BiSMİllahir-rəhmanir-rəHİM



Yüklə 3,75 Mb.
səhifə38/62
tarix18.02.2018
ölçüsü3,75 Mb.
#27144
1   ...   34   35   36   37   38   39   40   41   ...   62

AYƏ 95:


﴿لاَّ يَسْتَوِي الْقَاعِدُونَ مِنَ الْمُؤْمِنِينَ غَيْرُ أُوْلِي الضَّرَرِ وَالْمُجَاهِدُونَ فِي سَبِيلِ اللّهِ بِأَمْوَالِهِمْ وَأَنفُسِهِمْ فَضَّلَ اللّهُ الْمُجَاهِدِينَ بِأَمْوَالِهِمْ وَأَنفُسِهِمْ عَلَى الْقَاعِدِينَ دَرَجَةً وَكُـلاًّ وَعَدَ اللّهُ الْحُسْنَى وَفَضَّلَ اللّهُ الْمُجَاهِدِينَ عَلَى الْقَاعِدِينَ أَجْرًا عَظِيمًا﴾

TƏRCÜMƏ:


«Cismində xəsarət digər üzrü olmadan (müstəhəbbi ya vacibi-kifayi) cihada getməyib (evdə) oturan möminlər, Allah yolunda mal canları ilə cihad edənlərlə əsla bir deyildirlər. Allah mal canları ilə cihad edənləri (evdə) oturanlardan (yüksək) bir dərəcə ilə üstün etmişdir Allah onların hər birinə (iman əməli müqabilində) yaxşı bir mükafat vəd etmişdir. Allah cihad edənlərə (evdə) oturanlardan daha böyük mükafatla üstünlük əta etmişdir

TƏFSİR:


Əvvəlki ayələrdə cihad barədə söhbət gedirdi. Bu ayədə isə mücahidlərlə cihad meydanlarına getməyənlər müqayisə edilir və buyurulur: Cihadda iştirak etməyə mane ola biləcək xüsusi bir xəstəlik, yaxud narahatçılıq olmadan cihaddan imtina edənlər heç vaxt haqq kəlməsinin yüksəldilməsi üçün malları və canları ilə Allah yolunda cihad edənlərlə – mücahidlərlə bir ola bilməzlər.

Sonra mücahidlərin başqalarından olan üstünlüyü aşkar şəkildə belə bəyan edilir: Allah-təala öz malları və canları ilə Onun yolunda mübarizə aparanlara, cihad meydanında iştirak etməkdən imtina edənlərə nisbətən böyük üstünlük əta etmişdir.

Lakin bu kimi mücahidlərin qarşısında elələri vardır ki, cihad onlara vacibi-eyni deyildir və xəstəlik, bacarıqsızlıq və digər müəyyən səbəblər üzündən cihadda iştirak edə bilmədiklərinə görə onların saleh əməl, gözəl niyyət, iman və sair yaxşı əməllərinin mükafatı aradan getməsin deyə, onlara da gözəl vədə verilir və buyurulur ki, Allah hər iki dəstəyə – həm mücahidlərə, həm də evlərində oturanlara gözəl mükafatlar vədəsi vermişdir.

Lakin İslam məntiqində cihadın əhəmiyyəti bundan daha artıq olduğu üçün bir daha mücahidlərdən söhbət açılır və təkid olunur ki, Allah mücahidləri cihada getməyənlərdən böyük bir mükafatla seçib üstün etmişdir.


AYƏ 96:


﴿ دَرَجَاتٍ مِّنْهُ وَمَغْفِرَةً وَرَحْمَةً وَكَانَ اللّهُ غَفُورًا رَّحِيمًا ﴾

TƏRCÜMƏ:


«Öz tərəfindən (dünya axirətdə) dərəcələr, bağışlanmaq rəhmətlə! Allah həmişə bağışlayan mehribandır

TƏFSİR:


Bu ayədəki «böyük mükafat» belə təfsir olunur: Allah tərəfindən mühüm bir dərəcələr, bağışlanmaq və rəhmət onlara nəsib olacaqdır.

Ayənin axırında buyurulur: Əgər həmin şəxslər öz ilahi vəzifələrini yerinə yetirərkən müəyyən günahlara mürtəkib olub öz əməllərindən peşman olsalar, Allah onlara bağışlanmaq vədəsi verər. Çünki Allah bağışlayan və mehribandır.



AYƏ 97:


﴿إِنَّ الَّذِينَ تَوَفَّاهُمُ الْمَلآئِكَةُ ظَالِمِي أَنْفُسِهِمْ قَالُواْ فِيمَ كُنتُمْ قَالُواْ كُنَّا مُسْتَضْعَفِينَ فِي الأَرْضِ قَالْوَاْ أَلَمْ تَكُنْ أَرْضُ اللّهِ وَاسِعَةً فَتُهَاجِرُواْ فِيهَا فَأُوْلَـئِكَ مَأْوَاهُمْ جَهَنَّمُ وَسَاءتْ مَصِيرًا﴾

TƏRCÜMƏ:


«Həqiqətən mələklər özlərinə zülm etməkdə olan kəslərin canlarını alarkən (onlara) deyəcəklər: “(Din baxımından) (vəziyyət) idiniz?”. Deyəcəklər: “Biz yer üzündə (iman əməl cəhətdən) zəif (vəziyyətdə saxlanılmış halda) idik”. Mələklər deyəcəklər: “Məgər Allahın yeri geniş deyildi ki, orada (küfr mühitindən İslam mühitinə) hicrət edəydiniz?!” Odur ki, onların yerləri Cəhənnəmdir ora çox pis bir dönüş yeridir.»

TƏFSİR:


«Bədr» müharibəsindən əvvəl Məkkə kafirləri şəhər əhalisini müsəlmanlara qarşı müharibəyə çağırıb təhdid edirdilər ki, hər kəs bu müharibədən boyun qaçırsa evi dağıdılacaq və mal-dövləti müsadirə ediləcəkdir. Məkkədə məskunlaşan bəzi müsəlmanlar da hələ hicrət etmədiklərinə görə canlarının qorxusundan kafirlərlə birlikdə müsəlmanlarla müharibəyə gəlib «Bədr» döyüşündə öldürüldülər. Yuxarıdakı ayə nazil oldu və küfr mühitində qalmaqla, hicrəti tərk etməklə özlərinə zülm edənləri məzəmmət edib onları müqəssir saydı.

Deməli, küfr mühitindən hicrət edib başqa yerə getmək vacib, kafirlərin dəstəsində qalıb onların çox görünməsinə səbəb olmaq isə haramdır. Əgər müsəlman şəxs ətrafındakı mühiti dəyişdirməyə qadir olsa, mütləq bu işi görməli, əks halda, oradan köçüb hicrət etməlidir ki, Allah tərəfindən sorğu-suala tutulmasın, çünki Allah heç bir günah əmələ bəhanə yeri qoymur. Bunu da bilmək lazımdır ki, əsas məsələ hədəf və əqidədir. Həyat mühiti isə sonradan əlavə olunan şeylərdir. Əsas məsələ vətənpərvərlik deyil, Allahpərəstlikdir.

Rəvayətlərdə müstəzəf məsuliyyət yolunu ayırd edə bilməyən, haqla batilə fərq qoymağa qadir olmayan kəsə deyilir.37 Hədislərdə qeyd olunur: «hər kəs dinini qorumaq üçün hətta bir qarış belə hicrət etsə, behişt əhlidir Həzrəti Məhəmmədlə (s), İbrahimlə (ə) bir yerdə olacaqdır.»38


Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə