BiSMİllahir-rəhmanir-rəHİM



Yüklə 3,75 Mb.
səhifə35/62
tarix18.02.2018
ölçüsü3,75 Mb.
#27144
1   ...   31   32   33   34   35   36   37   38   ...   62

AYƏ 90:


﴿إِلاَّ الَّذِينَ يَصِلُونَ إِلَىَ قَوْمٍ بَيْنَكُمْ وَبَيْنَهُم مِّيثَاقٌ أَوْ جَآؤُوكُمْ حَصِرَتْ صُدُورُهُمْ أَن يُقَاتِلُونَكُمْ أَوْ يُقَاتِلُواْ قَوْمَهُمْ وَلَوْ شَاء اللّهُ لَسَلَّطَهُمْ عَلَيْكُمْ فَلَقَاتَلُوكُمْ فَإِنِ اعْتَزَلُوكُمْ فَلَمْ يُقَاتِلُوكُمْ وَأَلْقَوْاْ إِلَيْكُمُ السَّلَمَ فَمَا جَعَلَ اللّهُ لَكُمْ عَلَيْهِمْ سَبِيلاً﴾

TƏRCÜMƏ:


«Sizinlə aralarında əhd-peyman olan bir dəstəyə birləşənlər ya sinələri sizinlə, yaxud öz tayfaları ilə vuruşmaqdan təngə gəlmiş halda sizin yanınıza gələnlər (bu hökmdən) müstəsnadırlar. Əgər Allah istəsəydi, şübhəsiz, onları sizin üstünüzə salar onlar mütləq sizinlə vuruşardılar. Buna görə əgər sizdən uzaqlaşsalar, sizinlə vuruşmaq istəməsələr sülh təklifi versələr, onda Allah sizin üçün onlara qarşı (onlara hücum etməyə) bir yol qoymamışdı

TƏFSİR:


Bundan əvvəlki ayədə kafirlərlə həmkarlıq edən münafiqlərə qarşı ciddi rəftar edib onları qətlə yetirmək məsələsi irəli çəkilmişdi. Bu ayədə isə həmin hökmdən istisna olunanlar qeyd olunur.

Sülh şəraitində, hətta kafirlərlə bağlanan hərbi müqavilələrə, eləcə də beynəlxalq müqavilələrə belə ehtiramla yanaşmaq lazımdır. Müharibələrdə bitərəf mövqe seçənlərə toxunmaq olmaz. Eləcə də sülhməramlı məqsədlərə, atəşkəs istəyinə ehtiram qoyulmalıdır. İslamda sülh ilkin yönə, müharibə isə müstəsna və ikinci dərəcəli yönə malikdir.

Müsəlmanlar həmişə Allahın qüdrətini nəzərə almalı, yalnız ona arxalanmalıdırlar ki, qürura düçar olmasınlar. Eləcə də hissləri normal vəziyyətdə olsun.

Müsəlmanlar o qədər qüdrətli olmalıdırlar ki, müxaliflər və İslam düşmənləri onlara hücum etmək fikrinə belə düşməsinlər. Buna görə də sülh təklifi təklikdə kifayət deyil. Tam əmin olmaq üçün onlar müharibəni tərk etməli, öz tərəflərindən «salam» bildirməlidirlər.


AYƏ 91:


﴿سَتَجِدُونَ آخَرِينَ يُرِيدُونَ أَن يَأْمَنُوكُمْ وَيَأْمَنُواْ قَوْمَهُمْ كُلَّ مَا رُدُّوَاْ إِلَى الْفِتْنِةِ أُرْكِسُواْ فِيِهَا فَإِن لَّمْ يَعْتَزِلُوكُمْ وَيُلْقُواْ إِلَيْكُمُ السَّلَمَ وَيَكُفُّوَاْ أَيْدِيَهُمْ فَخُذُوهُمْ وَاقْتُلُوهُمْ حَيْثُ ثِقِفْتُمُوهُمْ وَأُوْلَـئِكُمْ جَعَلْنَا لَكُمْ عَلَيْهِمْ سُلْطَانًا مُّبِينًا﴾

TƏRCÜMƏ:


«Tezliklə (həm) sizdən amanda (həm ) öz qövmlərindən xatircəm olmaq istəyən digər bir dəstə ilə qarşılaşacaqsınız. Onlar hər dəfə küfrə müsəlmanlarla döyüşə çağrılanda, ona tərəf qayıdırlar. Beləliklə, əgər onlar sizdən uzaqlaşmasalar, sülh təklifi irəli sürməsələr sizdən əl çəkməsələr onda, onları harada tapsanız tutun öldürün. Sizə üzərlərində açıq-aşkar hökmranlıq bəxş etdiyimiz kəslər onlardır

TƏFSİR:


Məkkəlilərdən bəziləri canlarının müdafiə olunması üçün Peyğəmbərin (s) yanına gəlib ikiüzlülüklə İslamı qəbul etdiklərini izhar edir, Məkkəyə qayıtdıqdan sonra yenidən bütpərəstliklə məşğul olurdular ki, kafirlər tərəfindən işgəncələrə, əzab-əziyyətlərə məruz qalmasınlar. Onlar bu üsulla öz mənafelərini hər iki qrup sarıdan təmin edirdilər və hər iki dəstə tərəfindən törənə biləcək təhlükədən amanda idilər. Əlbəttə, onların küfrə olan meylləri İslama olan meyllərindən daha artıq idi.

Buna əsasən, müsəlmanlar növbənöv düşmənlərini tanımalı, hər biri ilə onların özünə münasib şəkildə rəftar etməli, hər kəsin «İslamı qəbul etmişəm» - sözünə dərhal inanıb arxayın olmamalıdırlar.

İslam hökumətinin müsəlmanlara daim əzab-əziyyət verən, onlara qarşı məkrli planlar hazırlayan münafiqləri məhv etmək və cəmiyyəti onların murdar varlığından təmizləməyə tam ixtiyarı vardır.

Lakin ən kəskin, şiddətli və məhvedici rəftarlar İslamı məhv etmək əzmində olan münafiqlərə qarşı işlədilməlidir.



Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə