbər (s) hər növ günah və çirkinlikdən uzaqdır.

Buna əsasən, Quran haqq əsasında nazil olunduğundan, mühakimələr və verilən hökmlər də haqq çərçivəsində olmalıdır. İslamda, hətta qeyri müsəlmanlara qarşı belə ədalətlə rəftar etmək zəruridir (bu, ayənin nazilolma səbəbinə diqqət yetirməklə aydın olur.)


AYƏ 106:


﴿ وَاسْتَغْفِرِ اللّهِ إِنَّ اللّهَ كَانَ غَفُورًا رَّحِيمًا ﴾

TƏRCÜMƏ:


«Allahdan bağışlanmaq dilə ki, həqiqətən Allah həmişə çox bağışlayan və mehribandır.»

TƏFSİR:


Bu ayədə Peyğəmbərə (s) göstəriş verilir ki, Allahdan bağışlanmaq istəsin, şübhəsiz, Allah bağışlayan və mehribandır.

«Məcməul-bəyan»dan nəql etdiyimiz kimi, əvvəlki ayədə əsas etibarı ilə İslam ümmətinə xitab olunur və Peyğəmbərə (s) buyurulur ki, ümməti üçün bağışlanmaq istəsin, çünki Peyğəmbərin (s) özü hər növ günahdan uzaqdır.


AYƏ 107:


﴿ وَلاَ تُجَادِلْ عَنِ الَّذِينَ يَخْتَانُونَ أَنفُسَهُمْ إِنَّ اللّهَ لاَ يُحِبُّ مَن كَانَ خَوَّانًا أَثِيمًا ﴾

TƏRCÜMƏ:


«Özlərinə xəyanət edən ( öz qəbilələrinin etdiyi oğurluğu bir yəhudinin boynuna atan) kəsləri müdafiə etmə ki, Allah xəyanətkar günahkar şəxsi sevmir (müsəlmanlardan biri digərinin zirehini oğurlayıb onu bir yəhudinin boynuna atmışdı. İş məhkəməlik oldu oğrunun qəbiləsi Peyğəmbərdən (s) müsəlmanın abrını qorumaq üçün onun lehinə hökm etməsini istədi. Səkkizə yaxın ayə bu hadisə ilə bağlıdır)

TƏFSİR:


İslam rəhbərləri xainləri tanımalı və onların məkrli planlarından agah olmalıdırlar ki, münasib mövqe seçə bilsinlər. Bunu da qeyd etmək lazımdır ki, insanın cəmiyyət üzvlərinə etdiyi zülm və xəyanət elə onun özünə rəva gördüyü xəyanət və zülmdür. Çünki bu kimi qeyri-insani xislət cəmiyyəti pozğunluğa aludə edir və bu aludəlik də zamanın keçməsi ilə insanın özünə də gəlib çatır. Buna görə də xaini müdafiə etmək haram, günahda şərik olmaq və xəyanətə razılıqdır.

Əlbəttə, bunu da qeyd etməliyik ki, bilməməzlik və sadəlik üzündən olan cüzi xəyanətlər fitnə-fəsad əhli olan, məkrli tədbirlər tökən xəyanətkarın xəyanətindən tamamilə ayrıdır (yəxtanun, xəvvan, əsim – işi-peşəsi xəyanət olanlara deyilir), buna görə də ayənin axırında buyurulur ki, Mütəal Allah xəyanət edənləri sevmir.


AYƏ 108:


﴿ يَسْتَخْفُونَ مِنَ النَّاسِ وَلاَ يَسْتَخْفُونَ مِنَ اللّهِ وَهُوَ مَعَهُمْ إِذْ يُبَيِّتُونَ مَا لاَ يَرْضَى مِنَ الْقَوْلِ وَكَانَ اللّهُ بِمَا يَعْمَلُونَ مُحِيطًا ﴾

TƏRCÜMƏ:


«Camaatdan gizlədirlər, Allahdan isə gizlətmirlər (həmin işin Allahdan gizli olmamasından qorxmurlar), halbuki Allah Onun razı olmadığı söz barəsində gecə araşdırma aparıb çarə fikirləşdikləri zaman (Peyğəmbərə(s) müsəlmanın xeyrinə hökm etməsini deməyi planlaşdırarkən) onlarla birgə idi. Allah həmişə onların etdiklərini (elm qüdrət baxımından) əhatə etmişdir

TƏFSİR:


Mütəal Allah bu ayədə xainləri məzəmmət edərək buyurur: Onlar öz batini əməllərinin camaat arasında ifşa olunmasından xəcalət çəkirlər. Lakin Allah qarşısında xəcalət çəkmirlər. Halbuki, Allah hər bir yerdə hazırdır, onların gecə yarısı tökdükləri məkrli tədbirlərdən, Allahın razı olmadığı sözləri dedikləri zaman onlarla idi və onların bütün əməllərinə əhatəlidir.

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə