BiSMİllahir-rəhmanir-rəHİM



Yüklə 3,75 Mb.
səhifə41/62
tarix18.02.2018
ölçüsü3,75 Mb.
#27144
1   ...   37   38   39   40   41   42   43   44   ...   62

AYƏ 103:


﴿فَإِذَا قَضَيْتُمُ الصَّلاَةَ فَاذْكُرُواْ اللّهَ قِيَامًا وَقُعُودًا وَعَلَى جُنُوبِكُمْ فَإِذَا اطْمَأْنَنتُمْ فَأَقِيمُواْ الصَّلاَةَ إِنَّ الصَّلاَةَ كَانَتْ عَلَى الْمُؤْمِنِينَ كِتَابًا مَّوْقُوتًا﴾

TƏRCÜMƏ:


«(Xof) namazı() tamamladıqdan sonra (bütün hallarda) duran, oturan böyrü üstə uzanan halda Allahı yada salın (düşmənin şərindən) amanda olduğunuz zaman namaz(ı adi qaydada) qılın. Şübhəsiz namaz möminlərə həmişə vacib olan bir qərardır

TƏFSİR:

NAMAZ FƏRİZƏSİNİN ƏHƏMİYYƏTİ


Xof namazına, yəni hətta müharibə şəraitində belə, namazın bərqərar edilməsinə dair göstəriş verilməsinin ardınca bu ayədə buyurulur: Namazı qurtardıqdan sonra Allahı yad etməyi unutmayın: ayaq üstə, oturan halda və böyrü üstə yatdığınız zaman Allahı yad edin və Ondan kömək istəyin.

Bütün bu hallarda Allahı yad etmək dedikdə bəlkə də müharibə şəraitində əsgərlərin bəzən ayaq üstə, bəzən oturan halda, bəzən isə böyrü üstə və uzanan halda müxtəlif müharibə texnikasından istifadə etdikləri hallar nəzərdə tutula bilər.

Başqa sözlə desək, məqsəd budur ki, hər bir halda − ayaq üstə, oturan halda və yatanda, eləcə də həm sağlam vəziyyətdə, həm də xəstə halında, hətta düşmən qarşısında belə Allahı yad edin.40

Yuxarıdakı ayədə həqiqətdə mühüm bir İslami göstərişə işarə edilir və buyurulur ki, müəyyən olunmuş vaxtlarda namaz qılmağın mənası insanın digər hallarda Allahdan qafil olması demək deyildir.

Sonra buyurulur: Xof namazının qılınma qaydası müstəsna bir yönə malikdir və xof haləti aradan getdiyi zaman namazı özünün adi qaydasında qılmalısınız.

Ayənin axırında namaza diqqət yetirməklə əlaqədar bütün bu tövsiyələrin sirri barəsində buyurulur ki, namaz hər zaman və bütün nəsillər üçün qəti ilahi vacibatlardan biridir və heç vaxt imandan ayrılmaz. Hədislərdə də «məvqut» kəlməsi «vacib və müəyyən vaxtlarda sabit olan» kimi təfsir edilmişdir.41


AYƏ 104:


﴿ وَلاَ تَهِنُواْ فِي ابْتِغَاء الْقَوْمِ إِن تَكُونُواْ تَأْلَمُونَ فَإِنَّهُمْ يَأْلَمُونَ كَمَا تَأْلَمونَ وَتَرْجُونَ مِنَ اللّهِ مَا لاَ يَرْجُونَ وَكَانَ اللّهُ عَلِيمًا حَكِيمًا ﴾

TƏRCÜMƏ:


«(Kafirlərdən olan) o dəstəni axtarmaqda təqib etməkdə süstlük göstərməyin. Əgər siz ağrı əziyyət çəkirsinizsə, onlar da sizin kimi ağrı əziyyət çəkirlər, (halbuki,) siz Allahdan elə bir şeyə ümid edirsiniz ki, onlar (buna) ümid etmirlər. Allah həmişə (hər şeyi) bilən hikmətlidir

TƏFSİR:

AYƏNİN NAZİLOLMA SƏBƏBİ


İbn Abbasdan nəql olunmuşdur ki, ağır «Ühüd» müharibəsindən sonra Peyğəmbər (s) «Ühüd» dağına çıxdı. Əbu Süfyan dağın ətəyində dayanıb fatehlərə məxsus olan bir qürurla fəryad etdi: «Ey Məhəmməd! Bu günkü qələbəmiz «Bədr»dəki məğlubiyyətimizin əvəzində olsun!» Peyğəmbər (s) müsəlmanlara buyurdu: «Dərhal ona cavab verin!» Müsəlmanlar dedilər: «Bizim vəziyyətimiz heç vaxt sizinlə bərabər ola bilməz! Bizim şəhidlərimiz behiştdə, sizin öldürülənləriniz isə cəhənnəmdədir.» Əbu Süfyan fəryad etdi: «Bizim böyük Üzza bütümüz var, sizin isə yoxunuzdur!» Peyğəmbər (s) buyurdu: «Siz onların şüarlarının müqabilində belə deyin: Bizim başçımız və arxamız Allahdır, sizin isə başçı və arxanız yoxdur!» Əbu Süfyan İslamın bu canlı şüarları qarşısında özünü aciz gördü və Üzzadan əl çəkib Hübələ sığındı və fəryad etdi: «Yaşasın Hübəl!» Peyğəmbər (s) göstəriş verdi ki, cahiliyyət dövrünə mənsub olan bu şüara daha güclü bir şüarla cavab versinlər və «Allah yüksək və ucadır!» (“Allahu əkbər!”) desinlər.

Əbu Süfyan özünün müxtəlif şüarlarının heç bir fayda vermədiyini gördükdə belə fəryad etdi: «Bizim görüş yerimiz kiçik Bədr diyarı olsun!»

Müsəlmanlar döyüş meydanından qayıtdılar, onlar ağrılı-acılı «Ühüd» hadisələrindən çox narahat və qəmgin idilər. Bu zaman ayə nazil oldu və onlara xəbərdarlıq verdi ki, müşrikləri təqib edərkən səhlənkarlığa yol verməsinlər və bu acı hadisələrdən narahat olmasınlar.

Ayənin nazilolma səbəbi biz müsəlmanlara bunu xatırladır ki, düşmənin heç bir taktikasını nəzərdən qaçırmamalı, onların məntiqi müqabilində daha güclü məntiqlər və silahları müqabilində daha üstün və güclü silahlar əldə etməliyik. Əks halda hadisələrin gedişatı düşmənin xeyrinə tamam olacaqdır. Buna əsasən, hər bir əsrdə, xüsusilə, yaşadığımız müasir dövrdə müsəlmanları hər bir tərəfdən əhatə edən dərdli-qəmli və dəhşətli hadisələr, eləcə də insan cəmiyyətlərini mənəvi ölümə sürükləyən əxlaqsızlıqlar qarşısında təəssüflənmək əvəzinə, çox ciddi fəaliyyətə başlamaq, düşmənlərin əxlaqsız mətbuat və kitabları müqabilində sağlam ruhiyyəli kitab və nəşrləri yaymaq lazımdır. Biz bəşəriyyət və mənəviyyat düşmənlərinin hər bir şeylə təchiz olunmuş təbliğat vasitələri müqabilində ən yaxşı təchiz olunmuş gündəlik təbliğat vasitələrindən istifadə etməliyik. Müxtəlif siyasi, ictimai və iqtisadi məktəblərdə irəli sürülən layihələr, tezislər və s. müqabilində İslamın hərtərəfli layihələrini gündəlik tələbata uyğun şəkildə hazırlayıb hamının ixtiyarına verməliyik. Məhz bu yoldan istifadə edərək, öz varlığımızı qoruyaraq həm maddi, həm də mənəvi cəhətdən inkişaf edə bilərik.


TƏFSİR:


Cihad və hicrətlə əlaqədar olan ayələrin ardınca bu ayədə müsəlmanlarda yüksək fədakarlıq ruhiyyəsi yaratmaq üçün buyurulur: Düşməni təqib etməkdə heç vaxt süstləşməyin.

Gərək inadkar düşmənlər müqabilində özünüzdəki hücum ruhiyyəsini daim qoruyub saxlayasınız, düşmənin ruhiyyəsini sarsıtmaq üçün ciddi şəkildə çalışmalısınız.

Sonra bu hökm üçün daha canlı və aydın bir dəlil bəyan edilir və buyurulur: Nə üçün siz süstləşməlisiniz, halbuki, əgər siz cihad meydanında giriftar və əzaba düçar olmusunuzsa düşmənləriniz də bu cəhətdən əzab-əziyyətə düçar olmuşlar. Fərqiniz bundadır ki, siz ilahi rəhmətə, Pərvərdigarın geniş mərhəmətinə ümid bəsləyirsiniz, lakin onlarda belə bir ümid yoxdur.

Ayənin axırında daha artıq təkidlə buyurulur: Unutmayın ki, bütün bu narahatlıqlar, əzab-əziyyətlər, səylər, bəzən baş verən süstlüklər və laqeydliklər Pərvərdigari-aləmin nəzərindən gizli deyildir.



Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə